Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)
Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbaycanda hüquqi mövcudluğu (filial və ya nümayəndəlik) olmalı, Azərbaycan dövlət orqanları ilə operativ və səmərəli əlaqələrin təmin edilməsi məqsədilə xüsusi əlaqə mərkəzi yaratmalı, həmin mərkəzin əlaqə məlumatlarını ictimaiyyət üçün açıqlamalı, əlaqə mərkəzi ilə ünsiyyətin Azərbaycan Respublikasının dövlət dilində aparılmasını təmin etməli, yaş məhdudiyyəti və yaşın yoxlanılması (verifikasiyası) prosedurlarını tətbiq etməli, hər il yanvarın 15-dək müvafiq orqanlara illik hesabat təqdim etməli, habelə fərdi məlumatların mühafizəsinə dair gücləndirilmiş tələblərə əməl etməlidirlər. Dəyişikliklər, həmçinin, bu tələblərin pozulmasına görə əhəmiyyətli inzibati cərimələr və digər sanksiyalar nəzərdə tutur.

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbaycanda hüquqi mövcudluğu (filial və ya nümayəndəlik) olmalı, Azərbaycan dövlət orqanları ilə operativ və səmərəli əlaqələrin təmin edilməsi məqsədilə xüsusi əlaqə mərkəzi yaratmalı, həmin mərkəzin əlaqə məlumatlarını ictimaiyyət üçün açıqlamalı, əlaqə mərkəzi ilə ünsiyyətin Azərbaycan Respublikasının dövlət dilində aparılmasını təmin etməli, yaş məhdudiyyəti və yaşın yoxlanılması (verifikasiyası) prosedurlarını tətbiq etməli, hər il yanvarın 15-dək müvafiq orqanlara illik hesabat təqdim etməli, habelə fərdi məlumatların mühafizəsinə dair gücləndirilmiş tələblərə əməl etməlidirlər. Dəyişikliklər, həmçinin, bu tələblərin pozulmasına görə əhəmiyyətli inzibati cərimələr və digər sanksiyalar nəzərdə tutur.

Azərbaycanda sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi ilə bağlı qanunvericilik yenilikləri (2026)

30 iyun 2026-cı il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanun layihəsi (bundan sonra “Sosial Şəbəkə Qanunu”) hazırda Milli Məclisin üçüncü oxunuşundadır. Qanunun rəsmi dərc edildiyi tarixdən on iki ay sonra qüvvəyə minməsi nəzərdə tutulur.

Təklif olunan Sosial Şəbəkə Qanunu Azərbaycan qanunvericiliyində ilk dəfə olaraq “sosial şəbəkə platforması”na hüquqi anlayış verir və sosial şəbəkə platforması provayderləri üçün yeni hüquqi tənzimləmə çərçivəsi yaradır. Digər dəyişikliklərlə yanaşı, qanun layihəsi müəyyən platforma provayderləri üçün qeydiyyat tələbləri müəyyən edir, onlara yeni uyğunluq (compliance) öhdəlikləri qoyur və bu tələblərə əməl edilməməsinə görə inzibati sanksiyaları da əhatə edən icra mexanizmi təsis edir.

1. Azərbaycanda sosial şəbəkələrin və sosial medianın tənzimlənməsi: Mövcud hüquqi çərçivə

Azərbaycan Respublikası Konstitusiyası hər kəsin informasiya azadlığı hüququna təminat verir. Konstitusiyaya əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu hüququn əsas təminat üsulları kimi Azərbaycan Respublikasının “Məlumat azadlığı haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunları çıxış edir.

“Məlumat azadlığı haqqında” Qanunun 7-ci maddəsinə əsasənməlumat mənbələri dedikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, habelə media subyektlərinin məlumatları və açıq çıxışlar nəzərdə tutulur.

“Media haqqında” Qanunun 1.1.2-ci maddəsinə görə isə, media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. Əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs, həmçinin media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəlikləri media subyekti kimi çıxış edir. Onlayn media dedikdə isə, audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media başa düşülür.

Şəxslərin məlumat azadlığı hüququ yalnız Konstitusiyada nəzərdə tutulmuş müəyyən hallarda, yəni müharibə, hərbi və ya fövqəladə vəziyyət, həmçinin səfərbərlik zamanı məhdudlaşdırıla bilər.

Information that may be accessed is divided into two categories: açıq məlumatlar və alınması məhdudlaşdırılan məlumatlar. Alınması məhdudlaşdırılan məlumatlara. Alınması məhdudlaşdırılan məlumatlara – dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddir. Belə məlumatlara çıxış müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Bununla belə, yuxarıda qeyd olunan qanunvericilik aktlarında sosial şəbəkə platformalarının fəaliyyətinin və onların hüquqi tənzimlənməsinin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının hazırkı qanunvericiliyində “sosial şəbəkə platforması”nın hüquqi anlayışı müəyyənləşdirilmir.

Təklif olunan yeni qanun layihəsi isə bu anlayışı ilk dəfə qanunvericilik səviyyəsində təsbit etməklə yanaşı, sosial şəbəkə platformalarının fəaliyyətini tənzimləyən hüquqi çərçivəni, habelə platformalardan istifadə qaydalarını və platforma istifadəçilərinin hüquq və vəzifələrini müəyyən edir.

2. Təklif olunan sosial şəbəkə qanunları layihəsi: yeni hüquqi çərçivə

2.1. "Sosial şəbəkə platforması" anlayışı

Sosial Şəbəkələr qanunu ilə Azərbaycan Respublikasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa bir sıra yeni anlayışlar əlavə edilir.

Dəyişikliklərə əsasən, “sosial şəbəkə platforması” istifadəçilərə fərdi rəqəmsal hesab yaratmaq, digər istifadəçilərlə virtual əlaqə qurmaq və rəqəmsal məzmunu (mətn, foto, video, audio və s.) fərdi və (və ya) kütləvi şəkildə paylaşmaq imkanı verən, əsas funksiyası istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməkdən ibarət olan informasiya sistemidir.

Fərdi rəqəmsal hesab isə fiziki və ya hüquqi şəxsin platformada qeydiyyatı zamanı yaradılan, onun identifikasiyasını, ona məxsus məlumatların yerləşdirilməsini, idarə olunmasını və paylaşılmasını, digər istifadəçilərlə əlaqə qurulmasını, habelə xidmətlərdən fərdiləşdirilmiş qaydada istifadə edilməsini təmin edən, istifadəçiyə aid hüquq və öhdəliklərin tətbiq olunduğu rəqəmsal səhifədir. Belə hesab unikal identifikasiya və giriş məlumatları (istifadəçi adı, parol, çoxfaktorlu autentifikasiya vasitələri və s.) ilə qorunur.

Dəyişikliklərlə, həmçinin, “yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması” anlayışı da qanunvericiliyə daxil edilir. Bu platformalara yaş məhdudiyyəti nəzərə alınmaqla, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) kütləvi şəkildə paylaşılması vasitəsilə istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni (təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması istisna olmaqla) təmin edən informasiya sistemi aid edilir. Belə platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. 

Nəhayət, qanun layihəsinə əsasən, platformanın texnoloji infrastrukturunu formalaşdıran, onun fəaliyyət prinsiplərini və istifadəçi qaydalarını müəyyən edən, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) paylaşılması alqoritmlərinə və istifadəçi məlumatlarının emalı prosesinə birbaşa nəzarət edən, habelə həmin platformanın idarə olunmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs platfomanın provayderi hesab edilir.

2.2. Sosial şəbəkə platformalarının qeydiyyatı

Azərbaycan Respublikasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa əlavə edilməsi nəzərdə tutulan 13-5-ci maddəyə əsasən, Azərbaycan Respublikasında istifadəçilərə xidmət göstərən yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının provayderləri fiziki şəxs olduqda, vergi orqanlarında, hüquqi şəxs olduqda isə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmalıdırlar. Xarici hüquqi şəxs olan platforma provayderləri bu tələbi Azərbaycanda filial və ya nümayəndəlik yaratmaqla yerinə yetirməlidirlər.

Qeyd olunan maddə ilə sosial şəbəkə platforması provayderləri üçün bir sıra əlavə fəaliyyət öhdəlikləri də müəyyən edilir. Belə ki, platforma provayderləri:

  • Azərbaycan Respublikasının dövlət orqanları ilə operativ və səmərəli əlaqələrin təmin edilməsi məqsədilə xüsusi əlaqə mərkəzi yaratmalı;
  • Əlaqə mərkəzinin əlaqə məlumatlarını ictimaiyyət üçün açıqlamalı;
  • Əlaqə mərkəzi ilə kommunikasiyanın Azərbaycan Respublikasının dövlət dilində aparılmasını təmin etməlidirlər.

Bununla yanaşı, qanun layihəsinə əsasən, platforma provayderi xarici hüquqi şəxs olduqda, onun Azərbaycanda təsis etdiyi filial və ya nümayəndəliyin provayder adından sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilir. Belə filial və ya nümayəndəliyin səlahiyyətləri yalnız platforma provayderini dövlət orqanları, fiziki və hüquqi şəxslərlə münasibətlərdə təmsil etmək, habelə Azərbaycan Respublikasının ərazisində onun hüquq və qanuni mənafelərini qorumaqla məhdudlaşır.

2.3. Sosial şəbəkə platformaları üçün uyğunluq tələbləri

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının provayderləri üçün müəyyən edilən uyğunluq tələbləri əsasən yetkinlik yaşına çatmayan şəxslərin qorunmasına və yaşın effektiv şəkildə yoxlanılmasının təmin edilməsinə yönəlmişdir.

Yeni qaydalara əsasən, 16 yaşına çatmamış şəxslərin adıçəkilən platformalarda fərdi rəqəmsal hesab yaratmasına yol verilmir. Bu tələbin icrasını təmin etmək məqsədilə platforma provayderləri müxtəlif texniki üsullardan istifadə edə bilərlər. Bu üsullara şəxsin yaşının bəyan edilməsi, bəyan edilən yaşın dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi və s. daxildir.

Platforma provayderləri, həmçinin yaşın yoxlanılması məqsədilə zəruri hallarda istifadəçilərin platformadakı fəaliyyətini davamlı şəkildə izləməlidirlər. İstifadəçinin bəyan etdiyi yaşın düzgünlüyünə dair əsaslı şübhə yarandıqda, provayder təkrar yaş yoxlaması aparmağa borcludur. Təkrar yoxlama nəticəsində yaş tələblərinin pozulması müəyyən edildikdə, provayder müvafiq hesaba çıxışı dərhal məhdudlaşdırmalıdır.

Bundan əlavə, dəyişikliklər 16–18 yaş aralığında olan istifadəçilər üçün valideyn nəzarəti mexanizmlərini gücləndirir. Uşağın qanuni nümayəndəsi onun fərdi rəqəmsal hesabında göstərilə biləcək məzmun və reklam kateqoriyalarını, habelə uşağın platformadan istifadə edə biləcəyi vaxt intervallarını müəyyən etmək hüququna malikdir. Platforma provayderləri bu nəzarət mexanizmlərinin həyata keçirilməsi üçün zəruri texniki imkanları təmin etməlidirlər.

Nəhayət, provayderlər hər ilinin yanvar ayının 15-dək səlahiyyətli dövlət orqanına illik hesabat təqdim etməlidirlər. Hesabatda yuxarıda qeyd olunan öhdəliklərə əməl olunmasına dair məlumatlar, eləcə də fərdi rəqəmsal hesab yaradılması üçün edilmiş və rədd olunmuş müraciətlərə dair statistik göstəricilər əks olunmalıdır.

2.4. Sosial şəbəkə platformalarında məxfilik və məlumatların mühafizəsi

Qanun layihəsi istifadəçilərin fərdi məlumatlarının və məxfiliyinin qorunmasını gücləndirməyi hədəfləyir.

Xüsusilə, platforma provayderi yaşın yoxlanılması məqsədilə toplanmış fərdi məlumatları öz informasiya sistemlərində saxlaya və ya üçüncü şəxslərə ötürə bilməz. Belə məlumatlardan kommersiya məqsədləri, hədəfli reklam və ya istifadəçinin yaşının yoxlanılması ilə əlaqəsi olmayan hər hansı digər məqsəd üçün istifadə edilməsinə yol verilmir. Yaşın yoxlanılması prosesi başa çatdıqdan sonra provayder həmin məqsədlə toplanmış fərdi məlumatların dərhal silinməsini təmin etməlidir.

13-4.10-cu maddəyə əsasən, istifadəçi yetkinlik yaşına çatmamışdan əvvəl platformaya yerləşdirdiyi məlumatların, məzmunun və fərdi məlumatların silinməsini tələb etdikdə, yaxud istifadəçi hələ də yetkinlik yaşına çatmamışdırsa, onun qanuni nümayəndəsi və ya səlahiyyətli dövlət orqanı belə tələb irəli sürdükdə, platforma provayderi həmin məlumatların silinməsini təmin etməlidir. Provayder, həmçinin, daxili siyasətlərində nəzərdə tutulmuş hallarda bu cür məzmunu öz təşəbbüsü ilə də silə bilər.

Bundan əlavə, provayderlər 16–18 yaş aralığında olan istifadəçilər üçün bir sıra texniki və təhlükəsizlik tədbirlərini tətbiq etməlidirlər. Bu tədbirlərə aşağıdakılar daxildir:

  • istifadəçinin seçimi əsasında təhlükəsiz istifadə rejiminin və gücləndirilmiş konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi;
  • fərdi rəqəmsal hesablarda bütün standart konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi və geolokasiya məlumatlarının əlçatanlığının, o cümlədən ictimaiyyətə açıqlanmasının məhdudlaşdırılması;
  • fərdi rəqəmsal hesablarda onların fiziki və psixi sağlamlığına zərər vuran və ya asılılıq yaradan məzmunların, o cümlədən məlumat və reklamların yerləşdirilməsinin qarşısının alınması, habelə manipulyativ dizayn üsullarından (sonsuz sürüşdürmə, videomaterialların avtomatik səsləndirilməsi və s.) istifadənin qadağan edilməsi;
  • fərdi rəqəmsal hesablarda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində qeyd edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması.

Bundan başqa, provayderlər 16–18 yaşlı uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə, habelə qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunu operativ şəkildə müəyyən etməyə və ona qarşı tədbir görməyə imkan verən fasiləsiz rəqəmsal monitorinq və reaksiya mexanizmləri tətbiq etməyə borcludurlar. Belə zərərli məzmun aşkar edildikdə, provayder 24 saat ərzində zəruri texniki tədbirləri görməlidir.

3. Hüquqpozmalara görə məsuliyyət və yeni inzibati tanbehlər

Mövcud qanunvericiliyə əsasən, fərdi məlumatların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı hallarda 300 manatdan 500 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur:

  • “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə;
  • fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə.

Cinayət Məcəlləsi isə aşağıdakı əməllər barədə cinayət məsuliyyəti nəzərdə tutur:

  • Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma — min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
  • Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Qeyd edilməlidir ki, yuxarıda göstərilən əməllər həm təkbaşına, həm də iştirakçılıqla bilər. Qorunan məlumatları qanunsuz saxlayan, açıqlayan, yayan, satan və ya başqa şəxsə ötürən şəxslər törətdikləri əməldə iştirakının xarakterindən və həcmindən asılı olaraq həm əsas icraçı (birgə icraçı), həm də cinayətin iştirakçısı kimi məsuliyyətə cəlb oluna bilərlər.

Hüquqi şəxslər baxımından isə cinayət məsuliyyəti yalnız yuxarıda qeyd olunan əməlləri subyektiv cəhətdən qəsdən törətmiş, hərəkətlərinin mahiyyətini və nəticələrini dərk etmiş fiziki şəxslər üçün yarana bilər.

Bununla yanaşı, qanun layihəsi sosial şəbəkə platformalarının uyğunluq öhdəliklərinin pozulmasına görə yeni sanksiyalar da müəyyən edir.

Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının rəsmi siyahısı qüvvəyə mindikdən sonra platforma provayderi altı ay ərzində qeydiyyat tələblərini yerinə yetirmədikdə, səlahiyyətli dövlət orqanı aşağıdakı tədbirləri mərhələli qaydada tətbiq edə bilər:

  1. Provayderə yazılı xəbərdarlıq edilir;
  2. Xəbərdarlıqdan sonra 30 (otuz) gün ərzində qeydiyyat tamamlanmadıqda provayderə 100 (yüz) min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
  3. Maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində qeydiyyat tamamlanmadıqda provayderə 300 (üç yüz) min manat məbləğində əlavə maliyyə sanksiyası  tətbiq edilir;
  4. Əlavə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində qeydiyyat tamamlanmadıqda səlahiyyətli orqan tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilir;
  5. Qadağanın tətbiq edildiyi tarixdən sonra 90 (doxsan) gün ərzində qeydiyyat tamamlanmadıqda müvafiq platformanın internet trafik həcminin 20 (iyirmi) faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir;
  6. qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 (altmış) gün qeydiyyat  tamamlanmadıqda müvafiq platformanın internet trafik həcminin 50 (əlli) faiz azaldılması təmin edilir;
  7. 6-cı bənddə qeyd edilmiş sanksiyanın tətbiqindən 60 (altmış) gün ərzində qeydiyyat tamamlanmadıqda müvafiq platformanın internet trafik həcminin 90 (doxsan) faiz azaldılması təmin edilir.

Platforma provayderi altıncı mərhələdə nəzərdə tutulan sanksiya tətbiq edilməzdən əvvəl qeydiyyat tələblərini yerinə yetirdiyi halda, tətbiq edilən maliyyə sanksiyasının yalnız dörddə biri ödənilir, artıq ödənilmiş məbləğin dörddə üç hissəsi isə geri qaytarılır.

Bundan əlavə, platforma provayderi qeydiyyat tələblərini yerinə yetirdikdən sonra ona tətbiq edilmiş bütün qeyri-maliyyə xarakterli cəza tədbirləri 24 saat ərzində ləğv edilməlidir.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərlə aşağıdakı öhdəliklərin yerinə yetirilməməsinə görə 6.000 manatdan 50.000 manatadək inzibati cərimələr müəyyən edilir:

  • hər təqvim ilinin 15 yanvar tarixinədək səlahiyyətli dövlət orqanına illik hesabatın təqdim edilməməsi;
  • qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl olunmasının təmin edilməsi ilə bağlı səlahiyyətli dövlət orqanının sorğularına vaxtında cavab verilməməsi;
  • yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin edilməməsi;
  • inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən bir il ərzində eyni hüquqpozmanın təkrar törədilməsi.

Sorğular və hüquqi xidmətlər üçün [email protected] elektron poçt ünvanı və ya +994 50 289 89 73 telefon nömrəsi vasitəsilə hüquqşünaslarımızla əlaqə saxlayın.

 

Oxşar Yazılar

Əcnəbilərin Azərbaycana giriş-çıxışı ilə bağlı qaydalar optimallaşdırılmışdır

Əcnəbilərin Azərbaycana giriş-çıxışı ilə bağlı qaydalar optimallaşdırılmışdır

Əcnəbilərin Azərbaycana giriş-çıxışı ilə bağlı qaydalar optimallaşdırılmışdır

Jul 30, 2018
“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...

Mar 12, 2026
İpoteka haqqında Qanuna dəyişiklik edilmişdir

İpoteka haqqında Qanuna dəyişiklik edilmişdir

İpoteka haqqında Qanuna dəyişiklik edilmişdir

Apr 08, 2019
İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

Jun 27, 2022
Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları təsdiq edilmişdir

Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları təsdiq edilmişdir

Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları təsdi...

Aug 18, 2020