Daşınmaz əmlak

Əmlak məsələləri üzrə hüquqşünaslarımız və məsləhətçilərimiz vasitəsilə daşınmaz əmlakın və torpağın alınması zamanı zəruri olan hüquq xidmətləri təqdim edirik.

Azərbaycan bazarının tənzimləmə baxımından bu qeyri-sabit hissəsi daşınmaz əmlak üzrə əməliyyatlara peşəkar yanaşma tələb edən bir sıra dəyişikliklərə məruz qalmışdır. Hazırda, həm bizneslə məşğul olan şəxslər, həm də digər şəxslər mülkiyyət risklərinin istisna edilməsi üçün əmlakla əlaqədar əməliyyatların lazımi sənədləşdirilməsində maraqlıdırlar.

Azərbaycanda əmlak alınması

Əmlak hüquqları üzrə hüquqşünaslarımız, əmlak alışının bütün mərhələlərində, xüsusən də Azərbaycanda daşınmaz əmlak və ya torpaq alarkən müştərini təmsil etmək üçün geniş təcrübəyə malikdirlər. Bəzən xarici vətəndaşlar əmlak alqı-satqısı zamanı daşınmaz əmlak agentliyi əməkdaşlarının təcrübəsinə və tövsiyəsinə etibar etməyə maraqlı olurlar, amma agentlik işçilərinin peşə ixtisaslarının, daşınmaz əmlak sahəsində hüquqi biliklərinin adekvat olmamasını  və maraqlar toqquşmasının olmasını nəzərə alaraq, bu qərarın riskli olduğu qənaətinə gəlmək olar.

Bakıda fəaliyyət göstərən daşınmaz əmlak hüquqşünaslarımız əmlakın ilkin baxışı zamanı, əmlak sənədləri, mülkiyyətin statusu, mülkiyyət hüququnun keçməsi və mülkiyyətə dair reyestr sənədinin alıcı üçün alınması zamanı kömək etməyə hazırdırlar.

Azərbaycanda torpaq alışı

Qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyinə əsasən əcnəbilərin Azərbaycanda torpaq alması qadağandır. Lakin praktikada və real iş şəraitində, Azərbaycanda torpaq almaq məsələsi müştərinin birbaşa və ya dolayı yolla torpaq sahibi olmaq və ona nəzarət etmək niyyətində olduğu zaman əhəmiyyətli bir məsələyə çevrilir. Nəzərə alınmalıdır ki, torpaq üzərində hər hansı bir formada mülkiyyət hüququ, yəni əcnəbiyə miras və ya hədiyyə olaraq əmlak üzərində mülkiyyət və ya hər hansı digər oxşar mülkiyyət hüququ yaranarsa, həmin torpaq sahəsində 1 il müddətində özgəninkiləşdirilməli (başqasına verilməli) və mülkiyyət hüququ ləğv edilməlidir.  Əmlak sahəsində fəaliyyət göstərən hüquqşünaslarımız, müştərinin ehtiyaclarını və ya biznes maraqlarını nəzərə alaraq əcnəbilər üçün torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün həllər təqdim edilməsi sahəsində təcrübəyə malikdirlər.

Təcrübəli hüquqşünaslarımızın və məsləhətçilərimizin köməyi ilə Azərbaycanda torpaq almaq mümkün olacaqdır. Müştərilərimizin optimallaşdırılmış alternativ həllər yolu ilə belə torpaqlara sahib olmasını və faydalanmasını təmin edəcəyimizi bildiririk. Bizim təqdim etdiyimiz həll yollarımız tam qanunidir və müştərinin arzu olunan tələblərinə cavab verir, torpaqların potensial satışını çevik və səmərəli şəkildə həyata keçirməyi də nəzərdə tutur.

Bakıda daşınmaz əmlak sahəsində hüquqşünaslarımız

İnkişaf etməkdə olan daşınmaz əmlak bazarının olması səbəbilə Azərbaycanda, xüsusi ilə Bakı şəhərində olan əmlaklara böyük maraq yaranmışdır. Bir çox əcnəbi yaşamaq, kirayəyə (icarəyə) vermək, gəlir əldə etmək və ya müvəqqəti yaşamaq icazəsi almaq üçün Azərbaycanda daşınmaz əmlak alır.

CLC əmlakın satın alınması, satılması, icarəsi və lizinqi ilə bağlı bütün hüquqi addımlarda müştərilərinə məsləhət verməklə, daşınmaz əmlak məsələlərində fəaliyyət göstərir. Biz biznes qurumunun və mülkiyyətçinin (səhmdarın) əmlakının və əmlak hüquqlarının qorunmasını, yəni əmlakın bütün bülkiyyət sənədlərinə (Çıxarışlara) və lazımi sənədlərə malik olmasını, mülkiyyət hüquqlarının qeydiyyatını təmin edirik.

Azərbaycanda əmlakın alınması üçün hüquq və məsləhət xidmətlərinə daxildir:

  • əmlak maraqlarına dair bütün hüquqi sənədlərin hazırlanması, təhlili və razılaşdırılması;
  • daşınmaz əmlakın alqı-satqısında əcnəbilərə məsləhətlərin verilməsi;
  • icarə və kirayə müqavilələri üzrə məsləhətlərin verilməsi, sifarişçinin tapşırığına uyğun tikilmiş əmlak üzrə renta;
  • daşınmaz əmlak sənədləşməsinin tənzimlənməsi;
  • hüquqi şəxslərin birləşməsi zamanı əmlakın idarə edilməsi;
  • biznes üçün əmlakın girovu, yüklülüyü üzrə məsləhətləşmələr;
  • müflisləşmə və ləğvetmə zamanı əmlakın idarə edilməsi;
  • torpaq alqı-satqısı və qeydiyyatı, daşınmaz əmlak müqavilələri;
  • daşınmaz əmlak üzərinə əmlak vergisi və satışı zamanı gəlir vergisi üzrə məsləhətlər;
  • əmlakın idarə edilməsi üzrə razılaşmalar;

Bakıda, Azərbaycanda torpaq və ya əmlakın alınması zamanı mərhələlər və məsləhətlər aşağıdakı kimidir:

1. Əmlakın alqı-satqısı barədə danışıqlar apararkən əmlakın sənədləşmə vəziyyəti əvvəlcə sorğu-sual olunmalı və satıcının əmlak hüquqlarının müvafiq qaydada qeydiyyata alındığına əmin olunmalıdır;

2. Daşınmaz əmlak alqı-satqısı zamanı yaranan vergi (Satıcıdan gəlir vergisi) əvvəlcədən hesablanır və əmlakın qiyməti müzakirə edilərkən nəzərə alınır;

3. Alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl əmlak (mənzil, villa, ticarət obyekti və s.) texniki standartlar və şərtlərlə uyğunluqla bağlı mütəxəssislərlə yoxlanılmalıdır;

4. Satın almağa başlamazdan əvvəl əmlaka dair üçüncü şəxslərin hüquqları, əmlakla bağlı iddiaların, heç bir girov, ipoteka və ya hər hansı bir əmlak yüklülüyünün olmaması təmin edilməlidir;

5. Satıcı tərəfindən əmlak üzərində hər hansı şəxsin yaşayışla bağlı qeydiyyatının olmaması, qeyd olunan əmlakda (ünvanda) qeydiyyata alınan şəxs qeydiyyatdan əvvəl və ya qeydiyyata alındıqdan sonra müəyyən müddət ərzində çıxarılırması təmin olunmalıdır. Bu öhdəliyin yerinə yetirilməsinə qədər ödənişin tam edilməməsi məsləhət görülür;

6. Notariat qaydasında təsdiqlənmiş satış əməliyyatından sonra əmlak üzərində mülkiyyət hüququ onlayn qaydada notarius vasitəsilə qeydiyyata alınır.

Zəhmət olmasa, hər hansı bir sualınız və ya məsləhətə ehtiyacınız olarsa, bizimlə buradan əlaqə saxlayın.