Əmək haqqı hesablanması xidmətləri (payroll xidmətləri)
Əmək haqqı hesablanması xidmətləri (payroll xidmətləri)

Əmək haqqı hesablanması xidmətləri (payroll xidmətləri)

 

Əmək haqqı hesablanması xidmətləri (payroll xidmətləri)

 

Azərbaycanda əmək haqqının hesablanması

 

Azərbaycanda əmək haqqının idarə edilməsi yerli əmək qanunları, vergi qaydaları və inzibati prosedurlar haqqında dərin bilik tələb edir. İstər Cənubi Qafqaza genişlənən çoxmillətli şirkət, istərsə də işçi qüvvəsini artıran yerli biznes olun, Azərbaycanda əmək haqqı ilə bağlı xidmətlərin həyata keçirilməsini bu sahədə fəaliyyət göstərən kənar şirkətin öhdəsinə vermək (“autsorsinq” xidmətləri- ingiliscə “outsourcing”) uyğunluğu, dəqiqliyi və səmərəliliyi təmin etməyə kömək edə bilər.

 

Xüsusilə əmək qaydaları, əmək haqqı, mükafatlar, iş rejimi, işçilərin işə götürülməsi və əmək müqavilələrinin ləğv edilməsi Azərbaycanın Əmək Məcəlləsi ilə ciddi şəkildə tənzimləndiyini nəzərə aldıqda etibarlı hüquqşünasların dəstəyi ilə geniş praktiki təcrübə əhəmiyyət kəsb edir.

 

Azərbaycanın əmək haqqı sistemi diqqətli yanaşma tələb edən özünəməxsus əmək və vergi strukturuna malikdir. Düzgün maaş hesablaması, gəlir vergisi tutulması, sosial sığorta ödəmələri və işçilərin dövlət orqanlarında qeydiyyatı məcburidir. Azərbaycanda əmək haqqı üzrə tələblər və prosedurlar əsasən işçinin hüquqlarını üstün tutan və hər bir pozuntuya görə ciddi cərimələr nəzərdə tutan Əmək Məcəlləsinə əsaslanır. Əmək qaydalarının pozulması həmçinin iş vaxtından artıq işə görə əmək haqqı hesablamalarının səhv aparılması və ya əmək müqavilələrinə xitam verilməsi prosedurlarının düzgün aparılmaması və sənədləşdirilməməsi səbəbilə işçi iddialarına səbəb ola bilər. Buna görə də Azərbaycanda əmək haqqı həmişə sərt tənzimlənən və ciddi şəkildə həyata keçirilən sahələr arasında olmuşdur.

 

Qeyd etmək lazımdır ki, əmək qaydaları və əmək haqqı proseslərinin pozulması inzibati cərimələrə, müəyyən hallarda hətta işəgötürən üçün cinayət məsuliyyətinə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin ayrıca fəsli hər bir cəzalandırılan xətaya xüsusi olaraq həsr edilmiş təxminən 20 maddə və 40-dan çox bənddə cərimələri nəzərdə tutur.

 

Əmək münasibətlərinin daha dəqiq tənzimlənməsinə dair nümunə kimi 30 may 2025-ci il tarixindən qüvvəyə minmiş son dəyişiklikləri göstərmək olar. Məsələn, işçiyə edilən ödənişlərin hesablanması və ödənilməsi zamanı riyazi hesablamalarda yol verilən xətalar artıq inzibati məsuliyyəti istisna etmir. Beləliklə, ödənişlərin əmək qanunvericiliyinə uyğun ödənilməmə və ya tam ödənilməməsi istisnasız inzibati xəta sayılır. Cərimələrin sərtləşdirilməsi və tənzimləmənin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı yekun dəyişikliklərlə tanış olmaq üçün bu sayta keçid edə bilərsiniz.

 

Azərbaycan əmək hüququ və ya vergi hesabat tələblərinə riayət etməmək təkcə cərimələrlə nəticələnmir, həm də növbədənkənar audit və yoxlamalara səbəb ola bilər. Buna görə bir çox şirkətlər bu öhdəliklərin idarə olunmasını optimallaşdırmaq üçün Azərbaycanda əmək haqqının hesablanması xidmətləri təqdim edən şirkətlərlə ilə əməkdaşlıq etməyi seçirlər.

 

Azərbaycanda Əmək haqqı Hesablaması Xidmətləri

 

Azərbaycanda əmək haqqının hesablanması üzrə xidmətlər adətən aşağıdakı xidmətləri əhatə edir:

 

  • İşə götürmə prosedurları və əmək münasibətlərinin sənədləşdirilməsi
  • Əmək müqavilələrinin bağlanması və qeydiyyatı
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı əmək qabiliyyətinin itirilməsi üzrə icbari sığorta
  • Xalis əmək haqqının (net əmək haqqı) hesablanması
  • Əmək haqqı üzrə vergi hesablaması
  • İşsizlik və tibbi sığorta daxil olmaqla məcburi sosial sığortaların hesablanması
  • Vergilərin və sosial ödəmələrin verilməsi
  • Əmək haqqına əlavələrin hesablanması (əmək haqqı əlavəsi, müavinətlər, mükafatlar və s.)
  • Ödəniş qəbzinin verilməsi
  • Əcnəbilər üçün iş icazəsi və yaşayış icazəsinin əldə edilməsi
  • İş saatlarının və iş rejiminin qeydiyyatı
  • Məzuniyyət ödəmələri və ezamiyyət ödəmələrinin hesablanması
  • İllik məzuniyyətlər, xəstəlik məzuniyyətləri, ödənişsiz məzuniyyətlər, ezamiyyətlər və s.-nin sənədləşdirilməsi
  • Mükafatlar, iş vaxtından artıq iş və digər əməklə bağlı ödəmələrin hesablanması
  • Vergi bəyannaməsi və sosial ödənişlər üzrə hesabat
  • Əməklə bağlı hadisələr (qəzalar, ixtisar, vakansiya və s.) haqqında müvafiq nazirliklərə hesabat
  • İş rejimi, iş saatları və növbələrin tənzimlənməsi və təşkili
  • Əmək müqaviləsinə xitamın düzgün sənədləşdirilməsi və təşkili
  • İşçi mübahisələrinin idarə edilməsi və həlli
  • İnsan resursları uyğunluğu və məsləhətləşmə, nəticəyə görə tam məsuliyyət götürmə

 

CLC-dəki komandamız yuxarıda qeyd olunan və əlaqəli əmək haqqı hesablanması üzrə xidmətlərinin göstərilməsində təcrübəlidir. Azərbaycanın əmək haqqı qaydaları, təfərrüatlar, iş yükü və ağır cərimələr mütləq peşəkar dəstək və bilik tələb edir. Bu, əcnəbi şirkətlərin əmək haqqı departamentini bizim öhdəmizə verməyinin səbəblərindən biridir.

 

Əmək haqqı Hesablanması Xidmətlərinə Kimin Ehtiyacı var?

 

Əmək haqqı hesablanması xidmətlərinin həyata keçirilməsini bu sahədə fəaliyyət göstərən kənar şirkətin öhdəsinə vermək (autsorsinq xidmətləri) aşağıdakılar üçün idealdır:

 

  • Azərbaycanda filial və ya nümayəndəlik açan xarici şirkətlər
  • Azərbaycanda fəaliyyət göstərən çoxmillətli müəssisələr
  • Xüsusi İR və ya mühasibatlıq komandası olmayan yerli şirkətlər
  • Beynəlxalq QHT-lər və diplomatik missiyalar/səfirliklər
  • Yerli işçi işə götürən müstəqil çalışanlar
  • Sərbəst çalışanlar (freelancer şəxslər) və ya məsləhətçilər
  • Avtomatlaşdırılmış əmək haqqı sistemlərinə ehtiyacı olan texnologiya startapları

 

CLC-də biz Əmək Haqqı Hesablanması Xidmətlərini Vergi və Mühasibatlıq Departamenti xidmətlərimizin bir hissəsi kimi təqdim edirik.

 

Bizim üstünlüklərimiz aşağıdakılardır:

  • Azərbaycan əmək hüququ üzrə geniş təcrübə: Caspian Legal Center-in beynəlxalq səviyyədə reytinqli Hüquq Departamentinin dəstəyi
  • Beynəlxalq bizneslərlə təcrübə: müxtəlif sənaye sektorlarını təmsil edən 40-dan çox ölkədən şirkətlərə xidmət göstəririk
  • Təhlükəsiz, bulud əsaslı əmək haqqı proqram təminatı: biz həm yerli proqram təminatından istifadə edirik, həm də müştərilərin proqram təminatı və tələblərinə asanlıqla uyğunlaşır və düzəliş edirik
  • Çoxtərəfli və çoxdilli ehtiyaclara dəstək
  • Şəffaf və rəqabətə davamlı qiymət modelləri
  • Vaxtında və dəqiq hesabat və təqdimetmə: bizim Vergi və Mühasibatlıq Departamentimiz dəqiqlik və təfərrüatlara diqqətlə məşhurdur və Azərbaycanı əhatə edən MDB regionunda nüfuzlu International Tax Review tərəfindən İlin Vergi Şirkəti kimi mükafatlandırılıb