Caspian Legal Center Bakıda yerləşən və bütün növ hüquqi xidmətlər göstərən Azərbaycan hüquq və vergi konsaltinq şirkətidir. Biz əsasən kommersiya və korporativ hüquq məsələlərində, həmçinin Azərbaycan Respublikasında hüquqi şəxslərin yaradılması və fəaliyyətinə hər-tərəfli hüquqi dəstək və konsultasiyanın verilməsi sahəsində ixtisaslaşmışıq. Biz həmçinin xarici fiziki şəxslərə ailə, əmək münasibətləri, miqrasiya, vərəsəlik, xarici məhkəmə qərarlarının tanınması və icrası istiqamətində hüquiq məsləhət verir və hüquqi təmsilçilik xidmətləri göstəririk.
Bir pəncərə pəncərə prinsipi əsasında fəaliyyət göstərən konsaltinq şirkəti olaraq, Azərbaycanda korporativ hüquq xidmətləri və biznesin qeydiyyatı, immiqrasiya üzrə məsləhət, neft-qaz sənayesində vergi və hüquq xidmətləri, əmək hüququ sahəsində xidmətlər, əqli mülkiyyət xidmətləri, müqavilə layihələrinin hazırlanmsı və danışıqlar, tikinti qanunvericiliyi sahəsində dəstək, vergi və mühasibat xidmətləri, mübahisələrin həlli və məhkəmə xidmətləri (borcların geri qaytarılması daxil olmaqla), daşınmaz əmlak sahəsində məsləhət xidmətləri və əmlak alqı-satqısı sahəsində xidmətlər təqdim edirik.
Biz müxtəlif sənaye sahələrində, o cümlədən neft-qaz, enerji və təbii sərvətlər, alternativ enerji, IKT, tikinti, hotelçilik və HORECA, sənaye istehsalı, maşınqayırma, kənd-təsərrüfatı, qida sənayesi, təhsil, xidmət sahəsi, idxal və ixrac, topdan və pərakəndə satış sahəslərində ixtisaslaşmış hüquq və vergi xidmətləri, habelə dövlət və ictimai qurumlara konsaltinq xidmətləri göstəririk.
CLC Azərbaycanda praktiki biznes hüququ sahəsində geniş təcrübəyə malik hüquqşünaslar və vergi məsləhətçiləri tərəfindən təsis edilmişdir. Bizim komandamız Qərb təhsillidir və biznes əməliyyatlarının beynəlxalq standartları və beynəlxalq hüquq aspektləri sahəsində təcrübəlidir. Biz azərbaycan, ingilis, rus və türk dillərini mükəmməl bilirik.
Yerli qanunvericiliyin dərindən bilinməsi, məhkəmə işi və praktikası, dövlət orqanlarının yanaşması ilə yaxından tanışlıq, biznes təşviqi islahatlarında iştirak və biznesin dövlət qurumlarında təmsil olunması bizim fəaliyyətimizin əsas aspektini təşkil etmişdir. Bizim komandamızın üzvləri əvvəllər yerli holdinqlər, istehsal müəssisələri, idxal ixrac biznesi, tikinti şirkətləri, banklar (Azərbaycan Respublikasının Mərkəzi Bankı daxil olmaqla), nazirliklər (İqtisadiyyat Nazirliyi, Xarici işlər Nazirliyi) və hüquq şirkətlərində çalışmış və ya onlara xidmətlər göstərmişlər.
CLC-nin məsləhətçiləri müqavilə danışıqlarında (müştərinin təmsil və müşayiət olunması), müqavilələrin hazırlanmasında, FIDIC müqavilələri də daxil olmaqla iri məbləğli (çoxmilyonlu) müqavilələrin təhlilində, mübahisələrin həlli və borcların alınması işlərində kifayət qədər təcrübəlidirlər.
CLC müntəzəm olaraq hüquqi islahatları və biznes fəaliyyətinin təşviq olunması üçün atılan addımları izləyir, müştəriləri vergi və gömrük güzəştləri də daxil olmaqla müvafiq azadolma imkanları, azad zonalar və digər təşviq təşəbbüsləri barəsində məlumatlandırır.
Biz Beynəlxalq Vəkillər Kollegiyası tərəfindən Azərbaycan üzrə Vergi Reportyoru seçilmişik və müntəzəm olaraq vergi qanunvericiliyində baş verən dəyişikliklər barədə beynəlxalq ictimaiyyət və müştərilərimizlə yenilikləri paylaşırıq.