Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 16 yanvar 2026-cı il tarixindən etibarən bir sıra mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əmək münasibətlərinin tənzimlənməsində anlayışların dəqiqləşdirilməsini, müasir iş formalarının hüquqi əsaslarının yaradılmasını və işçilərin sosial müdafiəsinin gücləndirilməsini hədəfləyir.
Dəyişikliklər çərçivəsində Əmək Məcəlləsində istifadə olunan əsas anlayışlara yenidən baxılmışdır.
Belə ki, “müəssisə” anlayışı genişləndirilmişdir. Yeni redaksiyaya əsasən, müəssisə dedikdə dövlət və ya bələdiyyə orqanı (qurumu), mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi başa düşülür.
Əmək Məcəlləsinə“ailə vəzifələri olan işçi” anlayışı əlavə edilmişdir. Bu anlayış aşağıdakı məzmunu ifadə edir:
Tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvlərinə — ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülmüş uşaqlara, habelə qəyyumluğunda (himayəsində) olan digər şəxslərə və ya himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq göstərilməsi ilə əlaqədar olaraq əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçi ailə vəzifələri olan işçi hesab edilir.
Əmək Məcəlləsində işəgötürən anlayışı da genişləndirilmişdir. Qüvvəyə minmiş dəyişikliyə əsasən, işəgötürən dedikdə tam fəaliyyət qabiliyyətinə malik olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək və ya şərtlərini dəyişdirmək hüququna malik olan aşağıdakı subyektlər başa düşülür:
Məcəlləyə “fiziki şəxs olan işəgötürən” anlayışı əlavə edilmiş və Məcəllə mətni üzrə zəruri hallarda fərqləndirmə verilmişdir. Bununla hüquqi şəxs yaratmadan fəaliyyət göstərən işəgötürənlərlə münasibətlərin hüquqi tənzimlənməsi aşağıdakı sahələri də əhatə edir:
Digər dəyişikliklə, "əmәk müqavilәsinin lәğv edilmәsi” ifadәsi “әmәk müqavilәsinә xitam verilmәsi” ifadәsi ilә әvәz edilmişdir. Bununla əlaqədər bir sıra maddələrdə dəyişiklik olunmuş və vahid terminoloji dilə keçid edilmişdir.
Məcəllədə istifadə edilən əsas anlayışlar arasında ezamiyyət və məsafədən (distant) iş anlayışları yer alıb.
Ezamiyyət – işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə daimi iş yerindən başqa yerə, işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək məqsədilə göndərilməsidir.
Nəhatə, Əmək Məcəlləsinə edilmiş bu son dəyişikliklərlə, "məsafədən (distant) iş" anlayışı qanunvericiliyimizə daxil edilmişdir. "Məsafədən (distant) iş"ə belə anlayış verilmişdir: əmək funksiyasının elektron, proqram-texniki, telekommunikasiya və digər müvafiq vasitələrdən istifadə etməklə müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda, işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə yerinə yetirilməsidir.
Əmək Məcəlləsinin 6-cı maddəsində də dəyişiklik edilmişdir. Belə ki, əvvəllər Məcəllənin şamil edilmədiyi şəxslər sırasına xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayaraq əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilər daxil idi.
Dəyişikliyə əsasən, «fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə)» ifadəsi çıxarılmışdır. Xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayaraq əmək funksiyasını Azərbaycan Respublikasında yerinə yetirən əcnəbilər şəklində yer almışdır. Bununla müəssisə, filial, nümayəndəlikdə fəaliyyət göstərmək kimi çaşğınlıq aradan qaldırılmışdır (Azərbaycana müvəqqəti ezam gəlmə halında burada - Azərbaycanda hər hansı müəssisə və ya filial və ya nümayəndəlik təsis edilmir, əslində)
Əmək Məcəlləsinə edilmiş və artıq qüvvəyə minmiş dəyişikliklər çərçivəsində əmək müqaviləsi üzrə həm işçilərin, həm də işəgötürənlərin hüquq və vəzifələri dəqiqləşdirilmiş və genişləndirilmişdir.
İşçinin ezamiyyətlə bağlı hüquq və vəzifələri
Yeni dəyişikliklərə əsasən, işçinin ezamiyyət xərclərini almaq hüququ qanunvericilik səviyyəsində daha aydın şəkildə təsbit edilmişdir. Belə ki, işçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyət xərclərini almaq hüququna malikdir.
Eyni zamanda, işçinin vəzifələri sırasında — bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla — işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək öhdəliyi də açıq şəkildə qeyd edilmişdir. Bu yanaşma əmək münasibətlərində qarşılıqlı balansın qorunmasına xidmət edir.
İşəgötürənin ezamiyyətlə bağlı hüquqları
Dəyişikliklər işəgötürənin əsas hüquqlarından birini də konkretləşdirmişdir. Belə ki, işəgötürən Əmək Məcəlləsində nəzərdə tutulmuş məhdudiyyətlərə riayət etməklə, işçiləri ezamiyyətə göndərmək hüququna malikdir. Bu norma ezamiyyət institutunun hüquqi əsaslarını gücləndirməklə yanaşı, onun tətbiqində qanunauyğunluğun təmin edilməsinə yönəlmişdir.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddinə çatan işcilərin calışmalarının uzadılması
Dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışan və 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu uzadılmaların ümumi müddəti 5 ildən artıq ola bilməz.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçiləri üçün istisna hal nəzərdə tutulmuşdur. Belə hallarda onların çalışma müddəti 5 ildən artıq uzadıla bilər.
Yeni maddə uzadılmaların rəsmiləşdirilməsi tənzimləyir. Belə ki, qeyd edilən uzadılmalar işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (yaş həddinə çatması səbəbi ilə) əmək müqaviləsinə xitam verilməsinə və eyni zamanda uzadılmış müddət üçün müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilmir.
Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi
Köhnə redaksiyada qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə münasibətdə müəyyən edilən güzəştlər və imtiyazlar ayrı-seçkilik hesab edilmir. Dəyişikliklə bu siyahıya “ailə vəzifələri olan işçilər” də daxil edilib.
Əmək Məcəlləsinə yeni 41-1-ci maddənin əlavə edilməsi ilə Azərbaycan Respublikasında əmək və sosial məsələlər üzrə daimi fəaliyyət göstərən üçtərəfli komissiyanın yaradılması nəzərdə tutulur.
Komissiyanın əsas məqsədləri aşağıdakılardır:
Komissiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika birliklərinin bərabər sayda nümayəndələrindən ibarət olacaq və hüquq bərabərliyi prinsipi əsasında fəaliyyət göstərəcək. Bu mexanizm sosial dialoqun institusionallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dəyişikliyə əsasən, təhsilalanların istehsalat təlimi və təcrübə keçməsi zamanı və əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarında müddətli əmək müqaviləsinin bağlanmasına yol verilməsi nəzərdə tutulur.
Yeni maddəyə əsasən, işçinin əmək və sosial hüquqları ilə bağlı təminat və güzəştlərin tətbiq edilməsi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə üzvlərinin sayı, əlillik statusu, müharibə veteranı olması, məcburi köçkün statusu və və s.) işçi tərəfindən könüllü olaraq təqdim edilə bilər. Sözügedən maddənin tətbiqi işçiyə əlavə sosial təminat və güzəştlərdən vaxtında və tam şəkildə yararlanmaq imkanı yaradır, eyni zamanda işəgötürən üçün müvafiq hüquq və öhdəliklərin düzgün müəyyən edilməsini təmin edir.
Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri iləəlaqədar olaraq müəyyən vəzifələri (peşələri) tutmaq üçün işəgötürən müsabiqə elan edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası almış şəxslər cəzasının müddətinin bitməsinə bir ay qalmış müsabiqəyə çıxarılan həmin vəzifə(peşə) üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla işəgötürən tərəfindən bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş prinsiplərə zidd olmamaqla müəyyən edilir.
Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməsi şərti ləğv olunub.
Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi iləəlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı iləəmək müqaviləsi ilə müəyyən edilir.
Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edilmə, müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırma və əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətmə işdən kənarlaşdırma əsasları hesab olunur.
İşəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılanadək işçini işdən kənarlaşdıra bilər.
İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir. İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə bilər.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması yeni hal kimi dəyərləndirilir. Köhnə redaksiyada «qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi» bəndi yeni redaksiyada “dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi» iləəvəz olunub.
«Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi iləəlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə» bəndi yeni redaksiyada daha genişləndirilib və dəqiqləşdirilib.
Belə ki, «qanunla daha uzun müddət müəyyən edilməmişdirsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirilməsi iləəlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda» şəklində yer alıb. Həmçinin, bu əsasla əmək müqaviləsinə xitam verilərkən, işəgötürən əlilliyi müəyyən edilmiş işçinin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılmasının və ya yüngül işə keçirilməsinin mümkün olmamasını əsaslandırmalıdır.
Artıq məcburi köçkün onlara bərabər tutulan şəxs vəqaçqın statusu olan şəxslər üstünlüyə sahib deyillər.
İşəgötürən vakant vəzifə(peşə yarandıqda) və ya əvvəl natamam iş vaxtı ilə bağlı zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında işləməsi üçün tədbir görməlidir. Bu yenilik işçinin iş şəraitindəədalətli imkanlara malik olmasını təmin edir və işəgötürənin öhdəliklərini dəqiqləşdirir.
Natamam iş vaxtında əməyin ödənilməsi
Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərəəmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.
Yeni qaydalarda həmçinin tərəflərin razılığı ilətam məbləğdə ödəniş nəzərdə tutulub.
Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması
Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan, habelə tibbi rəy əsasında xəstəailə üzvünəqulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.
Əvvəllər isə natamam iş günü və ya natamam iş həftəsi müəyyən edildikdəəmək haqqı işlənmiş vaxta mütənasib olaraq ödənilirdi.
Maddənin köhnə adı - Gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilər.
Növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi iləəlaqədar ehtiyacları əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.
Artıq Dövlət Suverenliyi Günü (sentyabrın 20-si) bayram günü hesab olunur.
Əsas məzuniyyət və onun müddətləri
Köhnə redaksiyada qeyd edilmişdir ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
Dəyişikliklərəəsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.
Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti
Bu kateqoriyaya aid edilən işçilərin siyahısı genişləndirilib: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməkləəlaqədar səbəblərdən əlilliyi olan işçilərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi vəərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi vəərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Yaradıcılıq məzuniyyətləri və onların müddətləri
İşəgötürənləəmək münasibətlərində olmaqla yanaşı doktoranturada (adyunkturada) müvafiq elmi dərəcəalmaq üçün təhsilini davam etdirən işçilərə yalnız dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər. Köhnə redaksiyada, bura həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq da aid edilirdi. Yaradıcılıq məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir. Daha öncə isə aylıq əmək haqqı hesablanırdı.
Hamiləliyə və doğuşa görə məzuniyyətlər
Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.
Uşağının doğulması iləəlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları
İki aylığadək yaşında uşağı övladlığa götürən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.
Uşağı övladlığa götürən qadınlar bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri
Arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə vəəlilliyi olan uşaqları olan işçilərə 14 təqvim gününədək məzuniyyət verilməsini nəzərdə tutulan bəndlər ləğv olunur.
Yeni qaydalara əsasən, əsas iş yerində ezamiyyətə gedən işçiyə əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində, əlavə iş yerində ezamiyyətə gedən işçiyə isə əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində ödənişsiz məzuniyyətlərin verilməsi nəzərdə tutulur.
Əmək məzuniyyətinin verilməsi qaydası
Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri, yalnız məktəblərdə yalnız yay tətili dövründə deyil, həmçinin işəgötürənin razılığı ilə tədris ili ərzində də verilə bilər.
Əmək məzuniyyətlərinin verilməsində növbəlilik
Əsas iş yerində məzuniyyətə çıxan əlavə iş yeri üzrə işləyən işçilərə vəəlavə iş yerində məzuniyyətə çıxan əsas iş yeri üzrə işləyən işçilərəəmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli vaxtda verilir.
Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
Aşağıdaki hal istisna olmaqla, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
Belə ki, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə vəəmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənəərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları iləəvəz olunur.
Əmək müqavilələrində və ya kollektiv müqavilədə, məzuniyyətə çıxan işçilər üçün növbəti əməkhaqqı (avans vəya qalan hissəsi) verilən gündən gec olmayaraq, məzuniyyət vaxtı üçün orta əməkhaqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər.
Əmək haqqının minimum məbləği
Yeni redaksiyaya əsasən minimum əmək haqqı dedikdə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ nəzərdə tutulur.
Anlayışın qanunа daha dəqiq istinadla verilməsi hüquqi müəyyənlik baxımından diqqət çəkir
Əmək haqqının verilməsi müddətləri
Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.
Köhnə qaydalarda, əmək haqqı bir qayda olaraq, iki hissəyə bölünərək verilirdi.
Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi
Əmək haqqının, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilməyi ləğv olunur. Əməkhaqqı nağdsız verildikdə işçinin bank hesabına ödəniş alətləri vasitəsilə köçürülür. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinəəsasən əməkhaqqı nağd ödənildiyi halda iş yerində verilir və ya işçinin istəyi ilə göndərilmə və ya köçürülmə xərci işçidən tutulmaqla müvafiq ünvana göndərilir və ya bank hesabına köçürülür.
Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması
Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər, yəni hər dəfə əmək haqqı verilərkən tutulmuş bütün məbləğlərin ümumi miqdarının işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq olmaması, habelə əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutulduqda bütün hallarda işçinin əmək haqqının əlli faizinin saxlanılması tələbi islah işləri çəkilərkən imentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir. Yeniliyə əsasən, bu hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.
Orta əmək haqqı və onun hesablanması qaydası
Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
Göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.
Əməyin ödənilməsinin təminatları
Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə həmin ödənclər “Müflisləşmə vəiflas haqqında” Azərbaycan Respublikasının Qanunu, banklar və sığorta təşkilatlarına münasibətdə “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş növbəliliyə uyğun olaraq ödənilir.
Yeni redaksiya qanunlara daha dəqiq istinad verməylə hüquqi müəyyənlik prinsipini gücləndirilir.
İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar
Hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.), habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi iləəlaqədar ezam olunduqda iş yeri vəorta əmək haqqı saxlanılır.
İşçinin müəssisənin mənfəətindən pay almaq hüququ
Kollektiv müqavilədə və ya əmək müqaviləsində nəzərdə tutulduğu halda işçilər səhmdar cəmiyyətlərin və ya məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulan qaydada və məbləğdə illik maliyyə hesabatlarının nəticələrinə görə müəyyən edilən mənfəətdən pay almaq hüququna malikdir.
İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri vəorta əmək haqqının saxlanıldığı dövrlər intizam xətası törədildiyi andan 2 il müddətinə daxil edilmir.
Zərərli, ağır istehsalatlardakı iş yerlərində, peşələrdə (vəzifələrdə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq 3 ayda bir dəfədən, digər iş yerlərində isə ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar. Əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması vaxtı kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı (əmək kollektivi) arasında razılaşmalarla müəyyən edilir. İşəgötürən bu təlimatlandırmaların qeydiyyatını elektron informasiya sistemi vasitəsilə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə xüsusi jurnallarda aparmalıdır.
Məqsəd və təyinatından asılı olaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin və ya fiziki şəxs olan işəgötürənin hesabına maliyyələşdirilir.
Fiziki şәxs olan işәgötürәnlәrin yaratdıqları, işçilәrin sayı әlli nәfәrdәn çox olan iş yerlәrindә әmәyin mühafizәsi üzrә mühәndis vәzifәsi tәsis edilir. Müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməkləəməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilir, bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilir.