Əmtəə nişanı, patent və sənaye nümunələrinin Azərbaycanda və xaricdə qeydiyyatı, müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması və mübahisələrin həlli.
Azərbaycanın əqli mülkiyyət hüququ sahəsində qanunvericiliyi əsasən aşağıdakılardan ibarətdir:
1. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanun;
2. Müəllif hüquqları və əlaqəli Hüquqlar haqqında Qanun;
3. Patent haqqında Qanun;
4. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Qanun;
5. İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında Qanun;
6. Məlumat toplularının hüquqi qorunması haqqında Qanun.
Azərbaycanda Əmtəə Nişanının Qeydiyyatı Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən müvafiq ekspertiza aparılaraq təxminən 6-10 ay çəkir.
Qeydiyyata alınmış əmtəə nişanının axtarışı açıq informasiya kimi internet resurslarında olmasa da, yazılı tələb əsasında qeydiyyat məlumatları maraqlı tərəflərə təqdim edilməlidir.
Əmtəə nişanlarının qeydiyyatı prosesi müxtəlif mərhələlərdən ibarətdir. Xarici hüquqi və ya fiziki şəxslər Azərbaycanda əmtəə nişanlarının qeydiyyatı üçün patent müvəkkili vasitəsilə iştirak etməlidirlər. Yerli hüquqi və fiziki şəxslər sərbəst şəkildə Əqli Mülkiyyət Agentliyinə müraciət edə bilərlər.
Müraciət aşağıdakı sənədlərlə həyata keçirilir:
Əmtəə nişanı 10 illik qeydiyyata alınır və bu müddət uzadıla bilir.
- Patent, əmtəə nişanları və müəlliflik hüquqlarının qorunması üçün müvafiq sənədləşmənin aparılması;
- Əmtəə nişanlarının qeydiyyatı və qeydiyyata alınmış əmtəə nişanlarına şikayətlərin verilməsi;
- Əmtəə nişanlarının qeydiyyatından öncə əmtəə nişanı üzrə axtarışın həyata keçirilməsi;
- Müştərinin digər müəlliflərin əqli mülkiyyət hüquqlarını pozmamasının təmin edilməsi üçün hüquqi auditin həyata keçirilməsi;
- Əqli mülkiyyət hüquqlarının qorunması üçün müqavilələrin tərtib edilməsi və təhlili;
- əmtəə nişanlarının mövcudluğu üzrə axtarış, əmtəə nişanlarının, patentlərin qeydiyyatı, qeydiyyatdan şikayət verilməsi;
- əmtəə nişanlarının əldə edilməsi üzrə razılaşmalar;
- əmtəə nişanlarına dair lisenziya müqaviləsi;
- əqli mükiyyət üzrə mübahisələrin həlli.