Caspian Legal Centerdə İdarəedici Partnyordur.
Fərid Nəbili hüquq təhsilini Bakı Dövlət Universitetində (LL.B, 2007) və Mərkəzi Avropa Universitetində (LL.M, 2008) alıb, akademik tədqiqat mövzuları müqayisəli hüquq sahələrini əhatə edib. O, bir qrup özəl şirkət və dövlət qurumlarında hüquq işçisi və menecer, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi qanunvericiliyinin təkmilləşdirilməsi şöbəsinin rəisi vəzifələrində çalışıb. O, mövcud Vergi Məcəlləsinə bir sıra beynəlxalq vergitutma anlayışlarının və üsullarının (xüsusən, transfert qiymətləri, Tax Free rejimi, əvvəlcədən qərarlar, vergidən yayınmaya qarşı ümumi qayda) daxil edilməsinin təşəbbüskarı və iştirakçısı olmuşdur.
O, nüfuzlu reytinq agentlikləri (Chambers & Partners, IFLR 1000, Legal 500) tərəfindən Azərbaycanda beynəlxalq reytinqli hüquqşünaslardan biri kimi tanınıb, həmçinin World Tax | World TP tərəfindən "vergi üzrə ekspert" olaraq seçilib.
Fərid Nəbili Azərbaycan Vəkillər Kollegiyasının, Beynəlxalq Vəkillər Kollegiyasının və Avropa Korporativ İdarəetmə İnstitutunun üzvüdür. Onun vergi qanunvericiliyinə dair məqalələri Azərbaycandan vergi məruzəçisi olduğu Beynəlxalq Vəkillər Kollegiyasının Vergi Komitəsinin illik hesabatlarında, həmçinin Bloomberg Tax və digər beynəlxalq nəşrlərdə dərc olunub. Vergi Hüququ kitabının müəllifidir (İstanbul, Bilnet, 2023). O, həmçinin 2012-ci ildən bir sıra yerli universitetlərdə hüquq fənni üzrə dərs deyir. Hazırda Bakı Dövlət Universitetində ingilisdilli qruplar üçün vergi hüququ və beynəlxalq vergi hüququ kurslarını tədris edir.
Onun ixtisas sahələri biznes layihəsinin təşkili, korporativ hüquq, vergi hüququ, tikinti hüququ, maliyyə və bank hüququdur.
Vergi vəkili
vergi işləri üzrə vəkil
Bakıda reytinqli vəkil
Azərbaycanda beynəlxalq təcrübəli vəkil
Bakıda vergi vəkili.
Caspian Legal Centerdə Partnyordur O, Bakı Dövlət universitetində bakalavr, Londonda Queen Mary Universitetində magistr, həmçinin Azərbaycan Universitetində MBA dərəcəsi almışdır. O. Beydiyev korporativ hüquq sahəsində 19 illik təcrübəyə malikdir. O, İqtisadiyyat Nazirliyində bölmə rəhbəri kimi, həmçinin yerli hüquq şirkətində çalışmışdır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Səhiyyə Nazirliyinin Apellyasiya İntizam Komitəsinin üzvüdür.
O, daha əvvəl Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində şöbə müdiri və yerli hüquq firmasında baş hüquqşünas vəzifələrində çalışmışdır. Cənab Beydiyev məhkəmə çəkişmələri və mübahisələrin həlli sahəsində, o cümlədən arbitraj və beynəlxalq arbitraj, xarici məhkəmə qərarlarının və beynəlxalq arbitraj qərarlarının Azərbaycanda tanınması və icrası üzrə geniş təcrübəyə malikdir. O, həmçinin kommersiya hüququ, korporativ maliyyə, əmək hüququ, enerji hüququ, maliyyə bazarlarının tənzimlənməsi və publik hüquq sahələrində ixtisaslaşmışdır.
Email: [email protected]
hüquqşünas
hüquqşünas məsləhəti
huquqsunas
vəkil
vəkil xidməti
bakıda vəkil
ən yaxşı vəkil
vəkil xidməti
beynəlxalq vəkil xidməti
vəkil xidməti iddia ərizəsi
vekil mesleheti
vekil elaqe nomresi
vekil axtariram
bosanmaq ucun vekil
bakida en yaxsi vekil
online vekil
online vekil mesleheti
online vekil xidmeti
vekil qiymetleri
hüquq məsləhətçisi
huquq meslehetcisi
mühasib
Caspian Legal Centerdə Hüquq Meneceridir. 2017-ci ildə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin bakalavr dərəcəsini 2025-ci ildə Kembric Universitetinin hüquq üzrə magistr dərəcəsini alıb. 2021-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.
Pəri Qasımlı CLC-də 9 ildən artıq təcrübəyə malikdir.O, kommersiya hüququ, layihələrin inkişafı, tikinti hüququ, neft-qaz hüququ, enerji hüququ, alternativ enerji və bərpa olunan enerji hüququ, korporativ strukturlaşdırma və restrukturizasiya, əmək hüququ, habelə Azərbaycanda hüquqi şəxslərin ləğvi və müflisləşməsi sahələrində geniş praktiki təcrübə qazanmışdır. O, müştərilərlə effektiv kommunikasiya, habelə beynəlxalq və milli xarakterli müxtəlif hüquq sahələri üzrə peşəkar araşdırma bacarığına malikdir.
Email: [email protected]
hüquqşünas
hüquqşünas məsləhəti
huquqsunas
vəkil
vəkil xidməti
bakıda vəkil
ən yaxşı vəkil
vəkil xidməti
beynəlxalq vəkil xidməti
vəkil xidməti iddia ərizəsi
vekil mesleheti
vekil elaqe nomresi
vekil axtariram
bosanmaq ucun vekil
bakida en yaxsi vekil
online vekil
online vekil mesleheti
online vekil xidmeti
vekil qiymetleri
hüquq məsləhətçisi
huquq meslehetcisi
mühasib
Firəngiz Heydərova Caspian Legal Center-də vergi meneceridir. O, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr dərəcəsi və İsveçin Lund Universitetindən Maliyyə və Vergi üzrə magistr dərəcəsi almışdır. O, ACCA sertifikatlarına malikdir və Maliyyə Mühasibatlığı, İdarəetmə Mühasibatlığı və Performans İdarəetmə kvalifikasiyalarını uğurla keçmişdir. Həmçinin Azərbaycan üzrə Peşəkar Mühasibatlıq Sertifikatına malikdir.
Firəngiz Heydərova bir neçə yerli şirkətdə vergi məsləhətçisi kimi fəaliyyət göstərib. O, maliyyə və mühasibat uçotu, habelə audit və vergi məsələlərində geniş maraq və biliyə malik təcrübəli vergi meneceridir. O, Worl Tax tərəfindən "tanınmış vergi mütəxəssisi" kimi qəbul edilməklə bərabər, İkiqat Vergitutma Müqavilələri, Transfer Qiymətləri məsələləri və PSA (hasilatın pay bölgüsü) sazişləri üzrə ekspertdir.
Email: [email protected]
vergi məsləhətçisi
Bakıda mühasib
mühasibat xidmətləri
vergi konsultantı
vergi mühasibi
beynəlxalq vergi mühasibi
ikiqat vergi sazişləri
transfer qiymətləri üzrə mütəxəssis
Sona Abdullayeva Caspian Legal Center-də baş hüquq məsləhətçisi çalışır.
Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin ingilis bölməsində təhsilini tamamlamış və 2022-ci ildə Caspian Legal Center-ə qoşulmuşdur. O, 2025-ci ildə Oxford Universitetinin hüquq üzrə magistr proqramındə təhsil almışdır.
O, rəqabət hüququ, əmək hüququ və korporativ hüquq sahələrində ixtisaslaşmışdır. Onun əsas fəaliyyət istiqamətlərinə Azərbaycanda korporativ yenidəntəşkil, o cümlədən birləşmə və qoşulmalar (mergers), iqtisadi təmərküzləşməyə nəzarət (merger control), səhmlərin alışı üzrə əməliyyatlar və şirkətlərin satın alınması (acquisitions) daxildir. Sona Avropa Rəqabət Hüquqşünasları Assosiasiyasının və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.
rəqbət hüququ
birləşmə və qoşulma
yenidəntəşkil
Rəqabət məcəlləsi vəkil
rəqabət üzrə vəkil
əmək hüququ vəkil
satınalmalar üzrə hüquqşünas
vəkil xidmətləri
korporativ hüquq
Caspian Legal Center-in baş vergi mühasibi Ləman Kərimli Azərbaycan Dövlət İqtisad Universitetinin həm bakalavr, həm də magistr dərəcəsinə malikdir. Əsasən vergi və mühasibat uçotu üzrə konsaltinq sahəsində altı illik təcrübə ilə o, işini məsuliyyətlə, mükəmməl formada yerinə yetirir. 2022-ci ildə Ləman Kərimli PMS sertifikatı əldə edərək, beynəlxalq mühasibat uçotu üzrə ixtisaslaşmışdır. Onun sənaye sektorunun standartlarına uyğun xidməti müştərilərin etibarlı mühasibatlıq dəstəyi almasını təmin edir.
Caspian Legal Center-in baş vergi mühasibi
Caspian Legal Centerdə kənar hüquq məsləhətçisidir. O, Bakı Dövlət Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə magistr təhsilini almışdır. Bundan əlavə o, Bakı Dövlət Universitetinin doktorantıdır və pedoqoji fəaliyyətlə məşğuldur. Elyar Həsənov bir sıra yerli şirkətlərdə və banklarda aparıcı hüquqşünas vəzifəsində çalışmışdır, 2014-cü ildən isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, məhkəmə mübahisələri, xüsusilə də mülki, inzibati və iqtisadi işlər üzrə məhkəmədə təmsilçilik üzrə geniş təcrübəyə malikdir.
hüquqşünas
hüquqşünas məsləhəti
huquqsunas
vəkil
vəkil xidməti
bakıda vəkil
ən yaxşı vəkil
vəkil xidməti
beynəlxalq vəkil xidməti
vəkil xidməti iddia ərizəsi
vekil mesleheti
vekil elaqe nomresi
vekil axtariram
bosanmaq ucun vekil
bakida en yaxsi vekil
online vekil
online vekil mesleheti
online vekil xidmeti
vekil qiymetleri
hüquq məsləhətçisi
huquq meslehetcisi
mühasib
Caspian Legal Centerdə vergilər üzrə baş mühasibdir. O Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr dərəcəsini əldə etmişdir. O CLC-ə qoşulmamışdan əvvəl bir neçə yerli şirkətdə vergi və mühasibatlıq üzrə fəaliyyət göstərmişdir. O maliyyə, mühasibat, vergi və əmək məsələləri üzrə geniş təcrübəyə malikdir. Kamal Quliyev Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə Peşəkar Mühasib Sertifikatına malikdir. O, CLC-də müştərilərə mürəkkəb maliyyə və vergi vəziyyətlərində dəstək verən etibarlı məsləhətçidir.
Email: [email protected]
Nigar Quliyeva CLC-d Hüquq məsləhətçisi və Bakı Dövlət Univeritetinin Sabah Qruplarının məzunudur. Təhsil aldığı dönəmdə yüksək akademik göstəricilərə sahib olmaqla bərabər, universitetdən kənar fəaliyyətlərində də olduqca aktivdir. Belə ki, bir sıra həm yerli , həm beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş tədbir və layihələrdə, yay məktəblərində iştirak etmişdir. Nigar Quliyeva eyni zamanda bir sıra məhkəmə müsabiqələrinin iştirakçısı olmuş, Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil edilmiş “2023-cü il Xoyski Mediasiya Məhkəmə Müsabiqəsi”ndə, həmçinin Paşa Bankın Əlaçı müsabiqəsində qalib gəlmişdir.
O, əsasən biznesin yaradılması və şirkətlərin qeydiyyatı, filial və nümayəndəliklərin qeydiyyatı, korporativ hüquq və uyğunluq (compliance) məsələləri (o cümlədən korporativ reyestr məlumatlarının yenilənməsi və benefisiar mülkiyyətçilər barədə hesabatlılıq), AML (çirkli pulların yuyulmasına qarşı qanunlar) qanunvericiliyinə uyğunluq və bu sahədə hüquqi məsləhət, lisenziyalaşdırma, icazələrin alınması, immiqrasiya hüququ və əmək icazələrinin rəsmiləşdirilməsi, habelə Azərbaycanda şirkətlərin ləğvi və fəaliyyətinə xitam verilməsi məsələləri üzrə fəaliyyət göstərir.
çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) üzrə hüquqşünas; AML üzrə hüquqşünaslar; lisenziyalaşdırma üzrə hüquqşünaslar; filialların qeydiyyatı; nümayəndəliklərin qeydiyyatı; benefisiar mülkiyyətçilər barədə hesabatlılıq; Azərbaycanda ləğvetmə üzrə hüquqşünaslar.
Maya Əhmədzadə Caspian Legal Center-də Vergi Hüququ üzrə Köməkçi Hüquqşünas vəzifəsində çalışır. O, müştərilərə vergi qanunvericiliyi üzrə müxtəlif hüquqi məsələlər üzrə məsləhətlər verir. ADA Universitetində Azərbaycan və ingilis dillərində hüquq üzrə bakalavr təhsili aldığı müddətdə, həm dövlət, həm də özəl sektorda dəyərli təcrübə toplamışdır. Güclü hüquqi araşdırma, analiz və ünsiyyət bacarıqları ilə, Maya Əhmədzadə Caspian Legal Center-ə 2024-cü ilin iyun ayında qoşulmuşdur.
Maya Əhmədzadə Caspian Legal Center-də Vergi Hüququ üzrə Köməkçi Hüquqşünas vəzifəsində çalışır.
Nigar Şiralizadə Caspian Legal Center-də Vergi mühasibi olaraq çalışır və Azərbaycan Dövlət İqtisad Universitetində rus sektoru üzrə mühasibatlıq fakultəsi üzrə bakalavr dərəcəsinə malikdir. Vergi və mühasibatlıq sahəsində üç illik təcrübəsi ilə o, işində yüksək keyfiyyət nümayiş etdirir. Nigar həm neft, həm də qeyri-neft sektorunda təcrübə qazanmışdır. Eyni zamanda, o ACCA tələbəsidir və 2023-cü ildə beynəlxalq mühasibat standartlarına ixtisaslaşmış Maliyyə Mühasibatlığı sertifikatı alıb. O, vergi mühasibatlığı üzrə kurslarda iştirak etmişdir, bu da onun bu sahədəki bilik və bacarıqlarını daha da gücləndirmişdir.
Şiralizadə Nigar Caspian Legal Center-də Vergi mühasibi olaraq çalışır və Azərbaycan Dövlət İqtisad Universitetində rus sektoru üzrə mühasibatlıq fakultəsi üzrə bakalavr dərəcəsinə malikdir.
Müşfiq Rzazadə, CLC-də mühasib köməkçisi kimi çalışan gənc mütəxəssisdir. Bakalavr və magistr dərəcələrini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. Şirkətimizdə iş həyatına başlamazdan əvvəl müxtəlif sənaye sahələrində mühasib köməkçisi olaraq təcrübə qazanmışdır. Müşfiq, mühasibat uçotu, vergi və maliyyə sahəsində biliklərini artırmaq məqsədilə müxtəlif kurslarda iştirak edir. Eyni zamanda, 2019-cu ildə Hüquq, İqtisadiyyat və İdarəetmə üzrə Beynəlxalq ICLEL Konfransıda “Azərbaycanın Maliyyə Bazarlarında Qiymət əmələgəlmə Problemləri” adlı məqaləsi dərc olunmuşdur. Müşfiq, mühasibat sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməyə davam edərək, professional inkişafını hədəfləyir.
Müşfiq Rzazadə
CLC-də mühasib köməkçisi kimi çalışan gənc mütəxəssisdir. Bakalavr və magistr dərəcələrini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır.
Nigar Cabiyeva Caspian Legal Center-də Kiçik Vergi Məsləhətçisi vəzifəsində çalışır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qrupları proqramını İqtisadiyyat ixtisası üzrə ingilis dilində təhsil alaraq uğurla başa vurmuşdur. Universitet illərindən etibarən mühasibat uçotu və vergitutma sahələrində fəal fəaliyyət göstərmiş, maliyyə hesabatlarının hazırlanması, vergi öhdəliklərinə uyğunluğun təmin edilməsi və mühasibat uçotu prosesləri üzrə praktiki təcrübə qazanmışdır. Nigar peşəkar inkişafına daim önəm verir və vergitutma, eləcə də maliyyə məsləhətçiliyi sahələrində bilik və bacarıqlarını davamlı olaraq təkmilləşdirməyə çalışır.
Azərbaycanda vergi məsləhətçiləri
Bakıda CLC vergi məsləhətçisi Azərbaycanda
mühasibatlıq və vergi xidmətləri Vergi məsləhətçiliyi