Caspian Legal Center Bakıda yerləşən hüquq və vergi sahələri üzrə konsultasiya təqdim edən, beynəlxalq reytinqli Azərbaycan konsultinq şirkətidir. Şirkət olaraq kommersiya və şirkət hüququ məsələlərində, o cümlədən Azərbaycanda kommersiya qurumlarının yaradılması və fəaliyyəti ilə bağlı bizneslərə geniş həcmdə hüquqi dəstək və məsləhətlərin verilməsi üzrə ixtisaslaşmışıq. Biz həmçinin mürəkkəb biznes əməliyyatları ilə bağlı vergi xidmətləri, mühasibatlıq və əmək haqqı hesablaması üzrə xidmətlər təqdim edirik.
CLC Azərbaycanda biznes hüququ və vergi sahəsində geniş praktiki təcrübəyə malik hüquqşünaslar və vergi məsləhətçiləri tərəfindən təsis olunmuşdur. Komandamız yerli təhsillə yanaşı, Qərb universitetlərində də təhsil almışdır (Central European University, Queen Mary University, Cambridge University, University of Oxford, Lund University məzunlarıdır) və beynəlxalq biznes əməliyyatlarında da fəal iştirak edirlər. Bütün xidmətlərimiz azərbaycan, ingilis, alman, rus və türk dillərində təqdim olunur.
Yerli qanunvericiliyə, məhkəmə işi və praktikasına hər-tərəfli bələd olma, dövlət orqanlarının yanaşması ilə yaxından tanışlıq, biznes təşviqi islahatlarında iştirak və biznesin dövlət qurumlarında təmsil olunması fəaliyyətimizin əsasını təşkil edir. Biz mütəmadi olaraq veb saytımızda hüquq və vergi sahələrində yeniliklər, analitik məqalələr və spesifik nəşrlər dərc edirik.
Komandamızın üzvləri əvvəllər yerli holdinqlər, istehsal müəssisələri, idxal-ixrac yönümlü bizneslər, tikinti şirkətləri, banklar (Azərbaycan Respublikasının Mərkəzi Bankı daxil olmaqla), nazirliklər (İqtisadiyyat Nazirliyi, Xarici işlər Nazirliyi) və hüquq şirkətlərində çalışmış və ya onlara xidmətlər göstərmişlər.
CLC-nin məsləhətçiləri müqavilə danışıqlarında (müştərinin təmsil və müşayiət olunması), müqavilələrin hazırlanmasında, FIDIC müqavilələri də daxil olmaqla iri məbləğli (çox milyonluq) müqavilələrin təhlilində, mübahisələrin həlli və borcların alınması işlərində kifayət qədər təcrübəlidirlər.
CLC hüquqi islahatları və biznes təşviqlərini intensiv formada izləyərək vergi və rüsumdan azadolmalar, azad zonalar və digər biznesin təşviqi stimulları barədə müştərilərə məsləhətlər verir.
“Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən konsaltinq şirkəti olaraq, Azərbaycanda korporativ hüquq xidmətləri və biznesin qeydiyyatı, immiqrasiya üzrə məsləhət, neft-qaz sənayesində vergi və hüquq xidmətləri, əmək hüququ sahəsində xidmətlər, əqli mülkiyyət xidmətləri, müqavilə layihələrinin hazırlanmsı və danışıqlar, vergi və mühasibat xidmətləri, mübahisələrin həlli və məhkəmə xidmətləri (borcların geri qaytarılması daxil olmaqla), həmçinin daşınmaz əmlak və əmlak alqı-satqısı, nəqliyyat, daşımaçılıq və dənizçilik, alternativ və bərpa olunan enerji, tikinti sahəsində hüquq və vergi xidmətlər təqdim edirik.
Biz həmçinin əcnəbi şəxslərə ailə münasibətləri, məşğulluq, immiqrasiya, vərəsəlik, Azərbaycan Respublikasında xarici məhkəmə qərarlarının tanınması və icrası ilə bağlı hüquqi məsləhət və nümayəndəlik xidmətləri göstəririk.
Müştərilərimizin bir çoxu Azərbaycanda fəaliyyət göstərən və ya yerli şirkətlərlə biznes əməliyyatları aparan transmilli şirkətlərdir. Bunlardan bir çoxu 41-dən çox ölkədə fəaliyyət göstərən Fortune Global 500 şirkətləridir.
Biz müxtəlif sənaye sahələrində, o cümlədən neft-qaz, enerji və təbii sərvətlər, alternativ enerji, IKT, tikinti, hotelçilik və HORECA, sənaye istehsalı, maşınqayırma, kənd-təsərrüfatı, qida sənayesi, təhsil, xidmət sahəsi, idxal və ixrac, topdan və pərakəndə satış sahəslərində ixtisaslaşmış hüquq və vergi xidmətləri, habelə dövlət və ictimai qurumlara konsaltinq xidmətləri göstəririk. Yenilənmiş şirkət və müştərilərin profil sənədləri üçün bizimlə əlaqə saxlayın.