Neft və Qaz Hüququ
Azərbaycanda neft-qaz qaydaları, Azərbaycanda Hasilatın Pay Bölgüsü Sazişləri, Neft və qaz üzrə hüquqşünaslar, Azərbaycandakı enerji vəkilləri - Azərbaycanda neft-qaz və enerji sənayesində tam hüquq və vergi məsləhətləri veririk.

Neft və qaz sənayesində, eləcə də Azərbaycanda enerji və bərpa olunan enerji sənayesində hüquqi və vergi məsləhətləri bizim təcrübəli olduğumuz sahələrimizdən biridir.

 

Neft və Qaz Hüququ

Neft və qaz sənayesi - Ümumi məlumat

Azərbaycan neft sənayesinin yarandığı və təşəkkül tapdığı məkanlardan biridir. Tarixi sənədlərə əsasən, neftin ticarət vasitəsi kimi istifadə olunması hələ eramızın III əsrində  mövcud olmuşdur. Tarix boyu Azərbaycan, xüsusilə də Abşeron yarımadası özünün neft yataqlarına görə yanar torpaqları ilə məşhur idi.

Bakının neft ehtiyatları Sovet dövründə də həllədici rol oynamağa davam edirdi. İkinci Dünya müharibəsi illərində, SSRİ-dəki ümumi neft hasilatının 70 faizindən çoxu Bakıda istehsal edilirdi.

Azərbaycandakı neft hasilatı müstəqillik elan edildikdən sonra azalmağa başladı. Buna baxmayaraq, ölkəmizdəki zəngin neft ehtiyatları xarici investorları Azərbaycanın neft sənayesinə investisiya qoymağa cəlb edirdi. Neft sənayesinə xarici sərmayələrin cəlb edilməsilə, 1994-cü ildə Azəri-Çıraq-Günəşli neft yatağı ilə bağlı olaraq imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi ilə iri həcmdə neft istehsalı başladı və o tarixdən sonra 30-dan Hasilatın Pay Bölgüsü sazişi imalandı.

1994-cü ildə Azərbaycanın neft hasilatı təxmini olaraq 9,5 milyon ton təşkil etsə də 2010-cu ildə bu hədd rekord saya, 50.8 milyon tona çatdı. Son illərdə, neft istehsalı 2017 və 2018-ci illərin göstəricilərinə əsasən 38 milyon tona qədər azalmışdır.

1994-cü ildə Azərbaycanda qaz hasilatı təxmini olaraq 6,4 milyon kubmetr ton idi isə, bu rəqəm Şahdəniz 1, Şahdəniz 2 layihələrindən sonra və Ümid və Abşeron qaz yataqlarının kəşf edilməsilə 2010-cu ildə 26,3 milyon kubmetr ton, 2017-ci ildə 28,6 milyon ton, 2018-ci ildə isə 30.5 milyon tona çatdı. Bakı Tbilisi Ceyhan, Cənub Qaz Dəhlizi, TAP, TANAP kimi layihələr Azərbaycan qazının xarici bazarlara daşınması və ixracında əsas beynəlxalq layihələrdəndir.

2000-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə arasında təbii qazın qəbulu, daşınması və çatdırılması şərtlərini tənzimləyən Bakı-Tbilisi-Ceyhan Hökümətlərarası Sazişi və  2002-ci ildə Cənub Qaz Dəhlizi Hökumətlərarası Sazişi imzalanmışdır.

Neft və qaz sənayesinin Azərbaycanda hüquqi tənzimlənməsi

Azərbaycanda neft sənayesinin tənzimlənməsi həm yerli qanunvericili, həm də beynəlxalq sazişlər əsasında həyata keçirilir.

Yerli qanunvericilik beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hədlər çərçivəsində tətbiq olunur. Başqa sözlə, Azərbaycan hökuməti tərəfindən imzalanmış beynəlxalq müqavilələr və sazişlər yerli qanunlardan üstündür.

Azərbaycan Konstitusiyasına əsasən, təbii sərvətlər fiziki və ya hüquqi şəxslərin hüquq və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur. “Yerin təki haqqında” qanun, “Energetika haqqında” qanun və “Enerji resurslarından istifadə haqqında” qanun bu sahədə əsas qanunvericilik aktlarını təşkil edir.

Yerin təki haqqında qanun konstitusion prinsiplərə əsaslanaraq, yerin təkinin hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubluğunu ifadə edir.

Yerin təki yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi kimi ifadə edilir.

Yerin təkindən istifadə hüququ, ilk növbədə, geoloji öyrənmələrə, neft və qaz yataqlarının istifadəsi və istehsalına,  neft-qaz məhsullarının boru kəmərləri ilə emalı və nəqlinə tətbiq edilməklə neft və qaz üzrə icazələri tənzimləyir. Yerin təkindən istifadə üçün (faydalı qazıntıların çıxarılması çıxarılması) icazələr 25 il və bu istifadə geoloji öyrənilməni də  əhatə etdiyi təqdirdə 30 il müddətlərinə verilir.

Yerin təki sahələrindən istifadə, neft və qaz yataqlarında əməliyyatlar da daxil olmaqla, ölkə təhlükəsizliyinə, insanların həyat və sağlamlığına və ətraf mühitin mühafizəsinə təhlükə törədərsə qismən və ya tamamilə qadağan edilə bilər.

Yerin təkindən istifadə hüququ, neft və qaz hasilatı və emalı da daxil olmaqla, müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yerin təkindən istifadə qaydaları, müsabiqələr, yerin təkindən istifadə rüsumları, ekspert rəylərinin verilməsinə və bir sıra digər prosessual və texniki məsələlərə dair bir neçə qaydalar təsdiqlənmişdir.

2009-cu ildə Parlament tərəfindən İxrac yönümlü Neft-Qaz Əməliyyatları üzrə Xüsusi İqtisadi Rejimin tətbiqi haqqında Qanun qəbul edildi. İlk 15 il müddətində qəbul edilən Qanunda, Azərbaycan ərazilərindən kənarda ixrac yönümlü neft-qaz əməliyyatları üçün xüsusi qaydalar nəzərdə tutulmuşdur. İxrac yönümlü neft-qaz əməliyyatı dedikdə, Azərbaycan ərazilərindən və Xəzər dənizinin ərazi sularından kənarda neft-qaz əməliyyatları, habelə bu əməliyyatlarla əlaqəli işlərin görülməsi, xidmətlərin göstərilməsi və malların Azərbaycanda tədarükü nəzərdə tutulur. Açıq şəkildə qeyd olunur ki, bu Qanun məhsul bölüşdürülməsi sazişləri ilə tənzimlənən heç bir neft-qaz yataqlarına və əməliyyatlara şamil edilmir. Qanun vergitutma, gömrük, valyuta tənzimləmələri, işçi qüvvəsi və bu kimi məsələlərin sənədləşdirilməsi üçün xüsusi rejim təmin edir, məsələn: bu qanuna əsasən əhatə edən podratçı və subpodratçılara 5% mənfəət vergisi, gömrük rüsumları və idxal ƏDV müvafiq orqanlardan arayış aldıqda azad edilir. 

Azərbaycanda Hasilatın Pay Bölgüsü Sazişləri (PSA)

Xarici neft şirkətlərinin əksəriyyəti Azərbaycanda yerli hüquqi aktlarla yanaşı, hasilatın pay bölgüsü sazişləri adlandırılan xüsusi beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərir.

İlk hasilatın pay bölgüsü sazişi 1994-cü ildə imzalanmışdır, və bundan sonra da Azərbaycan Respublikasının quru və dəniz ərazilərində yerləşən müxtəlif neft yataqları ilə əlaqədar bir çox Hasilatın Pay Bölgüsü sazişləri imzalanmışdır.

14 sentyabr 2017-ci il tarixdə Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişi yeni dəyişikliklərlə yenidən imzalandı. Sazişin müddəti 2050-ci ilə qədər uzadıldı, BP operator olaraq müəyyən olundu və ARDNŞ-nın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) layihədəki payı 11%-dən 25%-ə qaldırıldı. Bu dəyişiklik nəticəsində Azərbaycanın hasilatdakı birbaşa iştirakı 75% təşkil etdi.

Hasilatın Pay Bölgüsü Sazişlərinin hüquqi tənzimlənməsi və vergi rejimi yerli qanunlardan fərqlidir. Hasilatın Pay Bölgüsü Sazişləri Konstitusiya və ya referendum vasitəsilə qəbul edilmiş hüquqi aktlardan başqa hər hansı digər ziddiyyətli yerli qanunlarla münasibətdə üstünlük hüququna malikdirlər. Azərbaycan Respublikası ARDNŞ-nin Hasilatın Pay Bölgüsü Sazişləri üzrə öhdəliklərinə zəmanət verir. Hasilatın Pay Bölgüsü Sazişləri aşağı dərəcədə ödəmə mənbəyində tutulan vergi öhdəlikləri, eyni zamanda əlavə dəyər vergisindən azad olmanı və sadələşdirilmiş hesabat və mühasibatlıq prosedurlarını təmin edir. Əksər Hasilatın Pay Bölgüsü Sazişlərinə əsasən podratçılar mədən vergisi ödəməkdən azad olunurlar. Vergi Məcəlləsinə əsasən xam neft hasilatı üçün 26 faiz və təbii qaz hasilatı üçün 20 faiz vergi dərəcəsini müəyyən olunur.

Azərbaycan əsasən, Upstream seqmentində investisiyalar qəbul etmişdir. Midstream və Downstream seqmentlərinin əksəriyyəti ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) vasitəsilə dövlətin nəzarəti altındadır. Bu sektora qoyulan çox böyük xarici sərmayəni nəzərə alaraq və bu investisiyaların zəmanəti üçün, Azərbaycan bir sıra beynəlxalq müqavilələrə, o cümlədən “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” UNCITRAL Konvensiyası, “Dövlətlər və digər dövlətlərin vətəndaşları arasında investisiya mübahisələrinin həlli haqqında” Konvensiya, “Enerji Xartiyası” müqaviləsinə qoşuldu. Azərbaycan, həmçinin ikitərəfli investisiya müqavilələri və ikiqat vergitutmanın qarşısının alınması ilə bağlı müqavilələr bağladı.

Bundan əlavə, 2004-cü ildə Azərbaycan “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi,
bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında“ Beynəlxalq Konvensiyanı, “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanı (CLC Konvensiyası) və 1976-ci il Protokolunu, 1992-ci il CLC Konvensiyasını təsdiq etmişdir.

Azərbaycanda neft və qaz sənayesi ilə bağlı göstərdiyimiz hüquq və məsləhət xidmətləri:

•    Hasilatın Pay Bölgüsü Sazişləri (PSA), Hökümətlərarası Sazişlər (HGA), birgə əməliyyat müqavilələri, mühəndislik və tikinti müqavilələri, qazma müqavilələri və podratçı və subpodratçılarla xidmətlər müqavilələri də daxil olmaqla geniş miqyaslı layihələr üzrə hüquqi məsləhətlər;
•    Azərbaycanda Hasilatın Pay Bölgüsü, o cümlədən neft-qaz sənayesi üzrə vergi və gömrük xidmətləri;
•    Neft-qaz sənayesi ilə bağlı məşğulluq və immiqrasiya və Hasilatın Pay Bölgüsü sazişlərinin tətbiqi üzrə məsləhətlər;
•    Dövlət Miqrasiya Xidmətindən iş icazələrinin alınması ilə bağlı olaraq Hasilatın Pay Bölgüsü Sazişləri və Hökümətlərarası Sazişlər ilə bağlı şirkətləri və onların subpodratçılarını təmsil etmək, operator şirkət və ARDNŞ icazələrinin alınması prosesini koordinasiya etmək;
•    Neft-qaz sənayesi podratçıları və subpodratçıları ilə olan iri müqavilələrin danışıqlarında müştərilərə hüquqi məsləhətlər vermək və onları təmsil etmək;
•    Hasilatın Pay Bölgüsü Sazişləri və Hökümətlərarası Sazişlər ilə bağlı subpodratçılarının vergi, gömrük, ticari, uyğunluq və tənzimləmə məsələləri ilə bağlı məsləhətlər vermək;
•    Hasilatın Pay Bölgüsü Sazişlərinin tətbiq olunduğu yerlər də daxil olmaqla, neft-qaz sənayesində podratçı və subpodratçılara mühasibatlıq və əmək haqqı xidmətləri;
•    Hasilatın Pay Bölgüsü Sazişlərinin rejimi çərçivəsində üstünlüklərdən yararlanmaq məqsədilə yerli müəssisələrin yaradılması;
•    Neft və qaz aktivlərinin alınması və yerləşdirilməsi ilə bağlı məsləhətlər verilməsi;
•    Hasilatın Pay Bölgüsü Sazişlərinin çərçivəsində dəniz əməliyyatlarının strukturlaşdırılması üzrə xidmət təminatçılarına məsləhət vermək;
•    Azərbaycanda neft-qaz sənayesində, xüsusən də hasilatın bölüşdürülməsi barədə müvafiq sazişlərin tətbiq olunduğu yerlərdə fəaliyyət göstərən xarici podratçılara və subpodratçılara vergi planlaşdırması və vergi optimallaşdırılması üzrə məsləhətlər vermək;
•    Neft-qaz sənayesində müvafiq tələb olunan lisenziyaların və icazələrin alınması;
•    Neft və qaz hasilatı, emalı və nəqlində tətbiq olunan yerli ekoloji qaydalar və tənzimləmələrlə bağlı məsləhətlər vermək;
•    Hasilatın Pay Bölgüsü Sazişlərinin müvafiq protokollarına əsasən vergi orqanlarından 0% ƏDV sertifikatlarının alınması.


Bu sahədəki təcrübəmiz, suallar və ya göstərdiyimiz xidmətlər ilə ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.