Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir
Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin aşağıdakı redaksiyada yeni öhdəliyi əlavə edilmişdir: “cinsindən asılı olmayaraq... eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək... üçün lazımi tədbirləri görmək.”

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin aşağıdakı redaksiyada yeni öhdəliyi əlavə edilmişdir: “cinsindən asılı olmayaraq... eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək... üçün lazımi tədbirləri görmək.”

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

07.05.2026-cı il tarixində Əmək Məcəlləsinə gender bərabərliyinin təminatı istiqamətində mühüm dəyişikliklər edilmişdir. 

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin aşağıdakı redaksiyada yeni öhdəliyi əlavə edilmişdir:

“cinsindən asılı olmayaraq... eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək... üçün lazımi tədbirləri görmək.”

Bu öhdəliklə işəgötürən cinsindən asılı olmayaraq həm eyni işi, həm də bərabər dəyərli müxtəlif işləri yerinə yetirən işçilərə bərabər əməkhaqqının ödənilməsini təmin etməlidir. Belə ki, “eyni işə görə bərabər əməkhaqqı” prinsipi adətən eyni müəssisədə və eyni fəaliyyət sahəsində çalışan şəxslərin gördüyü eyni iş üzrə müqayisəni nəzərdə tutur. “Bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı” prinsipi qadın və kişilərin fərqli işlər yerinə yetirdiyi halları da əhatə edir.

Bununla yanaşı, Əmək Məcəlləsinin 154-cü maddəsinə aşağıdakı mətndə 3-cü hissə əlavə edilmişdir: 

“İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.”

Bu müddəa ilə müxtəlif işlərin bərabər dəyərliolmasınınmüəyyənləşdirilməsi işəgötürənin vəzfiəsi kimi tanınır. İşəgötürən işlərin bərabər dəyərli olmasını aşağıdakı meyarlar nəzərə alaraq müəyyən etməlidir:

  1. əmək şəraiti;
  2. əmək funksiyasının xarakteri;
  3. qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarındakı xüsusiyyətlər.

Qeyd etmək lazımdır ki, bu dəyişikliklə Azərbaycan Respublikasının da qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” Konvensiyasındakı “bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı” (equal remuneration for work of equal value) prinsipi konkret vəzifə kimi təsbit edilmişdir. 

Daxili əmək tənzimləməsini bu dəyişikliyə uzlaşdırmaq üçün müəssisələrə tövsiyə edilir ki:
  1. eyni və ya bərabər dəyərli müxtəlif işlər üzrə fərqli əməkhaqqının olub-olmamasını təhlil etsinlər; habelə
  2. işlərin bərabər dəyərli olması meyarlarını yazılı şəkildə təsdiq etsinlər;
  3. qeyd edilmiş obyektiv meyarların təsdiqindən sonra cinsinə görə faktiki əməkhaqqı fərqlərinin meyarlara uyğunluğunu yoxlasınlar;
  4. fərqlər varsa, meyarlar əsasında qiymətləndirməyə uyğun olaraq, cinsinə görə əməkhaqqı fərqlərini aradan qaldırsınlar.

Bu istiqamətdə suallarınızı bizimlə bölüşə bilərsiniz.

Oxşar Yazılar

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026
Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...

May 27, 2026
Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Yeni qəbul edilmiş "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası...

Sep 30, 2026