Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə Azərbaycan qanunvericiliyinə daxil edilmişdir.
“Azərbaycan Resubliaksının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” ilə Əmək Məcəlləsinə bir sıra mühüm dəyişiklilər edilmişdir. Qanun 27 iyul 2026-cı il tarixindən qüvvəyə minmişdir.
Dəyişikliklər işçilərin müəssisənin paylarını (səhmlərini) əldə etmək hüququnu təsbit edir, bu hüququn təmin edilməsi mexanizmlərini, habelə əmək müqaviləsinə xitam verildikdə həmin hüquqla bağlı yaranan nəticələri ehtiva edir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, işçilərin müəssisənin paylarını (səhmlərini) əldə etmək hüququ tanınmışdır. Bu məqsədlə işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə bağlanmalıdır.
Belə müqavilə kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə bağlana bilər. Müqavilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsaslarla müəssisənin paylarının (səhmlərinin) verilməsi, yaxud gələcəkdə həmin payları (səhmləri) əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyir.
Müqavilənin predmeti olan payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi müqavilədə müəyyən şərtlərlə nəzərdə tutula bilər. Bu cür müqavilə şərti iki cür olur:
Belə müqavilə yazılı formada bağlanır və cəmiyyətin möhürü ilə təsdiqlənir, lakin notariat qaydasında təsdiqi tələb olunmur.
Planın tərtibi tarixi, hüququn qüvvəyə minməsi şərtləri, icra qiyməti (payların (səhmlərin) güzəştli ödənişli əsaslarla əldə edilməsi nəzərdə tutulduğu hallarda) və müddəti müqavilədə aydın şəkildə göstərilməlidir. Həmçinin cəmiyyət tərəfindən bağlanmış belə müqavilələrini daxili reyestri aparılmalıdır.
Müqavilələrin icrası üçün cəmiyyət nizamnamə kapitalının tərkibində səlahiyyət verilmiş (lakin buraxılmamış) xüsusi pay (səhm) fondu da yarada bilər.
Müqavilədə həmçinin əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraqpaya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələri müəyyən edilə bilər.
İşçinin əldə etdiyi paylara (səhmlərə) və ya həmin paylara (səhmlərə) dair hüquqlarına münasibətdə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından asılı olaraq müxtəlif hüquqi nəticələr nəzərdə tutula bilər.
Belə ki, aşağıda gösətərilən hallarda işçinin əldə edilməmiş paya (səhmə) olan hüquqlarının hamısının və ya bir hissəsinin əldə edilmiş hesab edilməsi və ya əldə edilmiş payların (səhmlərin) ədalətli bazar dəyəri ilə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması öhdəliyi nəzərdə tutula bilər:
Digər tərəfdən, aşağıdakı hallarda işçinin əldə edilməmiş paya (səhmə) olan hüquqlarının hamısını itirməsi və ya əldə etdiyi payları (səhmləri) nominal və ya daha aşağı dəyərlə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satması ilə bağlı hüquqi nəticələr nəzərdə tutula bilər:
Son olaraq, 154-cü maddəyə edilmiş əlavəyə görə, işçinin pay (səhm) iştirakı planı haqqında müqavilənin tələblərinə uyğun olaraq əldə edilən pay (səhm) əmək haqqına daxil edilmir və əmək haqqı əvəzi kimi ödənilmir.
"Ələt Azad İqtisadi Zonası haqqında" Qanun qüvvəyə minmişdir
Azərbaycan Respublikasındakı Vergi Dəyişiklikləri (2019)
Caspian Legal Center Hüquq və Vergi Xəbərləri bülletenini diqqətinizə təqdim edir.
“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...
Rəqabət Məcəlləsi üzrə bir sıra qaydalar qəbul edilmişdir