Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı
Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük daşınması zamanı yükün zədələnməsi ilə bağlı qərarında yük göndərənin və daşıyıcının kimliyinin müəyyən edilməsi ilə bağlı mühüm hüquqi mövqe ortaya qoymuşdur.

Beynəlxalq yük daşınmasında yük göndərən və daşıyıcı yalnız rəsmi sənədlər əsasında müəyyən edilir

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük daşınması zamanı yükün zədələnməsi ilə bağlı qərarında yük göndərənin və daşıyıcının kimliyinin müəyyən edilməsi ilə bağlı mühüm hüquqi mövqe ortaya qoymuşdur.

İşin Faktiki halları

İddiaçı ilə cavabdeh fiziki şəxs arasında əldə olunmuş şifahi razılaşmaya əsasən cavabdeh idarə etdiyi yük avtomobili vasitəsilə xurma məhsulunu Rusiya Federasiyasına aparmağı, iddiaçı isə bunun müqabilində haqq ödəməyi öhdəsinə götürmüşdür. Beynəlxalq yük daşınması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yük yararsız hala düşmüş, iddiaçı daşıyıcıdan zərərin ödənilməsini tələb etmişdir. 

Lakin rəsmi daşıma sənədlərində (gömrük bəyannaməsi və CMR qaiməsi) yük göndərən qismində başqa şəxs, daşıyıcı qismində isə hüquqi şəxs göstərilmişdir. Cavabdeh fiziki şəxs bunu əsas gətirərək, müqaviləyə əsasən iddiaçının iddia tələbinin təmin olunacağı təqdirdə belə daşıma öhdəliyinin digər cavabdehin üzərinə düşməsini iddia etmişdir.Çünki gömrük bəyannaməsində daşıyıcı kimi yalnız Cəmiyyətin adı qeyd olunub. O isə sadəcə həmin Cəmiyyətin sürücüsüdür. Buna görə də zərərin əvəzini tələb etmək üçün düzgün cavabdeh hüquqi şəxs, yəni Cəmiyyət olmalıdır.

Cavabdeh “xxxx” MMC isə iddiaya qarşı yazılı mülahizə təqdim edərək onun rədd olunmasını xahiş etmiş, mülahizəsini belə əsaslandırmışdır ki, rəsmi sənədlərdə yük göndərən qismində başqa şəxs göstərildiyi üçün iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. 

Ali Məhkəmənin mövqeyi

Ali Məhkəmə bu qərarı ilə kommersiya münasibətlərində yazılı sübutların prioritetliyi prinsipini bir daha vurğulamışdır.

Ali Məhkəmənin mövqeyinə əsasən, qaimə əksi sübuta yetirilmədikdə aşağıdakı halları təsdiq edir:

  • yük göndərənlə daşıyıcı arasında müqavilənin mövcudluğunu;
  • yükün daşıyıcı tərəfindən qəbul edilməsini;
  • yükün kim tərəfindən göndərildiyini;
  • daşıyıcının kim olduğunu.

Məhkəmə bu nəticəyə gəlməsində aşağıdakı əsasları rəhbər tutmuşdur:

  • Mülki Məcəllənin 851-ci maddəsinə görə, yük göndərən adından yük göndərilməsi rəsmiləşdirilən şəxsdir;
  • faktiki münasibətlər yalnız şifahi izahatlarla əsaslandırıla bilməz, rəsmi sənədlərin məzmunu kənara qoyula bilməz;
  • daşıyıcının statusu yalnız ehtimal edilən işgüzar praktikalara istinadla inkar edilə bilməz; bunun üçün iş materiallarında "əsaslı şübhələr yaratmayan" sübutlar olmalıdır;
  • qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz 

Nəticə etibarilə, Ali Məhkəmə qənaətə gəlmişdir ki, beynəlxalq yük daşınması ilə bağlı mübahisələrdə yük göndərənin və daşıyıcının müəyyən edilməsi ilk növbədə rəsmi daşıma sənədləri əsasında aparılmalı, yalnız bundan sonra məsuliyyət məsələsinə qiymət verilməlidir. Yük daşınması zamanı yalnız şifahi razılaşmalarla kifayətlənmək, sənədlərdə başqa şəxslərin adından istifadə etmək və ya daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsinə diqqət yetirməmək sonradan hüquqların müdafiəsini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Oxşar Yazılar

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...

Feb 20, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026