Miqrasiya Hüququ

Azərbaycanda müvəqqəti və daimi yaşamaq icazəsinin, əmək icazəsinin alınması, uzunmüddətli viza dəstəyi, vətəndaşlıq və əlaqədar ixtisaslaşmış xidmətlər təklif edirik.

Azərbaycan miqrasiya qayda və tələbləri

Əcnəbilərə Bakıda, Azərbaycanda immiqrasiya, vətəndaşlıq, iş icazəsi və yaşamaq icazəsi alınması və xaricdə həmin xidmətləri almaq niyyətində olan Azərbaycan vətəndaşlarına bizim komandamız tərəfindən göstərilən əsas xidmət sahələrimizə daxildir. Xarici investisiya yatırımlarının artırılması, eyni zamanda əcnəbilər tərəfindən yaradılan kiçik bizneslərə  dəstəyin göstərilməsi  Azərbaycan hökümətinin miqrasiya siyasətinin tərkib hissəsi olmuşdur.

Azərbaycanda mövcud biznes imkanları nəinki orta və böyük biznesin cəlb edilməsinə səbəb olmuş, eyni zamanda Bakıda hər zaman kiçik biznesin də inkişafı üçün imkanlar yaradılmışdır.

Xarici işçi qüvvəsinin yerli bazarlara cəlb edilməsi müasir bisnesin ayrılmaz hissəsidir. Azərbaycanın immiqrasiya sahəsində olan qanunvericiliyi bu baxımdan anlaşılandır və müasir beynəlxalq təcrübələrə cavab verir. Buna baxmayaraq, immiqraiya və iş (əmək) icazələrinin alınması məsələlərində ciddi tənzimləmələrin və cərimələrin mövcudluğu da nəzərə alınmalıdır.

Bizim Azərbaycanda immiqrasiya hüquqşünaslarımız aşağıdakı xidmətləri həyata keçirilər:

  • Vizaların alınması və uzadılması;
  • Uzunmüddətli vizalar üçün dəvət məktublarının hazırlanması (yalnız müştərilər üçün);
  • İş icazəsi və müvəqqəti yaşamaq üçün icazə; 
  • Daimi yaşamaq üçün icazə və vətəndaşlıq;
  • İkili vətəndaşlıq üzrə məsləhətlər;  
  • Azərbaycana köçmə zamanı nəzərə alınmalı olan həyati əhəmiyyətli məsələlər;
  • İmmiqrasiya ilə bağlı sərhədkeçmə məsələləri.

Azərbaycanda müvəqqəti yaşama icazəsi

Azərbaycanda müvəqqəti yaşayış icazəsi (TRP) müştərilərimiz tərəfindən  tez-tez verilən suallardan biridir. Biz bütün potensial müştərilərimizə məlumat veririk ki, bu məsələlərlə bağlı məsləhətlərin alınmasını nəzərdə saxlasınlar belə ki, prosesin lap əvvəlindən Azərbaycana daxil olarkən viza növünün seçilməsi, müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması zamanı zəruri olan sənədlərin özləri ilə gətirmələri üçün düzgün məsləhətlərin alınması çox vacibdir.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazəni və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini Azərbaycan Dövlət Miqrasiya Xidmətindən almalıdırlar. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə qüvvədə olduğu müddətdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşamalarına, Azərbaycan Respublikasından çıxmalarına və vizasız yenidən Azərbaycan Respublikasına qayıtmalarına icazə verən sənəddir. sərbəst rejim. Bundan əlavə, müvəqqəti yaşama icazəsi əcnəbinin Azərbaycanda şəxsiyyətini və yaşayış yerini təsdiqləyir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Resoublikasında aşağıdakı hallarda müvəqqəti yaşamaları üçün icazə verilir:

- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; Valideynlər və uşaqlar, nənələr və babalar, ümumi valideynləri olan bacı və qardaşlar yaxın qohumlar hesab edilir;

- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və həmin məbləğdə banklarda deposit hesabı olan şəxslər; Belə olan halda Azərbaycanda olan daşınmaz əmlakın müstəqil qiymətləndirmə şirkətləri tərəfindəən həyata keçirilir və alqı-satqımüqaviləsində olan məbləğ nəzərə alınmır;

- iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda; xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

- ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırdıqda;

- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.  Göstərilən bu hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərsinlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur;

- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;

- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Təcrübədə, kiçik biznes sahibləri olan əcnəbilər 3 aydan 6 ayadək olan müvəqqəti yaşama icazəsi ilə təmin olunurlar. Müvəqqəti yaşama icazəsinin verilməsi üçün bütün lazimi sənədlər, müvəqqəti yaşama icazəsi üçün ərizə forması ilə birlikdə təqdim olunduqdan sonra 25 gün müddətində təqdim olunur.

Daha ərtaflı məlumat üçün, buradan tam məqaləmizi oxuyun.

Bundan əlavə, biz Azərbaycana qanuni yollarla  miqrasiya etmək istəyən və bütün mərhələlərdə praktiki dəstək və məsləhətlərə ehtiyacı olan əcnəbilərə və onların ailələrinə tam hüquqi xidmətlər göstəririk.

Qeyd olunmalıdır ki, bir çox xarici dövlətlərdən fərqli olaraq, müraciət edən şəxsin vətəndaşlığından asılı olmayaraq miqrasiya ilə bağlı tələblər və prosedurlar eynidir, belə ki müraciət edən şəxsin Pakistan, Hindistan, İran, İraq kimi Şərq ölkələrindən və ya Birləşmiş Krallıq, İtaliya, Almaniya kimi Qərb ölkələrindən olmasından asılı olmayaraq tələblər eynidir.

Daimi yaşamaq icazəsi və vətəndaşlıq

Azərbaycan ərazisində 2 il müvəqqəti yaşadıqdan sonra daimi yaşamaq icazəsi alına bilər. Daimi əsaslarla 5 il yaşadıqdan sonra isə Azərbaycan dili və stabil gəlir mənbəyi tələblərinə cavab verildiyi halda, Azərbaycan vətəndaşlığı üçün müraciət edilə bilər. 

Azərbaycanda biznes imkanları və immiqrasiya məsələləri ilə bağlı ilkin məsləhətlər də daxil olmaqla spesifik suallar və məlumatlar əldə etmək üçün bizimlə əlaqə saxlayın.