Şirkətlərin qeydiyyatı, birgə müəssisələrin qurulması, daxili qaydalar və lisenziyalaşma, yenidən təşkil və səhm alğı-satqısı, iflas və ləğv əsas xidmətlərimizə daxildir.
Azərbaycanda korporativ hüquq xidmətləri
Bizim korporativ hüquq xidmətlərimiz müştərilərimizin ehtiyaclarına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müxtəlif istiqamətlidir və ən uğurlu təcrübələrə söykənir.
Xidmətlərimiz bizdən tələb olunan korporativ və şirkət hüququ məsələsinin bütün hüquqi və vergi tənzimləmələrini nəzərə alaraq, real həyat təcrübələrinə əsaslanır. Xidmətlərimiz hüquqi şəxslərin birləşdirilməsindən başlayaraq restruktizasiyası (yenidən təşkili), birləşməsi və qoşulması, hüquqi şəxsin müflisləşməsi və ləğv olunmasına qədər, korporativ və hüquqi şəxslərə dair qanunvericiliyinin bütün aspektlərini əhatə edir.
Təcrübəli korporativ hüquqşünaslar və vergi məsləhətçiləri, biznesin qeydiyyatı, hüquqi şəxsin hüquqi statusu (filial, törəmə, nümayəndəlik) və təşkilati hüquqi forması (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyət, ortaqlıq) üzrə məsələtləri vermək iqtidarında olmalıdır. Bu, Azərbaycan hüquq və vergi məsləhətləri şirkəti olaraq etdiyimiz işlərdir.
Şirkətlərin qoşulması və birləşməsi, kommersiya qurumlarında səhmlərin alqı-satqısı, şirkətlərin korporativ siyasəti və qaydaları, korporativ restruktizasiya və sağlamlaşdırma, yerli tərəfdaşların cəlb olunduğu ortaq və birgə müəssisələr, qeyri-kommersiya əməliyyatlarının tənzimlənməsi, müflisləşmə və iflas, ləğv və bazardan çıxış qaydaları bizdən ən çox sorğu edilən xidmətlərdəndir. Bu və bir çox digər korporativ hüquq məsələlərinə aid hər hansı suala məmnuniyyətlə cavab verərməyə hazırıq, bunun üçün bizimlə əlaqə salamağınızı xahiş edirik.
Aşağıda korporativ hüquq sahəsində ən çox verilən suallardan biri olan Azərbaycanda şirkətlərin qeydiyyatı ilə bağlı ilkin məlumatları təqdim edirik.
Azərbaycanda Şirkətin yaradılması və qeydiyyatı
Azərbaycanda son illərdə hüquqi şəxslərin yaradılması sahəsində qanunvericilikdə inkişaf sahibkarlıq mühitini biznesə başlamaq üçün cəlbedici etmişdir. 2018-ci il Dünya Bankının Doing Business hesabatına görə, Azərbaycan biznesə start verilməsi kateqoriyasında dünyada ilk 20 ölkə arasında yer almışdır. Bu müsbət tendensiya qorunub saxlanmış və 2019 və 2020-ci illərin “Doing Business” hesabatlarında daha da inkişaf etdirilmişdir ( Dünya Bankının sonuncu hesabatı Azərbaycanı “Biznes qurmaq” kateqoriyasında 9-cu yerdə tutur. https://archive.doingbusiness.org/en/data/exploreeconomies/azerbaijan.). Hazırda Azərbaycanda çevik və müasir qaydalarla müşayiət olunan mövcud biznes imkanları onu xarici biznes və investorlar üçün cəlbedici edir. Lakin biznesin yaradılması və həyata keçirilməsində peşakar məsləhətləşmələr olmadan təsadüfi qərarların verilməsi gələcəkdə potensial problemlərin baş verməsinə səbəb ola bilər. Bu səbəbdən, başlanğıc üçün daha əlverişli təşkilati -hüquqi formanın və sonda əmlakın idarə edilməsinin daha yaxşı formasının seçilməsi ən ümdə məsələlərdən olmuşdur ki, bu da xərclərin azaldılmasının mümkün ən yaxşı hüquqi yolunun seçilməsini tələb edir.
Dünya Bankının "Doing Business Azerbaijan" hesabatlarının hazırlanmasında dəvət etdiyi yardımçı hüquq firmalarından biri olan Caspian Legal Center Azərbaycanda şirkətlərin açılması, biznesin qurulması, habelə müştəri üçün ən uyğun təşkilati-hüquqi formanın seçilməsi (MMC, Səhmdar cəmiyyət, filial və ya nümayəndəlik) sahəsində unikal təcrübəyə malikdir. Biz biznes planları, mənfəət gözləntilərini, şirkətin təşkilati strukturunu diqqətlə nəzərə alaraq hər müştərinin prioritetlərinə ayrı-ayrılıqda baxırıq və vergi baxımından optimallaşdırılmış, praktik və eyni zamanda müştərinin biznes ehtiyacları üçün uyğun olan şirkət formasını seçmək üçün tövsiyə veririk.
Biz təsis sənədlərinin, şirkətin stukturunun, daxili korporativ siyasətlərin / qaydaların yerində olmasını, qanunvericiliyin tələblərinə cavab verməsini və biznes sahibinin və biznesin maraqlarına uyğun olmasını təmin edirik.
CLC şirkətin təsis sənədləşmələrinin, standart müqavilə şərtlərinin, uyğunluq siyəsətinin hazırlanmasında peşəkar dəstək daxil olmaqla, müxtəlif ölçülü şirkətlərin yaradılmasından ləğv olunmasınə qədər bütün xidmətləri, o cümlədən Azərbaycanda nümayəndəlik və filialların yaradılmasını üzrə məsləhətlər verir və zəruri xidmətləri təmin edir. CLC komandası istər şirkətlərin, istərsə də onların kreditorlarının maraqlarını nəzərə almaqla Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi, müflisləşmə və iflas halları üzrə praktik təcrübəyə malikdir.
Azərbaycanda biznes qurmazdan öncə, müvafiq biznes sahəsi ilə əlaədar gələcək qanuni tələblərlə əlaqədar məlumat almağı tövsiyə edirik. Bir sıra biznes sahələri və sahibkarlıq fəaliyyətləri lisenziyalaşdırma tələblərinə tabedir, belə ki, lisenziya sahibkarlıq fəaliyyətinə başlamazdan öncə alınmalıdır ( məsələn, tikinti, layihələndirmə, yüksək riskli avadanlıq üzrə müəyyən texniki xidmətlər, bank olmayan kredit təşkilatları və s.). Bu səbəbdən, müraciətçinin lisenziya tələblərinin yoxlanılması vacibdir. Qeyd etməliyik ki, bir çox biznes sahələri (ticarət, istehsal, otelçilik, ixrac-idxal əməliyyatları, peşəkar xidmətlər və s) hər hansı lisenziya və ya icazə tələblərindən azaddır.
Azərbaycanda Hüquqi şəxslərin qeydiyyatı
Müştərilər bizə hüquqi ünvan (virtual ünvan) xidmətinin göstərilməsi, korporativ bank hesablarının açılması (online bankçılıq vasitələri), Azərbaycanda yaradılacaq hüquqi şəxsin formasının seçilməsi üzrə məsləhərtlərin verilməsi istiqamətində tam hüquqi dəstək göstərilməklə qısa zamanda hüquqi şəxslərin yaradılması xidmətlərinin göstərilməsi üçün müraciətlər edir. Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycanda əcnəbi şəxsin hüquqi şəxs yaratması üçün yalnız pasportu tələb olunur. CLC Azərbaycanda hüquqi şəxsis təsis edilməsi, bank hesabının açılması üçün zəruri olan bütün təsis sənədlərini təsisçi üçün hazırlayır.
Azərbaycanda şirkətin qeydiyyata alınmasına qərar verildikdən sonra, şirkətin formalaşması prosesindən əvvəl bir sıra mühüm məsələlər həll edilməlidir:
1. Şirkətin təşkilati- hüquqi forması və strukturu: Azərbaycanda bir neçə növ hüquqi şəxs mövcuddur. Bunlar məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyət (açıq və qapalı növlər) və ortaqlıqlardır.
2. Cəmiyyətin hüquqi strukturu (hüquqi forması): burada son hüquqi struktur kimi müstəqil müstəqil cəmiyyətin, törəmə cəmiyyətin, filialın və ya nümayəndəliyin seçilib-seçilməməsi müəyyən edilməlidir.
3. Nizamnamə kapitalının məbləği: Nizamnamə kapitalı qeydiyyata alınmazdan əvvəl və ya qeydiyyat tarixindən etibarən 3 ay ərzində ödənilə bilər. MMC üçün minimum məbləğ müəyyən edilməyib. Açıq və qapalı Səhmdar cəmiyyətlər üçün minimum kapital məbləği müvafiq olaraq 4000 AZN və 2000 AZN-dir. Qeydiyyatdan sonra nizamnamə kapitalını artırmaq və ya azaltmaq da mümkündür.
4. Hüquqi şəxsin adı: Qeydiyyatdan keçmiş digər şirkət adları və ya ticarət nişanları ilə ziddiyyət təşkil etməmək üçün əvvəlcədən ad yoxlamasının aparılması tövsiyə olunur.
5. Direktor: yeni quruma kimin direktor təyin ediləcəyi müəyyən edilməlidir. Təklif olunan direktor qeydiyyat proseslərində şəxsən iştirak etmədikdə, belə təyinata razılığın təsdiq edilməsi üçün təklif olunan direktordan etibarnamə alınmalıdır.
Yuxarıdakılar təsisçilər tərəfindən həll edilməli olan zəruri məsələlərin qısa siyahısıdır. Müəyyən hallardan asılı olaraq, eyni dərəcədə vacib ola biləcək digər məsələlər də qaldırıla bilər (məsələn, iki və ya daha çox təsisçilərin mövcud olduğu yerlərdə payların bölüşdürülməsi) Yuxarıdakı məsələlər müəyyən edildikdən sonra şirkətin qeydiyyatı üçün ərizə forması verilə bilər.
Azərbaycanda Hüquqi şəxslərin qeydiyyatı üçün aşağıdakı sənədlərin və mərhələlərin tamamlanması zəruridir (Məhdud Məsuliyyətli Cəmiyyət üçün)
- Ərizə forması – Ərizə forması Vergilər Nazirliyi tərəfindən təqdim olunur (hüququ şəxslərin qeydiyyat orqanı) Bu sənəd notarial qaydada təsdiq olunmalı və müvafiq səlahiyyətləri olan şəxs tərəfindən təqdim olunmalıdır.
- Təsis sənədləri – Hüquqi şəxsin nizamnaməsi, Hüquqi şəxsin yaradılması və qanuni təmsilçinin təyin edilməsi barədə təsis qərarı
- Təsisçilər (payçılar) barədə məlumatlar – Şəxsiyyəti təsdiq edən sənədlər, passportlar. Təsisçilər xarici hüquqi şəxs olduqda ana şirkətin təsis sənədləri, nizamnaməsi, reyestrdən çıxarış tələb olunur.
- Əgər qanuni təmsilçi həm də şirkətin təsisçisi (direktoru) olmazsa onun notarial qaydada verilmiş razılığı
- Nizamnamə kapitalının və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd – yeni MMC-nin yaradılması üçün dövlət rüsumu 15 manat təşkil edir və şirkət qeydiyyata alınmamışdan qabaq ödənilməlidir. Nümayəndəlik və filialların qeydiyyatı ilə bağlı dövlət rüsumu isə 300 manatdır. Buna baxmayaraq, yeni yaradılmış şirkətin nizamnamə kapitalı, əgər nizamnamədə nəzərdə tutulubsa 3 ay ərzində ödənilə bilər.
Bütün bu sənədlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilməlidir.
Hüquqi şəxsin Azərbaycanda qeydiyyatından sonra real biznes əməliyyatlarına başlamamışdan öncə növəti praktiki addımların atılması zəruridir:
1. Hüquqi şəxsin qanuni təmsilçisi (Direktoru) üçün ASAN İmza (Mobil imza) alınması;
2. Şirkətin korporativ möhürünün alınması;
3. Elekron kargüzarlıq vasitəsi ilə Şirkət üçün müvafiq şəhadətnamə dublikatın göndərilməsi ilə bank hesabının alınması;
4. Şirkətin qanuni təmsilçisinin (Direktor) əmək müqaviləsinin qeydiyyatı üçün əmək müqavilələrinin qeydiyyatı portalında müvafiq bildirişin göndərilməsi.
Korporati hüquq və müflisləşmə sahəsində fəaliyyət göstərən hüquqşünaslarımızla aşağıdakı xidmətləri təklif edirik:
- Azərbaycanda şirkətlərin qeydiyyatı, digər hüquqi şəxslərin yaradılması, fiziki şəxslər həmçinin hüquqi şəxslər üçün bank hesablarının açılması;
- şirkətin nizamnaməsinin (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması;
- nümayəndəlik və filialların yaradılması və qeydiyyatı;
- etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və yenidən işlənməsi;
- işçilər və direktorlar üçün əmək müqavilələrinin tərtibi;
- Azərbaycanda olan şirkətin vergi və hüquqi ekspertizası (due diligence);
- hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr və ayrılma şəklində yenidən təşkili;
- Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi, müflisləşmə və iflas proseslərinin təhlili və bu sahədə məsləhətlər, bu proseslərdə hüquqi şəxslərin və onların payçılarının təmsil edilməsi;
- hüquqi şəxslərin kreditorlarının və ya debitorlarının hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün iflas hallarında və ləğvetmə proseslərinə uyğun ümumi hüquqi məsləhətlərin verilməsi;
- müflisləşmə zamanı əmlakın idarə edilməsi;
- paylar üzrə əməliyyatlar, payçılar arasında olan razılaşmaları, investisiya razılaşmaları, Azərbaycanda və ya xaricdə birgə saviblarlıq fəaliyyətinə dair razılaşmaların hazırlanması və bu hallar üzrə vergi və hüquq məsləhətləri;
- müflisləşmə ilə əlaqədar restruktrizasiya və sağlamlaşdırma;
Qeyd: Sonuncu yenilənmə tarixi May, 2024-cü il