Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra “Qanun”) edilmiş 9 fevral 2026-cı il tarixindən qüvvəyə minmiş dəyişikliyə görə, hüquqi şəxslər təqvim ili bitdikdən sonrakı bir ay ərzində hüquqi şəxsin məlumatlarında hər hansı dəyişikliyin olub-olmaması ilə bağlı hesabat tərtib etməlidir.

Hüquqi şəxslərin dövlət qeydiyyatında yenilik

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra “Qanun”) edilmiş 9 fevral 2026-cı il tarixindən qüvvəyə minmiş dəyişikliyə görə, hüquqi şəxslər təqvim ili bitdikdən sonrakı bir ay ərzində hüquqi şəxsin məlumatlarında hər hansı dəyişikliyin olub-olmaması ilə bağlı hesabat tərtib etməlidir. Belə ki,kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili bitdikdən sonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişiklik barədə Dövlət Vergi Xidmətinə kağız və ya elektron formada hesabat təqdim etməlidir.

Qanunun tətbiqi barədə Prezidentin fərmanına əsasən, hesabatın forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunacaqdır. 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli, 70 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət reyestr kitabına və Qanunun 14-cü maddəsinə görə, reyestrdə əks olunan faktlar və məlumatlar siyahısına aşağıdakılar daxildir:

Kommersiya hüquqi şəxsləri üzrə

  • Kommersiya qurumunun adı;
  • Hüquqi ünvanı;
  • Hüquqi varislik;
  • Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
  • Filial, nümayəndəlik və digər qurumlar haqqında məlumat;
  • Qanuni təmsilçilər;
  • Qurumun hər bir benefisiar mülkiyyətçisinin məlumatları;
  • Direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
  • Nizamnamə kapitalının miqdarı;
  • Təsisçilərin adı və payların miqdarı;
  • Təşkilati hüquqi forması;
  • Maliyyə ili;
  • Qurumun ləğvetmə və ya iflas prosesində olması barədə məlumat;
  • Qurumun ləğv edilməsi barədə məlumat;
  • Qurum haqqında məhkəmənin yekun qərarları;

Xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üzrə

  • Kommersiya qurumunun adı;
  • Hüquqi ünvanı;
  • Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
  • Qanuni təmsilçilər;
  • Direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
  • Təsisçi barədə məlumat;
  • Təşkilatın hüquqi forması;
  • Maliyyə ili;
  • Qurumun ləğvetmə və ya iflas prosesində olması barədə məlumat;
  • Qurumun ləğv edilməsi barədə məlumat;
  • Qurum haqqında məhkəmənin yekun qərarı.

Qeyd edilən hesabat və oxşar hüquq və vergi xidmətləri üçün bizimlə əlaqə saxlaya bilərsiniz: 

Əlaqə məlumatları: [email protected], mobil və votsap: +994 50 289 89 73

Oxşar Yazılar

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişi...

Sep 18, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026
Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...

May 27, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026