İxtisaslaşmış bank hüququ firması kimi, yerli və beynəlxalq, bank olmayan kredit təşkilatları, sığorta və investisiya şirkətləri daxil olmaqla bank və maliyyə sektorunun iştirakçılarına müxtəlif hüquqi və vergi məsləhətləri veririk.
Azərbaycan maliyyə sektoru üstün olaraq banklar tərəfindən tutulub ki, onlar maliyyə gəlirlərinin təxminən 95 faizini təşkil edir. Banklarla yanaşı, kredit və kiçik maliyyə təşkilatları da (bank olmayan kredit təşkilatları daxil olmaqla) Azərbaycanın maliyyə bazarında rol oynayır.
Bank və maliyyə bazarı Azərbaycan Mərkəzi Bankı tərəfindən idarə və nəzarət edilir, belə ki bundan əlavə bu orqan Azərbaycanın pul siyasəti və ödəniş sistemlərini də tənzimləyir. Yalnız 3 il ərzində, daha dəqiqliklə 2016-cı ildən 2019-cu ilə qədər mövcüd olan qısa müddətli Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarlarının mərkəzi tənzimləyicisi kimi yaradılmışdır. Bu mərkəzləşdirilmiş tənzimləyici orqanın ləğvindən sonra idarə və nəzarət funksiyası yenidən Azərbaycan Mərkəzi Bankına həvalə edildi.
Mülki Məcəllədən əlavə, bu sahə əsasən Banklar haqqında Qanun, Bank olmayan Kredit Təşkilatları haqqında Qanun, Azərbaycan Mərkəzi Bankı haqqında Qanun, Qiymətli Kağızlar Bazarı haqqında Qanun, Sığorta haqqında Qanun, Valyutanın Tənzimlənməsi haqqında Qanun, İnvestisiya Fondları haqqında Qanun, İnvestisiya Fəaliyyəti haqqında Qanun, və bu qanunvericilik aktlarına əsaslanan, əsasən Mərkəzi Bank tərəfindən qəbul edilən digər qərarlarla tənzimlənir.
“Caspian Legal Center”-də ixtisaslaşmış bank hüququ firması kimi, yerli və beynəlxalq, bank olmayan kredit təşkilatları, sığorta və investisiya şirkətləri daxil olmaqla bank və maliyyə sektorunun iştirakçılarına müxtəlif hüquqi və vergi məsləhətləri veririk.
Bizim bank və maliyyə sahəsi ilə bağlı xidmətlərimizə əsasən daxildir:
Bank, bank olmayan kredit təşkilatı, investisiya fəaliyyəti və sığorta lisenziyasının alınması üçün məsləhət;
Bizim bank və maliyyə hüququ üzrə ixtisaslaşmış, Azərbaycanın əsas bank tənzimləyiciləri ilə birgə təcrübə qazanmış hüquqşünaslarımızın dəstəyi ilə aşağıda sadalanan layihələri tamamlamışıq: