1 Yanvar 2026-cı ildən qüvvəyə minməklə “Tibbi sığorta haqqında” qanuna bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir.

1 Yanvar 2026-cı ildən qüvvəyə minməklə “Tibbi sığorta haqqında” qanuna bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir.

"Tibbi Sığorta haqqında" Qanuna dəyişikliklər edilmişdir (2026)

1 Yanvar 2026-cı ildən qüvvəyə minməklə “Tibbi sığorta haqqında” qanuna bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir.

İlk növbədə, muzdlu gəlirlərə tətbiq edilən tibbi sığorta haqqı məbləğində dəyişiklik edilmişdir. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığorta edənlərdə işləyən şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğ tutulacaqdır.

“Tibbi Sığorta haqqında” Qanuna edilmiş digər dəyişikliklə qeyri-formal məşğulluq dairəsinə düşən şəxslər üzrə də tibbi sığorta haqqı ödəməli olacaqlar. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər. Sığortaolunanların sığortalısı qismində isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edi. Qeyd edilən sığortalıların müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcəkdir. Bu qayda qüvvəyə mindikdə, qeyd edilən şəxslər üzrə tibbi sığorta haqqı ödəmək öhdəliyi qüvvəyə minəcəkdir. Bu məbləği müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 

Oxşar Yazılar

Sənaye və texnologiyalar parkları üçün vergidən azad avadanlıqların siyahısı təsdiq edildi

Sənaye və texnologiyalar parkları üçün vergidən azad avadanlıqların siyahısı təsdiq edildi

Azərbaycanın sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru, habelə rezid...

Jul 05, 2026
Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər 2026

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər 2026

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və gömrük qanunvericiliyinə bir sıra əhəmiyyətli dəyiş...

Mar 02, 2026
Konstitusiya Məhkəməsindən yeni şərh: hərəkət azadlığının məhdudlaşdırılması xarici hüquqi şəxslərə də aiddir

Konstitusiya Məhkəməsindən yeni şərh: hərəkət azadlığının məhdudlaşdırılması xarici hüquqi şəxslərə də aiddir

Konstitusiya Məhkəməsi 31 mart 2026-cı il tarixli qərarı ilə vergi borclarına görə ölkədən çıxışa...

Apr 16, 2026