Konstitusiya Məhkəməsindən yeni şərh: hərəkət azadlığının məhdudlaşdırılması xarici hüquqi şəxslərə də aiddir
Konstitusiya Məhkəməsi 31 mart 2026-cı il tarixli qərarı ilə vergi borclarına görə ölkədən çıxışa qoyulan məhdudiyyətlərlə bağlı mühüm bir qərar qəbul edərək,

Konstitusiya Məhkəməsi 31 mart 2026-cı il tarixli qərarı ilə vergi borclarına görə ölkədən çıxışa qoyulan məhdudiyyətlərlə bağlı mühüm bir qərar qəbul edərək, "hüquqi şəxsin icra orqanının rəhbəri" anlayışına genişləndirilmiş şərh vermişdir.

Konstitusiya Məhkəməsindən yeni şərh: hərəkət azadlığının məhdudlaşdırılması xarici hüquqi şəxslərə də aiddir

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 31 mart 2026-cı il tarixli qərarı ilə vergi borclarına görə ölkədən çıxışa qoyulan məhdudiyyətlərlə bağlı mühüm bir qərar qəbul edərək, "hüquqi şəxsin icra orqanının rəhbəri" anlayışına genişləndirilmiş şərh vermişdir.

Vergi Məcəlləsi və Mülki Prosessual Məcəllənin müvafiq maddələrinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisi olan fiziki şəxslər və ya hüquqi şəxslərin icra orqanının rəhbəri anlayışlarına istinad etməsi “hüquqi şəxs” anlayışının bu maddələrin məqsədləri üçün tətbiqi zamanı təcrübədə fikir ayrılıqlarına səbəb olmuşdur. 

Lakin Konstitusiya Məhkəməsinin yeni qərarı ilə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinin rəhbərləri də artıq bu məhdudiyyətin subyekti hesab olunur və vergi, sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borclara görə məhkəmə qərarı ilə ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırıla bilər. 

Məhkəmənin mövqeyinə əsasən, normanın məqsədinə görə təfsiri “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışına münasibətdə aşağıdakı səbəblərdən xarici hüquqi şəxsin filial və ya nümayəndəliklərinin rəhbərlərini də əhatə edir:

  • Azərbaycan Respublikasının ərazisində vergi məqsədləri üçün faktiki olaraq eynilə hüquqi şəxs kimi fəaliyyət göstərməsi
  • məsul işçilərin qurumun yerli hüquqi şəxslər üçün müəyyən edilmiş müvafiq vergi və uçot qaydalarına tabe olması
  • xarici filial və nümayəndəliklərin rəhbərlərinə fərqli rəftarın göstərilməsi bərabərlik prinsipinin pozulmasına səbəb olması
  • xarici şirkətlərin idarəetmə mərkəzləri ölkə kənarında olduğundan, Azərbaycan daxilində vergi öhdəliklərinin icrasına görə birbaşa və faktiki məsuliyyət məhz yerli müəssisənin rəhbərinin üzərinə düşməsi
  • Vergi Məcəlləsinin 13.2.39-cu maddəsi ilə müəssisələr anlayışı həmçinin xarici hüquqi şəxslərin filialları və ya daimi nümayəndəliklərini də əhatə etməsi

Konstitusiya Məhkəməsi həmçinin, müvafiq məsələyə baxılarkən dövlət orqanları tərəfindən sübutların araşdırılması, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməsi və belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalı olmasını qeyd etmişdir.

Oxşar Yazılar

Azərbaycanda gömrük rüsumları azaldıldı

Azərbaycanda gömrük rüsumları azaldıldı

Azərbaycanda gömrük rüsumları azaldıldı - gömrük azadolmaları müəyyən edildi. Bu xəbərdə konkret ...

Dec 23, 2019
Elektron ticarətədair yeni vergi qaydaları (qeyri-rezidentlər)

Elektron ticarətədair yeni vergi qaydaları (qeyri-rezidentlər)

1 Noyabr 2023-cü il tarixdən qüvvəyə minmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ti...

Dec 12, 2023
Vergi Məcəlləsi 2026| Vergi Məcəlləsinə Dəyişikliklər 2026

Vergi Məcəlləsi 2026| Vergi Məcəlləsinə Dəyişikliklər 2026

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasını...

Dec 04, 2025
Azərbaycan OECD BEPS Layihəsinə Qoşulmuşdur

Azərbaycan OECD BEPS Layihəsinə Qoşulmuşdur

Azərbaycan OECD BEPS Layihəsinə Qoşulmuşdur

Oct 28, 2022
Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər 2026

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər 2026

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və gömrük qanunvericiliyinə bir sıra əhəmiyyətli dəyiş...

Mar 02, 2026