Mediasiya: Məhkəmə Mübahisələrinin Alternativ Həlli Üsulu
Mediasiya: Məhkəmə Mübahisələrinin Alternativ Həlli Üsulu

Mediasiya: Məhkəmə Mübahisələrinin Alternativ Həlli Üsulu

29 Mart 2019-cu il tarixində “Mediasiya Haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. “Mediasiya Haqqında” qanunun qəbulu Azərbaycanda davam edən məhkəmə və hüquq islahatlarının tərkib hissəsidir.

Qanuna görə, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya Haqqında” qanunla müəyyən olunan prosesdir və mülki və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), o cümlədən ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq ediləcəkdir. 1 iyul 2020-ci il tarixindən etibarən isə İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaqdır.

Qanunda verilmiş tərifə görə, mediatorlar, peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, ali təhsilə malik, 25 yaşı tamam olmuş və ən azı 3 illik iş stajına malik olan şəxslərdir. Mediatorlar mediasiya təşkilatlarında fəaliyyət göstərəcəklər və mediasiya sahəsi Mediasiya Şurası tərəfindən tənzimlənəcək və nəzarət ediləcəkdir. Qeyd edək ki, mediasiya konüllülük prinsipləri əsasında həyata keçirilsə də, tərəflər tərəfindən barışıq sazişi imzalandığı təqdirdə onun icrası tərəflər üçün məcburi xarakter daşıyır. Qanunda qeyd edilmiş digər maraqlı bir məqam isə məhkəmə mediasiyalarıdır. Belə ki, məhkəmə prosesin istənilən mərhələsində işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.

Mediasiya proseslərinin tətbiqi nəticəsində gözlənilən ən böyük nəticələrdən biri məhkəmələrdə iş yükünün əhəmiyyətli dərəcədə azaldılmasıdır. Məhkəmələrdə iş yükünün azalması həm də məhkəmə proseslərinin keyfiyyətini də artıracaqdır. Digər qeyd edilməli məsələ isə mediasiya proseslərinin məhkəmə prosesləri ilə müqayisədə qısamüddətli olmasıdır.

Mediasiya prosesi bağlı sualı olan sahibkarlar və fiziki şəxslər aşağıdakı əlaqə vasitələri ilə şirkətimizlə əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi: +994 12 480 14 86
Elektron poçt ünvanı: [email protected]

Oxşar Yazılar

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Yeni qəbul edilmiş "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası...

Sep 30, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026
Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...

Feb 20, 2026