Təbiətdən istifadəçilərin yeni vəzifələri
23 noyabr 2026-cı il tarixində 510-VIIQD nömrəli Qanunla “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş dəyişikliklər ətraf mühitin istehsalat monitorinqinin aparılması və Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin ictimaiyyətə açıqlanması məsələlərini əhatə edir.

Ətraf mühitin mühafizəsi və ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı Azərbaycan qanunvericiliyinə bir sıra dəyişikliklər edilmişdir.

23 noyabr 2026-cı il tarixində 510-VIIQD nömrəli Qanunla “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş dəyişikliklər ətraf mühitin istehsalat monitorinqinin aparılması və Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin ictimaiyyətə açıqlanması məsələlərini əhatə edir.

Ətraf mühitin istehsalat monitorinqinə dair tələblər

“Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 18-ci maddəsinin yeni redaksiyasına əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqi sistemi kimi müəyyən edilib. Monitorinqin aparılması öhdəliyi artıq Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri (aşağıda qoşulub) ilə məşğul olan hüquqi şəxslərə şamil edilir. 

Bundan əlavə, monitorinq zamanı istifadə olunan ölçmə vasitələrinin tipi “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq təsdiq edilməli və həmin vasitələr yoxlamadan keçirilməlidir.

Monitorinqin nəticələrinə dair illik hesabat 1 fevral tarixindən gec olmayaraq ümumi qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, balıq və digər su bioresurslarına münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi formaya uyğun hazırlanmalı və həmin nazirliklərə təqdim edilməlidir.

ƏMTQ sənədlərinin rəsmi internet resursunda yerləşdirilməsi

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun 12.1.4-cü maddəsinə edilən dəyişikliklə sifarişçinin məlumatlandırma öhdəlikləri genişləndirilib.

Belə ki, nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazidə yaşayan əhalinin və ictimaiyyətin fəaliyyətə başlamazdan əvvəl media və ictimai dinləmələr vasitəsilə məlumatlandırılması, habelə ƏMTQ-nin nəticələri ilə tanış edilməsi öhdəliklərinə əlavə olaraq, sifarişçi ƏMTQ sənədini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həmin sənədin qurumun rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi məqsədilə təqdim etməlidir.

Cərimələr

Xatırladaq ki, indiki tarixə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Bununla yanaşı, ətraf mühitə təsirin qiymətləndirilməsi və ya strateji ekoloji qiymətləndirilmə sənədlərinə ƏMTQ üzrə qiymətləndirici tərəfindən bilə-bilə yalan məlumatların daxil edilməsinə görə iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.

CLC olaraq, Azərbaycanda bütün iqtisadiyyat sahələri üzrə ekoloji qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi istiqamətində hərtərəfli hüquqi dəstək və məsləhət xidmətləri göstəririk. Xidmətlərimizə ekoloji uyğunluq üzrə daxili siyasət və prosedurların hazırlanması, layihədən əvvəlki və layihədən sonrakı ekspertiza proseslərinin hüquqi müşayiəti, müvafiq sənədlərin və hesabatların hazırlanması, eləcə də ekologiya qanunvericiliyi üzrə digər məsələləri üzrə hüquqi məsləhət xidmətləri daxildir.

Ekologiya qanunvericiliyi üzrə normativ-hüquqi tənzimləmə, qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və hüquqi məsləhət xidmətləri ilə bağlı bizimlə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Əlaqəli mütəxəssislər: Orxan Beydiyev | Sona Abdullayeva | Ayna Abbaszadə

Oxşar Yazılar

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin a...

May 13, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)

Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)

“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətin...

Jul 08, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026