Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)
“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, bu sahədə dövlət tənzimlənməsi və nəzarəti mexanizmlərini, habelə icarəyə verən, icarəçi və satıcı arasında yaranan hüquq münasibətlərini müəyyən edilir.

“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, bu sahədə dövlət tənzimlənməsi və nəzarəti mexanizmlərini, habelə icarəyə verən, icarəçi və satıcı arasında yaranan hüquq münasibətlərini müəyyən edilir.

Azərbaycanda maliyyə icarəsi: Yeni Qanun maliyyə icarəsi fəaliyyətinin tənzimlənməsini Mərkəzi Bankın nəzarətinə verir

Lizinq institutu 25 dekabr 2026-cı il tarixindən qüvvəyə minəcək “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən maliyyə icarəsi institutu ilə əvəz ediləcəkdir. Bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin lizinq münasibətlərini tənzimləyən 38-ci fəsli ləğv edilir və həmin münasibətlərin ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur. Yeni Qanun maliyyə icarəsi fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, bu sahədə dövlət tənzimlənməsi və nəzarəti mexanizmlərini, habelə icarəyə verən, icarəçi və satıcı arasında yaranan hüquq münasibətlərini müəyyən edir.

Yeni Qanun maliyyə icarəsi müqaviləsinin bağlanması və icrası, tərəflərin hüquq və vəzifələri, maliyyə icarəsi ödənişləri, subicarə, risklərin bölüşdürülməsi və müqaviləyə vaxtından əvvəl xitam verilməsi qaydalarını tənzimləyir. Bununla yanaşı, ilk dəfə olaraq “maliyyə icarəsi” anlayışı konkret iqtisadi meyarlarla müəyyən edilir. Belə ki, müqavilənin maliyyə icarəsi hesab olunması üçün mülkiyyət hüququnun sonradan icarəçiyə keçməsi (və ya əldə etmə hüququnun verilməsi), icarə müddətinin obyektin istismar müddətinin 75 faizindən çox olması, müqavilənin sonunda qalıq dəyərin bazar qiymətinin 20 faizindən az olması və ya ödənişlərin ümumi məbləğinin bazar qiymətinin azı 90 faizini təşkil etməsi meyarlarından ən azı biri mövcud olmalıdır.

Mülki Məcəllənin hazırkı Lizinq fəslindən fərqli olaraq, yeni Qanun maliyyə icarəsini yalnız mülki-hüquqi müqavilə münasibəti kimi deyil, Mərkəzi Bankın nəzarət etdiyi maliyyə fəaliyyəti kimi tənzimləyir. Qanuna əsasən, maliyyə icarəsi fəaliyyəti yalnız Mərkəzi Bankın reyestrinə daxil edilmiş kommersiya hüquqi şəxsləri və xarici kommersiya hüquqi şəxslərinin yerli filialları tərəfindən həyata keçirilə bilər. Bununla yanaşı, minimum nizamnamə kapitalı, prudensial normativlər, korporativ idarəetmə və risklərin idarə olunması tələbləri müəyyən edilir. Həmçinin maliyyə icarəsinin subyektləri və tətbiq dairəsi də dəqiqləşdirilir: icarəçi yalnız hüquqi şəxs və ya fərdi sahibkar ola bilər, maliyyə icarəsinin predmeti isə şəxsi və məişət məqsədləri üçün istifadə olunan əşyaları əhatə etmir.

Qanun mövcud lizinq şirkətləri üçün 9 aylıq keçid müddəti müəyyən edir. Bu müddətdə onlar fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalı və Mərkəzi Bankın reyestrinə daxil olmalıdırlar. Əks halda, yeni maliyyə icarəsi müqavilələri bağlamaq və mövcud müqavilələri uzatmaq hüququnu itirəcək, həmçinin firma adlarından “lizinq” və əlaqəli ifadələri çıxarmalı olacaqlar.

Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə edilən 07.07.2026-cı il tarixli dəyişikliklərlə maliyyə icarəsi fəaliyyəti üzrə inzibati məsuliyyət müəyyən edilir. Yeni 439-3-cü maddəyə əsasən, maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli hesabatların təqdim edilməməsi və ya düzgün təqdim edilməməsi vəzifəli şəxslər üçün 1.000 manatdan 1.500 manatadək, hüquqi şəxslər üçün isə 3.000 manatdan 5.000 manatadək cərimə ilə nəticələnəcək. Bundan əlavə, 440.1-ci maddəyə edilən dəyişikliklə həmin şəxslər mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna məlumat təqdim etmək öhdəliyi daşıyan subyektlər sırasına daxil edilir və bu öhdəliyin pozulmasına görə də inzibati məsuliyyət nəzərdə tutulur. Bu dəyişikliklərin də “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə eyni gündə qüvvəyə minəcəkdir. 

Bu istiqamətdə xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz: [email protected], +994 50 289 89 73

Oxşar Yazılar

1-ci Azərbaycan Beynəlxalq Françayzinq forumu

1-ci Azərbaycan Beynəlxalq Françayzinq forumu

1-ci Azərbaycan Beynəlxalq Françayzinq forumu

Mar 02, 2018
Hüquqi şəxslərin reyestr məlumatları barədə yeniliklər

Hüquqi şəxslərin reyestr məlumatları barədə yeniliklər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət re...

Jul 22, 2025
Vergi Məcəlləsinə Son Dəyişikliklər 2020

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2020

Vergi Məcəlləsinə edilmiş son Dəyişikliklər 2020: əsas xülasəsi və müqayisəli şəkildə izahı

Dec 29, 2019
Əmək Məcəlləsinə edilmiş düzəlişlər 2024

Əmək Məcəlləsinə edilmiş düzəlişlər 2024

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir. 12 avq...

Aug 15, 2024

"Məşğulluq haqqında" yeni Qanun qəbul edilmişdir

"Məşğulluq haqqında" yeni Qanun qəbul edilmişdir

Sep 13, 2018