Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək
Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr əlavə olunub.

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr əlavə olunub.

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

21 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, habelə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara süni intellekt texnologiyalarının istifadəsi ilə bağlı dəyişikliklər edilib. 

Dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinə yeni 148-2 və 242-1-ci maddələr əlavə olunub. 

Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə edilməklə süni intellekt texnologiyaları və ya xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və ya yayılması cinayət məsuliyyəti yaradır. 

Bununla yanaşı, Cinayət Məcəlləsinin 242-1-ci maddəsi ilə şəxsin görüntüsü və ya səsindən istifadə edilməklə süni intellekt vasitəsilə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və ya yayılması da cinayət məsuliyyəti yaradan əməl kimi müəyyən edilib. 

Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən əlavəyə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və audio materiallar kütləvi nümayiş etdirildikdə onların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. 

Bundan əlavə, “Media haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir. 

Oxşar Yazılar

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin a...

May 13, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan ...

Jun 11, 2026