Azərbaycan üzrə ITR 2027 nəticələri: CLC Tier 1-də
Caspian Legal Center (CLC) International Tax Review (ITR) tərəfindən açıqlanan 2027-ci il üzrə EMEA Tax Rankings beynəlxalq vergi reytinqində növbəti dəfə yüksək qiymətləndirilərək, Azərbaycanda vergi hüququ və vergi məsləhətçiliyi sahəsinin əsas istiqamətləri üzrə aparıcı mövqelərə layiq görülüb.

Caspian Legal Center (CLC) International Tax Review (ITR) tərəfindən açıqlanan 2027-ci il üzrə EMEA Tax Rankings beynəlxalq vergi reytinqində növbəti dəfə yüksək qiymətləndirilərək, Azərbaycanda vergi hüququ və vergi məsləhətçiliyi sahəsinin əsas istiqamətləri üzrə aparıcı mövqelərə layiq görülüb.

Azərbaycan üzrə ITR 2027 nəticələri: CLC Tier 1 kateqoriyalarında

Böyük məmnuniyyətlə bildiririk ki, Caspian Legal Center (CLC) International Tax Review (ITR) tərəfindən açıqlanan 2027-ci il üzrə EMEA Tax Rankings beynəlxalq vergi reytinqində növbəti dəfə yüksək qiymətləndirilərək, Azərbaycanda vergi hüququ və vergi məsləhətçiliyi sahəsinin əsas istiqamətləri üzrə aparıcı mövqelərə layiq görülüb.

Vergi hüququ və vergitutma sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq nəşr olan International Tax Review Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunu, o cümlədən Azərbaycanı əhatə edən 2027-ci il üzrə reytinq nəticələrini açıqlayıb. Sözügedən nəticələr CLC-nin Azərbaycanın vergi məsləhətçiliyi bazarındakı güclü mövqeyini, eləcə də yüksək keyfiyyətli və hərtərəfli vergi xidmətlərinin göstərilməsinə davamlı sadiqliyini bir daha nümayiş etdirir.

Açıqlanmış reytinq nəticələrinə əsasən, CLC aşağıdakı kateqoriyalar üzrə yüksək mövqelərə layiq görülüb:

  • Tier 1 – Transfer qiymətqoyması (Transfer Pricing)
  • Tier 1 – Vergi mübahisələri (Tax Controversy)
  • Tier 2 – Ümumi korporativ vergitutma (General Corporate Tax)

Xüsusilə qeyd etmək istərdik ki, CLC Azərbaycanda “Vergi mübahisələri” (Tax Controversy) kateqoriyası üzrə reytinqə daxil edilmiş cəmi iki şirkətdən biridir. Bu mühüm nailiyyət şirkətimizin mürəkkəb vergi mübahisələrinin həlli, vergi məsələləri üzrə müştərilərin maraqlarının təmsil edilməsi və strateji vergi məsləhətçiliyi xidmətlərinin göstərilməsi sahəsində yüksək peşəkarlığını və geniş təcrübəsini bir daha təsdiqləyir.

Şirkətimizin əldə etdiyi reytinq nəticələri ilə yanaşı, böyük məmnuniyyətlə bildiririk ki, CLC-nin vergi komandasının dörd üzvü ITR tərəfindən fərdi qaydada tanınaraq reytinqə daxil edilmiş vergi mütəxəssisləri sırasında yer alıb.

Bu münasibətlə həmkarlarımızı təbrik edirik:

Bu fərdi tanınma onların yüksək peşəkarlığını, dərin ixtisas biliklərini, müştərilərimiz üçün effektiv vergi həllərinin hazırlanmasına verdikləri töhfələri və xidmət keyfiyyətinin yüksək standartlarda saxlanılmasına göstərdikləri davamlı səyləri əks etdirir.

CLC-ə göstərdikləri davamlı etimad və dəstəyə görə bütün müştərilərimizə və işgüzar tərəfdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk.

Eyni zamanda, bu nailiyyətlərin əldə edilməsində mühüm rol oynayan, peşəkar mükəmməlliyə sadiqliyi və birgə səyləri ilə seçilən bütün vergi komandamızın əməyini yüksək qiymətləndiririk.

CLC olaraq, vergi məsləhətçiliyi və vergi qanunvericiliyinə uyğunluq xidmətlərimizi davamlı şəkildə təkmilləşdirməyə, peşəkar potensialımızı gücləndirməyə, müştərilərimizin ehtiyaclarına uyğun praktik, innovativ və səmərəli həllər təqdim etməyə davam edirik.

Oxşar Yazılar

Quba-Xəzəryanı Hasilatın Pay Bölgüsü Sazişi təsdiqlənmişdir

Quba-Xəzəryanı Hasilatın Pay Bölgüsü Sazişi təsdiqlənmişdir

Bu gün “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələ...

Oct 12, 2026
Vergi hüququ kitabı artıq TaxReview.az portalında

Vergi hüququ kitabı artıq TaxReview.az portalında

TaxReview.az portalının “Kitablar” bölməsi artıq istifadəyə verilmişdir. Yeni bölmə vergi hüququn...

Apr 09, 2026
“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Caspian Legal Center (CLC)” bu nüfuzlu beynəlxalq reytinqdə mövqeyini daha da möhkəmləndirmişdir...

Apr 15, 2026
CLC Multilaw şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşulmuşdur

CLC Multilaw şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşulmuşdur

Caspian Legal Center Multilaw beynəlxalq hüquq firmaları şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşu...

Oct 02, 2026
ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

“Caspian Legal Center”in International Tax Review (ITR) Europe Tax Awards tərəfindən MDB regionu ...

Jul 29, 2026