Caspian Legal Centerdə İdarəedici Partnyordur.
Fərid Nəbili hüquq təhsilini Bakı Dövlət Universitetində (LL.B, 2007) və Mərkəzi Avropa Universitetində (LL.M, 2008) alıb, akademik tədqiqat mövzuları müqayisəli hüquq sahələrini əhatə edib. O, bir qrup özəl şirkət və dövlət qurumlarında hüquq işçisi və menecer, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi qanunvericiliyinin təkmilləşdirilməsi şöbəsinin rəisi vəzifələrində çalışıb. O, mövcud Vergi Məcəlləsinə bir sıra beynəlxalq vergitutma anlayışlarının və üsullarının (xüsusən, transfert qiymətləri, Tax Free rejimi, əvvəlcədən qərarlar, vergidən yayınmaya qarşı ümumi qayda) daxil edilməsinin təşəbbüskarı və iştirakçısı olmuşdur.
O, nüfuzlu reytinq agentlikləri (Chambers & Partners, IFLR 1000, Legal 500) tərəfindən Azərbaycanda beynəlxalq reytinqli hüquqşünaslardan biri kimi tanınıb, həmçinin World Tax | World TP tərəfindən "vergi üzrə ekspert" olaraq seçilib.
Fərid Nəbili Azərbaycan Vəkillər Kollegiyasının, Beynəlxalq Vəkillər Kollegiyasının və Avropa Korporativ İdarəetmə İnstitutunun üzvüdür. Onun vergi qanunvericiliyinə dair məqalələri Azərbaycandan vergi məruzəçisi olduğu Beynəlxalq Vəkillər Kollegiyasının Vergi Komitəsinin illik hesabatlarında, həmçinin Bloomberg Tax və digər beynəlxalq nəşrlərdə dərc olunub. Vergi Hüququ kitabının müəllifidir (İstanbul, Bilnet, 2023). O, həmçinin 2012-ci ildən bir sıra yerli universitetlərdə hüquq fənni üzrə dərs deyir. Hazırda Bakı Dövlət Universitetində ingilisdilli qruplar üçün vergi hüququ və beynəlxalq vergi hüququ kurslarını, habelə Xəzər Universitetində biznes hüququ kursunu tədris edir.
Onun ixtisas sahələri biznes layihəsinin təşkili, korporativ hüquq, vergi hüququ, tikinti hüququ, maliyyə və bank hüququdur. O, həm milli, həm də beynəlxalq vergi məsələlərini əhatə edən mürəkkəb vergi mübahisələrində transmilli şirkətləri və aparıcı yerli biznesləri təmsil etmişdir. O, həmçinin çoxmilyonluq maliyyə əməliyyatları (o cümlədən kredit müqavilələri), iri infrastruktur və tikinti layihələri, eləcə də enerji və bərpa olunan enerji layihələri üzrə hüquqi məsləhətlər vermişdir. Təxminən 18 il ərzində o, müxtəlif sahələr üzrə müqavilə danışıqlarında 40-dan çox ölkədən olan müştəriləri təmsil etmişdir.
Elektron Poçt: [email protected]
LinkedIn profili: https://www.linkedin.com/in/faridnabili/
Vergi vəkilləri
vergi işləri üzrə vəkil
Bakıda reytinqli vəkil
Azərbaycanda beynəlxalq təcrübəli vəkil
Bakıda vergi vəkili.