“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir
“Caspian Legal Center (CLC)” bu nüfuzlu beynəlxalq reytinqdə mövqeyini daha da möhkəmləndirmişdir. “Legal 500” bizi belə xarakterizə etmişdir: “Caspian Legal Center dərin yerli bilikləri beynəlxalq baxış bucağı ilə uğurla birləşdirir.”

“Caspian Legal Center (CLC)” bu nüfuzlu beynəlxalq reytinqdə mövqeyini daha da möhkəmləndirmişdir. “Legal 500” bizi belə xarakterizə etmişdir: “Caspian Legal Center dərin yerli bilikləri beynəlxalq baxış bucağı ilə uğurla birləşdirir.”

“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Legal 500” Azərbaycan üzrə növbəti reytinqlərini açıqlamışdır. Məmnuniyyət hissi ilə bildiririk ki, “Caspian Legal Center (CLC)” bu nüfuzlu beynəlxalq reytinqdə mövqeyini daha da möhkəmləndirmişdir.

“Legal 500” bizi belə xarakterizə etmişdir: “Caspian Legal Center dərin yerli bilikləri beynəlxalq baxış bucağı ilə uğurla birləşdirir.”

Reytinqdə şirkətimizin korporativ, kommersiya və biznes hüququ, habelə vergi praktikası və mübahisələrin həlli üzrə fəaliyyətimiz xüsusi olaraq qeyd olunmuşdur.

“Legal 500” tərəfindən vurğulanan əsas işlərimiz

“Aparıcı alman avtomobil istehsalçısına Formula 1 komandası ilə bağlı titul sponsorluğunun Azərbaycanda doğura biləcəyi vergi nəticələri üzrə hüquqi məsləhətlər verilmiş, o cümlədən mümkün daimi nümayəndəlik riskləri və 2026-cı il Bakı Qran-Prisi ərəfəsində Almaniya-Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin tətbiqi təhlil edilmişdir.”

“Aparıcı beynəlxalq aviaşirkətə Azərbaycan vergi və əmək hüququ məsələləri üzrə məsləhət göstərilmiş, bu çərçivədə Azərbaycan-Türkiyə ikiqat vergitutma və sosial təminat sazişlərinin tətbiqi, ezam olunmuş işçilər üzrə yerli uyğunluq tələbləri və transsərhəd işçi qüvvəsinin strukturlaşdırılması üzrə dəstək təqdim edilmişdir.”

“Qlobal maliyyə xidmətləri göstərən bir şirkətə Azərbaycanda əmək hüququna uyğunluq və işçi qüvvəsinin strukturlaşdırılması məsələləri üzrə hüquqi yardım göstərilmiş, o cümlədən qlobal əmək müqavilələri, şirkət daxili siyasətlər və işçi sənədlərinin Azərbaycan əmək qanunvericiliyinə uyğunlaşdırılması həyata keçirilmişdir.”

“Caspian Legal Center” olaraq biz müştərilərimizə yalnız hüquqi məsləhət deyil, həm də kommersiya baxımından əsaslandırılmış və praktik tətbiq oluna bilən həllər təqdim etməyə çalışırıq. Bu yanaşma müştərilərimizdən birinin “Legal 500”ə verdiyi rəydə də öz əksini tapmışdır:

“Caspian Legal Center ilə əməkdaşlıq daim müsbət təcrübə olub. Komanda dərin yerli ekspertizanı güclü beynəlxalq baxışla birləşdirir və yalnız hüquqi məsləhətlə kifayətlənməyərək, biznes ehtiyaclarımıza uyğun, praktik və effektiv həllər təqdim edir.”

Oxşar Yazılar

Vergi hüququ kitabı artıq TaxReview.az portalında

Vergi hüququ kitabı artıq TaxReview.az portalında

TaxReview.az portalının “Kitablar” bölməsi artıq istifadəyə verilmişdir. Yeni bölmə vergi hüququn...

Apr 09, 2026
Quba-Xəzəryanı Hasilatın Pay Bölgüsü Sazişi təsdiqlənmişdir

Quba-Xəzəryanı Hasilatın Pay Bölgüsü Sazişi təsdiqlənmişdir

Bu gün “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələ...

Oct 12, 2026
ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

“Caspian Legal Center”in International Tax Review (ITR) Europe Tax Awards tərəfindən MDB regionu ...

Jul 29, 2026
CLC Multilaw şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşulmuşdur

CLC Multilaw şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşulmuşdur

Caspian Legal Center Multilaw beynəlxalq hüquq firmaları şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşu...

Oct 02, 2026