Firəngiz Heydərova Caspian Legal Center-də vergi meneceridir. O, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr dərəcəsi və İsveçin Lund Universitetindən Maliyyə və Vergi üzrə magistr dərəcəsi almışdır. O, ACCA sertifikatlarına malikdir və Maliyyə Mühasibatlığı, İdarəetmə Mühasibatlığı və Performans İdarəetmə kvalifikasiyalarını uğurla keçmişdir. Həmçinin Azərbaycan üzrə Peşəkar Mühasibatlıq Sertifikatına malikdir.
Firəngiz Heydərova bir neçə yerli şirkətdə vergi məsləhətçisi kimi fəaliyyət göstərib. O, maliyyə və mühasibat uçotu, habelə audit və vergi məsələlərində geniş maraq və biliyə malik təcrübəli vergi meneceridir. O, Worl Tax tərəfindən "tanınmış vergi mütəxəssisi" kimi qəbul edilməklə bərabər, İkiqat Vergitutma Müqavilələri, Transfer Qiymətləri məsələləri və PSA (hasilatın pay bölgüsü) sazişləri üzrə ekspertdir.
Email: [email protected]
vergi məsləhətçisi
vergi konsultantı
vergi mühasibi
beynəlxalq vergi mühasibi
ikiqat vergi sazişləri
transfer qiymətləri üzrə mütəxəssis