Bu gün “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanunu promulqasiya edilib.
Bu gün “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanunu promulqasiya edilib. Saziş bundan əvvəl, 30 sentyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir.
Sazişə əsasən, Hökumət Təminatının və Əlavələrin şərtləri nəzərə alınmaqla, tərəflərə Sazişin qüvvədə olduğu bütün müddət ərzində Quba-Xəzəryanı Kontrakt Sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Caspian Legal Center (CLC) Gran Tierra Energy-yə Quba-Xəzəryanı HPBS ilə əlaqəli hüquqi təhlil, habelə Quba-Xəzəryanı Kontrakt Sahəsində kəşfiyyat və işlənmə əməliyyatları ilə bağlı kommersiya müqavilələri üzrə hüquqi dəstək xidmətləri təqdim etmişdir.
Əlaqəli mütəxəssislər: Ayna Abbaszadə | Pəri Qasımlı | Fərid Nəbili
“Caspian Legal Center”in International Tax Review (ITR) Europe Tax Awards tərəfindən MDB regionu ...
Caspian Legal Center Multilaw beynəlxalq hüquq firmaları şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşu...
“Caspian Legal Center (CLC)” bu nüfuzlu beynəlxalq reytinqdə mövqeyini daha da möhkəmləndirmişdir...
TaxReview.az portalının “Kitablar” bölməsi artıq istifadəyə verilmişdir. Yeni bölmə vergi hüququn...