Vergi hüququ kitabı artıq TaxReview.az portalında
TaxReview.az portalının “Kitablar” bölməsi artıq istifadəyə verilmişdir. Yeni bölmə vergi hüququna həsr olunmuş nəşrlərin (kitab, komentariya və s.) yerləşdirilməsi üçün nəzərdə tutulub.

Məmnuniyyət hissi ilə bildiririk ki, TaxReview.az portalının “Kitablar” bölməsi artıq istifadəyə verilmişdir. Yeni bölmə vergi hüququna həsr olunmuş nəşrlərin (kitab, komentariya və s.) yerləşdirilməsi üçün nəzərdə tutulub.

Hazırda bölmədə “Caspian Legal Center” hüquq şirkətinin İdarəedici Partnyoru, vergi hüququ üzrə mütəxəssis Fərid Nəbilinin “Vergi Hüququ” kitabı yerləşdirilmişdir. Vergi qanunvericiliyinin dərindən öyrənilməsi və tətbiqi sahəsində mühüm mənbə olan bu vəsait bütün istifadəçilər üçün tam əlçatandır.

Sadə üslubda yazılmış kitabda praktiki məqamlara üstünlük verilməklə yanaşı, 100-ə qədər xarici və yerli məhkəmə təcrübəsi təhlil edilmişdir. Kitab hüquqşünas, mühasib, vergi məsləhətçisi, bu sahələrdə təhsil alan tələbələr, həmçinin maliyyə və vergi sahəsində çalışan dövlət və ictimai qurumların mütəxəssisləri üçün tövsiyə edilir.

Vəsaitin strukturu qorunmaqla hər bir fəsil oxucuların operativ istifadəsi üçün PDF sənədləri şəklində sistemləşdirilərək portalın elektron kitabxana bazasına yerləşdirilmişdir. Kitabla tanış olmaq üçün əsas menyudan kitablar bölməsinə daxil ola və yaxud aşağıdakı linkə keçid edə bilərsiniz: 

https://taxreview.az/kitablar/

Oxşar Yazılar

“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Caspian Legal Center (CLC)” bu nüfuzlu beynəlxalq reytinqdə mövqeyini daha da möhkəmləndirmişdir...

Apr 15, 2026
ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

“Caspian Legal Center”in International Tax Review (ITR) Europe Tax Awards tərəfindən MDB regionu ...

Jul 29, 2026
CLC Multilaw şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşulmuşdur

CLC Multilaw şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşulmuşdur

Caspian Legal Center Multilaw beynəlxalq hüquq firmaları şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşu...

Oct 02, 2026