Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilib (19 may 2026-cı ildən qüvvəyə minib). Dəyişikliklər əsasən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri və vəzifələr üzrə işə qəbul, tibbi müayinələr və əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı yeni tələbləri nəzərdə tutur.

Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib (May 2026)

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilib (19 may 2026-cı ildən qüvvəyə minib). Dəyişikliklər əsasən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri və vəzifələr üzrə işə qəbul, tibbi müayinələr və əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı yeni tələbləri nəzərdə tutur.

Belə ki, Əmək Məcəlləsinin 48-ci maddəsinə əlavə edilmiş 5-2-ci hissəyə görə, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməlidirlər.

Bununla yanaşı, həmin maddəyə əlavə edilmiş 5-3-cü hissəyə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda sağlamlıq haqqında tibbi arayış və ya tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağandır.

Əmək Məcəlləsinin 74-cü maddəsinə edilmiş dəyişikliklərə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, habelə qanunvericilikdə nəzərdə tutulmuş tibbi arayış olmadan əmək münasibətlərinin qurulduğu aşkar edildikdə əmək müqaviləsinə xitam verilir.

Əmək Məcəlləsinin 226-cı maddəsinə əlavə edilmiş 1-1-ci hissəyə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilən şəxslərin ilkin, sonradan isə vaxtaşırı tibbi müayinədən (tibbi yoxlamadan) keçirilməsi, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandıqda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

Bununla yanaşı, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərlə əmək funksiyasının yerinə yetirilməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandıqda şəxslərin əsaslandırılmaqla dərhal tibbi müayinədən keçirilməsi ilə bağlı müddəalar əlavə edilib.

Qeyd etmək lazımdır ki, “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilib.

Bu istiqamətdə əlavə suallarınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Oxşar Yazılar

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...

Mar 12, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...

Aug 04, 2026
Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişi...

Sep 18, 2026
Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...

May 27, 2026