Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik
Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayaraq, işəgötürən istifadə edilməmiş həm əsas, həm də əlavə məzuniyyət günlərinə görə işçiyə tam həcmdə kompensasiya ödəmək öhdəliyi daşıyacaqdır.

Əlavə məzuniyyətin kompensasiya edilməsi mütləqdir

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 18 fevral 2026-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərar qəbul etmişdir.

İndiyədək Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsi əmək stajı və peşənin xarakteri ilə əlaqədar verilən əlavə məzuniyyətlərə, həmçinin uşaqlı qadınlara və işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə təqdim olunan əlavə məzuniyyət günlərinə görə əmək müqaviləsinə xitam verilərkən kompensasiya ödənilməsini istisna edirdi.

Məhkəmənin mövqeyinə əsasən, əlavə məzuniyyət işçilərin əmək şəraiti və sosial vəziyyətindən irəli gələn fərqləri nəzərə almaqla onların hüquqlarının ədalətli qorunmasına xidmət edir. Bu səbəbdən əmək münasibətlərinə xitam verilərkən işçinin həmin hüquqdan irəli gələn ödənişlərdən məhrum edilməsi bərabərlik prinsipi ilə uzlaşmır. Nəticədə, Məhkəmə müvafiq normanı Konstitusiyaya zidd hesab edərək tətbiqinin dayandırılmasını qərara almışdır.

Beləliklə, bundan sonra Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayaraq, işəgötürən istifadə edilməmiş həm əsas, həm də əlavə məzuniyyət günlərinə görə işçiyə tam həcmdə kompensasiya ödəmək öhdəliyi daşıyacaq. Qeyd edilməlidir ki, Qərar artıq başa çatmış hüquq münasibətlərinə şamil olunmur. O, yalnız qüvvəyə mindikdən sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, eləcə də hazırda məhkəmələrin icraatında olan işlərə tətbiq ediləcək. 

Oxşar Yazılar

Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Yeni qəbul edilmiş "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası...

Sep 30, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026