“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib
“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun  qəbul edilib. Milli Məclis tərəfindən qəbul edilən dəyişikliklər strateji əhəmiyyətli investisiyalara dövlət nəzarətini yenidən tənzimləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 feral 2026-cı il tarixində “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Milli Məclis tərəfindən qəbul edilən dəyişikliklər strateji əhəmiyyətli investisiyalara dövlət nəzarətini yenidən tənzimləyir.

Dəyişikliklərə görə, strateji əhəmiyyətə malik investisiyalar Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya milli maraqlarına zidd olan müstəsna hallarda investorun razılığı olmadan da alına bilər. Eyni zamanda qanuna əlavə edilən yeni müddəa belə halları ayrı-seçkilik kimi dəyərləndirmir, yəni strateji investisiyaların milli maraqları qorumaq məqsədilə dövlət tərəfindən alınması hüquqi baxımdan bərabərsizlik sayılmır.

Mühüm dəyişikliklərdən biri kompensasiya mexanizminə aiddir. İndiyədək investorlara ödənəcək kompensasiya “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun müəyyənləşdirilirdi. Yeni redaksiyaya əsasən, kompensasiya investisiya müqaviləsində nəzərdə tutulmuş qaydada, belə qayda olmadıqda isə ədalətli bazar dəyəri əsasında hesablanacaq.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında fikirlər tam həmrəy olmayıb. Bəzi deputatlar dəyişikliklərin investisiya mühitinə mümkün təsirləri ilə bağlı narahatlıq ifadə edərək bildiriblər ki, “milli maraqlar” və “strateji əhəmiyyət” kimi geniş anlayışların qanuna daxil edilməsi hüquqi qeyri-müəyyənlik yarada və investorların dövlət müdaxiləsi ilə bağlı risklərini artıra bilər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə bu narahatlıqlara cavab olaraq qeyd edib ki, analoji müddəalar 1992-ci ildə qəbul edilmiş qanunvericilikdə də mövcud olub və uzun illər ərzində ölkəyə xarici investisiyaların cəlb olunmasına maneə yaratmayıb. Onun sözlərinə görə, qanunvericilik çərçivəsində və ədalətli kompensasiya şərti ilə həyata keçirilən ekspropriasiya beynəlxalq praktikada investor hüquqlarının pozulması kimi qiymətləndirilmir.

Nəticədə, təklif olunan dəyişikliklər investorların hüquqlarını məhdudlaşdırmaq məqsədi daşımır. Əksinə, onlar dövlətin milli və iqtisadi təhlükəsizlik maraqlarını qorumaq üçün hüquqi mexanizmləri dəqiqləşdirir və mülkiyyət hüququnun qorunması ilə yanaşı, qanunla nəzərdə tutulan hallarda ədalətli kompensasiya təminatını saxlayır.

Oxşar Yazılar

COP29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi

COP29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi

COP29 Azərbaycan: Ev Sahibliyi Sazişi təsdiq edildi

Oct 11, 2024
Lizinq müqavilәlәrindә risklәrin idarә olunması: Ali Məhkəmənin yeni qərarı

Lizinq müqavilәlәrindә risklәrin idarә olunması: Ali Məhkəmənin yeni qərarı

Ali Mәhkәmə lizinq münasibәtlәrinә dair hüquqi mövqeyini ortaya qoyaraq, bu institutun mahiyyәti ...

Oct 06, 2025
Rəqəmsal platformalarda reklam: Azərbaycan qanunvericiliyində yeni mərhələ

Rəqəmsal platformalarda reklam: Azərbaycan qanunvericiliyində yeni mərhələ

Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununda edilmiş son dəyişikliklər müasir dövrün rə...

May 29, 2025
Rəqabət Məcəlləsi üzrə bir sıra qaydalar qəbul edilmişdir

Rəqabət Məcəlləsi üzrə bir sıra qaydalar qəbul edilmişdir

Rəqabət Məcəlləsi üzrə bir sıra qaydalar qəbul edilmişdir

Jan 21, 2025
Yeni İl, Yeni Qaydalar

Yeni İl, Yeni Qaydalar

Yeni İl, Yeni Qaydalar

Dec 31, 2017