Ayna Abbaszadə Caspian Legal Center-də kiçik hüquq məsləhətçisi vəzifəsində çalışır.
O, 2026-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ingilis dilli bölməsini bitirmişdir. Təhsili dövründə o, beynəlxalq səviyyədə tanınmış elmi data bazalarda dərc olunan hüquqi məqalənin müəllifi olmuşdur. Məhkəmə təcrübəsi çərçivəsində universiteti Philip C. Jessup Beynəlxalq Hüquq üzrə Məhkəmə Müsabiqəsində və onun Vaşinqtonda keçirilmiş Beynəlxalq Raundlarında iki dəfə təmsil etmişdir. Həmçinin milli arbitraj müsabiqəsinin qalibi olmuşvə müsabiqələrin təşkilinə töhfə vermişdir.
CLC-də o, əsasən kommersiya və korporativ hüquq məsələləri, o cümlədən hüquqi tədqiqat, hüquqi məsləhət, müqavilələrin hazırlanması və ekspertizası üzrə çalışır.
Ayna Abbaszadə Caspian Legal Center-də kiçik hüquq məsləhətçisi vəzifəsində çalışır.