Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişikliklərlə kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların tələblərinin pozulması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, əlavə edilmiş 371-2-ci maddə ilə kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, informasiya infrastrukturu subyektləri, internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər inzibati xətanın subyektləri kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişikliklərlə kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların tələblərinin pozulması inzibati xəta kimi müəyyən edilmişdir.
Belə ki, əlavə edilmiş 371-2-ci maddə ilə kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, informasiya infrastrukturu subyektləri, internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər inzibati xətanın subyektləri kimi müəyyən edilmişdir.
Bununla yanaşı, qanunverici həmin subyektlər dairəsinə daxil olmayan şəxsləri də maddəyə “Qeyd” şəklində müəyyən etmişdir. Belə ki, 371-2-ci maddənin tələbləri, o cümlədən, kritik informasiya infrastrukturu, dövlət orqanları (qurumları), Azərbaycan Respublikasının Mərkəzi Bankı, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər (banklar, sığortaçılar, təkrarsığortaçılar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondları, investisiya fondlarının idarəçiləri, ödəniş xidmət təchizatçıları və s.), habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna şamil edilmir. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri və təhlükəsizlik əməliyyatları mərkəzləri də bu maddənin əhatə dairəsindən kənarda saxlanılmışdır.
Maddə ilə inzibati xətaya səbəb olan 6 hərəkət (hərəkətsizlik) müəyyən edilmişdir:
Vəzifəli şəxslər üçün min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün isə min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Həmçinin qeyd edilməlidir ki, 371-2-ci maddə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna 10.08.2026-cı il tarixində əlavə edilmiş V-II fəsildəki bəzi öhdəliklərin sanksiya normasıdır.
Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...
“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...
Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...
Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...