Hüquqi şəxslərin reyestr məlumatları barədə yeniliklər
Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişiklik və əlavələr edilmişdir. Dəyişikliklər 21 iyul 2025-ci il tarixdə qüvvə minmişdir. Dəyişikliklər aşağıdakı ətraflı izah edilir.

Hüquqi şəxslərin reyestr məlumatları: qeydiyyat tələblərində dəyişikliklər 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişiklik və əlavələr edilmişdir. Dəyişikliklər 21 iyul 2025-ci il tarixdə qüvvə minmişdir. Dəyişikliklər aşağıdakı ətraflı izah edilir.

Dövlət reyestrinə məlumat təqdim etmə müddəti azaldılır

Hüquqi şəxslər baş vermiş dəyişikliklərin dövlət reyestrində qeydə alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər (əvvəl bu müddət 40 iş gün müəyyən edilirdi)

İflas prosesində olma dövlət qeydiyyatına alınmalıdır

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əlavə edilmiş “Hüquqi şəxsin iflas prosesində olmasının dövlət qeydiyyatına alınması” adlı 9-2.1-ci maddəyə əsasən, hüquqi şəxs iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bu barədə məlumat iflas prosesi başlandıqdan sonra 15 iş günündən gec olmayaraq ərizə ilə müvafiq quruma müraciət etməlidir.  

Bu məqsədlə, qeyd edilən “15-günlük” müddət iflas prosesi məhkəmənin iştirakı olmadan başlandığı halda, borclunun iflas prosesinin başlanması barədə qərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasında başlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən hesablanır. Analoji hallarda olduğu kimi, belə dəyişikliklər qanuna uyğun sənədlər təqdim edildiyi halda 5 iş gün müddətində qeydiyyata alınır.

Həmçinin, qeyd edilən Qanunun 12.8.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən, dövlət reyestrində hüquqi şəxsin iflas prosesində olması ilə əlaqədar məlumatlar öz əksini tapacaqdır. Hüquqi şəxsin möhüründə “iflas prosesində olan” ifadəsi öz əksini tapması da yeni tələb kimi müəyyən edilib.

Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində müəyyən olunmuş sənədlərlə, səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində “iflas prosesində olan” yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Eyni zamanda, vergi qanunvericiliyinə edilmiş düzəlişə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.

Qeyd edək ki, xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması gec baş verdikdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Oxşar Yazılar

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026
Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...

May 27, 2026
“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilib

“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə qanun qə...

Mar 12, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026