CLC startup ayları elan edir
Cari ilin aprel-may ayları ərzində Caspian Legal Center tərəfindən ənənəvi və qeyri-ənənəvi biznesə dəstək məqsədilə startuplara bir sıra sahələrdə ödənişsiz məsləhət veriləcəkdir. Azərbaycanda biznesə başlamaq planında olan şəxslər Caspian Legal Centerə müraciət etməklə hüquq, vergi, mühasibatlıq və digər məsələlər barədə məsləhət ala bilərlər. Bu xüsusilə, müasir və innovativ biznes sahələri, o cümlədən İKT sahəsində kommersiya layihələri həyata keçirən şəxslər üçün faydalı ola bilər.
Əgər siz də yeni biznesə başlamaq istəyirsiniz, lakin risklər, vergi sahəsində güzəştlər, qaydalar və həll yolları barədə mütəxəssis xidmətinə ehtiyac duyursunuzsa, Caspian Legal Center sizə iki ay ərzində ödənişsiz məsləhət verə bilər. Bunun üçün aşağıdakı əlaqə vasitələri ilə qeydiyyatdan keçərək görüş təyin etməyiniz kifayətdir.
Elektron poçt: [email protected]
Telefonlar: (+994 55) 203 46 49
(+994 12) 480 14 86
Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...
Yeni qəbul edilmiş "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası...
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...
“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətin...
Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...