Consulting şirkətləri | CLC Consulting xidmətləri
Konsaltinq şirkətləri: CLC Consulting şirkətinin xidmətləri

Konsaltinq şirkətləri adətən məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə hüquq konsaltinq, vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, biznes konsaltinqi, texniki təhlükəsizlik üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər. Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.

Consulting şirkətləri |  Azərbaycanda məsləhətçi xidmətləri

CLC Konsaltinq Xidmətləri

Konsaltinq şirkətləri (ingiliscə "consulting" - məsləhət, "consultant" - məsləhətçi) adətən məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə hüquq konsaltinq, vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, biznes konsaltinqi, texniki təhlükəsizlik, İKT üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər.

Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.

Konsaltinq xidmətlərini göstərən şirkətlər göstərdiyi xidmətin nəticəsinə əsasən təminat vermədən formalaşmış təcrübə və xüsusi bilikləri əsasında məsləhət və tövsiyələrini verirlər.

Consulting şirkətləri ilə müqavilə 

Konsaltinq şirkətləri adətən öz standart müqavilə formalarından istifadə edirlər. Azərbaycanda konsaltinq şirkətləri ilə işləyərkən öz konsaltinq xidmətləri müqavilə şablonunuzu təqdim etməyiniz tövsiyə olunur. Bu mümkün olmadığı hallarda, konsaltinq müqaviləsinin şərtlərinin peşəkar hüquqi yardım və zəruri hallarda texniki dəstək vasitəsilə nəzərdən keçirilməsi tövsiyə edilir.

Konsaltinq xidmətinin növündən asılı olaraq, konsaltinq xidmətləri müqaviləsinə müxtəlif spesifik şərtlərin daxil edilməsi tələb olunur. Lakin bütün hallara tətbiq edilə bilən ümumi bir yoxlama siyahısı əvvəlcədən hazırlanmalı və müvafiq konsaltinq layihəsi kontekstində nəzərdən keçirilməlidir.

Konsaltinq şirkətləri ilə bağlanılan müqavilələrdə aşağıdakı məqamların nəzərə alınmasını tövsiyə edirik:

  • Göstəriləcək konsaltinq xidmətlərinin dəqiq dairəsi (consulting xidmətlərinin predmetindən əlavə olaraq)
  • Xidmətlərə daxil olmayan məsələlər
  • Konsaltinq şirkətinin təminat verdiyi nəticələr
  • Konsaltinq şirkətinin məsuliyyəti – qəsdən və ya kobud ehtiyatsızlıqdan verilmiş yanlış məsləhətin hüquqi nəticəsi
  • Konsaltinq xidmətlərinin göstərilməsinə cəlb ediləcək şəxslərə dair tələblər və ya onların siyahının (adlarının) dəqiq müəyyən olunması
  • Xidmətlərin göstərilmə müddəti
  • Tətbiq edilən standartlar
  • Konsaltinq şirkətindən tələb edilən peşəkar məsuliyyət sığortası
  • Cəlb ediləcək ekspertlərin/konsultantların siyahısı
  • Digər ümumi müqavilə şərtləri

Konsaltinq şirkətlərinin əsas müqavilə öhdəliyi mövzu üzrə məsləhətin verilməsi olduğundan, praktikada hər hansı nəticənin baş verməsinə təminatın alınması dəqiqləşdirilməlidir. Verilmiş məsləhətin yanlış çıxması nəticəsində baş verəcək zərərlər praktikada əsasən, peşəkar məsuliyyət sığortası (professional liability insurance) əldə edilməklə aradan qaldırılır. Bu zaman konsaltinq şirkətinin peşəkar məsuliyyətinin həddinin və sığorta hadisəsinin ətraflı izahının müqavilədə əks etdirilməsi tövsiyə edilir. Bu və oxşar səbəblərdən konsaltinq şirkətlərinin seçimində və onlarla müqavilələrin bağlanılmasında hüquqi dəstəyin alınması tövsiyə olunur.

CLC Consulting Şirkətinin Konsaltinq Xidmətləri

Caspian Legal Center şirkəti Azərbaycan konsaltinq şirkətlərindən biri kimi aşağıdakı məsələlərdə sizə dəstək verməyə hazırdır:

  • Hüquq məsləhətləri və hüquqi təmsilçilik
  • iznesin təşkili zamanı hüquqi və vergi planlaması
  • Vergi konsaltinqi və mübahisələrin həlli
  • Mühasibatlıq xidmətləri və mühasibatlıq uçotunun təşkili
  • Hüquq və vergi konsaltinqi sahəsində digər tələb edilən xidmətlər

Beynəlxalq reytinqli və Azərbaycan bazarında geniş təcrübəyə malik şirkət olaraq qeyd edilən sahədə xidmətlərinizi bizə həvalə edə bilərsiniz:

Telefon: 050 289 89 73; Email: [email protected]

Oxşar Yazılar

Xarici valyutada əməliyyatlara dair məhkəmə təcrübəsi haqqında

Xarici valyutada əməliyyatlara dair məhkəmə təcrübəsi haqqında

Yasamal Rayon Məhkəməsində xarici valyutada aparılan əməliyyatlar üzrə  məhkəmə işləri üzrə səmər...

Nov 06, 2019
İpoteka Barədə KM-nin Yeni Qərarı

İpoteka Barədə KM-nin Yeni Qərarı

İpoteka Barədə KM-nin Yeni Qərarı

Mar 30, 2022
Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru: Borc və kompensasiyanın alınması üçün nələr edilməlidir?

Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru: Borc və kompensasiyanın alınması üçün nələr edilməlidir?

Azərbaycan Respublikası Mərkəzi Bankı qısa müddət ərzində Əmrahbank, Atabank, NBC Bank və AG Bank...

May 27, 2020
Ələt Azad İqtisadi Zonası: Qeydiyyat

Ələt Azad İqtisadi Zonası: Qeydiyyat

Dünya Bankının 2021-ci il hesabatlarıda qeyd edilir ki, hazırda dünyada 147 iqtisadiyyat daxilind...

Oct 30, 2023