Bu Hüquqi Bələdçi Azərbaycanda elektron ticarət qanunvericiliyini ətraflı izah etməklə elektron ticarətin hüquqi tənzimlənməsinə dair praktiki məlumat təqdim edir. Buraya onlayn satışların tənzimlənməsi, e-ticarətin ƏDV-yə cəlb edilməsi, fərdi məlumatların qorunması, istehlakçı hüquqları və e-ticarətə dair uyğunluq tələbləri daxildir.
Qlobal pandemiyanın və qloballaşmanın təsiri nəticəsində onlayn ticarət bütün dünyada, o cümlədən Azərbaycanda daha geniş yayılmışdır. Azərbaycan istehlakçıları getdikcə daha çox xarici və transmilli onlayn alış-veriş platformaları ilə qarşılaşır və onlardan istifadə edir ki, bu da öz növbəsində həmin platformaların Azərbaycan qanunvericiliyi baxımından hüquq və vəzifələri ilə bağlı yeni suallar yaradır. Bu məqalədə Azərbaycan qanunvericiliyi üzrə elektron ticarətin tənzimlənməsi izah edilir və Azərbaycan bazasını hədəfləyən və/və ya Azərbaycanlı müştərilərə xidmət göstərən xarici ticarət platformaları və bizneslər üçün nəzərə alınmalı əsas məqamlar açıqlanır.
Məqalədə ilk növbədə Azərbaycanda elektron ticarətin ümumi hüquqi çərçivəsi, daha sonra isə istehlakçı hüquqlarının müdafiəsi, reklam və vergi qanunvericiliyi daxil olmaqla xüsusi qanunvericilik aktları üzrə elektron ticarətlə məşğul olan bizneslərin/platformaların əsas öhdəlikləri nəzərdən keçirilir.
Qeyd edilməlidir ki, Azərbaycanda elektron ticarətin hüquqi çərçivəsi iki hüquqi alt kateqoriyaya bölünə bilər:
Müqavilə hüququ ilə bağlı ümumi müddəalar Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmişdir. Buna görə də, xüsusi qanunlarla tənzimlənməyən məsələlər ümumilikdə müqavilə və mülki hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müddəalarına uyğun olmalıdır. Bununla yanaşı, Azərbaycanda elektron ticarəti tənzimləyən xüsusi qanunvericilik aktları da mövcuddur.
Azərbaycanda elektron ticarəti tənzimləyən əsas normativ hüquqi akt “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunudur (bundan sonra “Elektron Ticarət Qanunu”). Həmin qanun elektron ticarətin təşkili və həyata keçirilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini, habelə qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.
Elektron Ticarət Qanununa əsasən, “elektron ticarət” dedikdə “informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən internet vasitəsilə elektron kitabların, musiqinin, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatının yüklənməsi, reklamların yerləşdirilməsi və digər oxşar iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət” başa düşülür.
Yuxarıda göstərilən anlayış geniş xarakter daşıyır və elektron xidmətləri, eləcə də rəqəmsal malları əhatə edir. Buna görə də Elektron Ticarət Qanununun bütün tələbləri biznesin xarakterindən asılı olaraq internet vasitəsilə fiziki malların satışına eyni qaydada tətbiq olunmaya bilər. Belə xüsusi hallar istisna olmaqla, Elektron Ticarət Qanunu xarici elektron ticarət xidməti göstərənlərə və xarici onlayn satış platformalarına da şamil olunur.
Bundan əlavə, maliyyə, sığorta və qiymətli kağızlar bazarları sahəsində elektron ticarət Elektron Ticarət Qanununun tətbiq dairəsindən açıq şəkildə çıxarılmışdır. Həmçinin Ələt Azad İqtisadi Zonasında təşkil olunan və həyata keçirilən elektron ticarətə də bu qanun tətbiq edilmir.
Elektron Ticarət Qanunu elektron ticarət münasibətlərinin 3 tərəfini müəyyən edir: satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi.
Dövlət reyestrində lazımi qaydada qeydiyyatdan keçmiş hər hansı hüquqi şəxs və ya fiziki şəxs sahibkar Azərbaycanda elektron ticarətlə məşğul olmaq hüququna malikdir. Əgər hüquqi şəxsin və ya sahibkarın fəaliyyəti Azərbaycanda lisenziyalaşdırılan fəaliyyət növünə aid edilirsə, dövlət qeydiyyatından əlavə müvafiq lisenziyanın alınması tələb olunur.
Satıcı (təchizatçı) tərəfindən təqdim olunan bütün məlumatlar Azərbaycan dilində və ya tərəflər arasında razılaşdırılmış digər dildə, aydın və birmənalı şəkildə təqdim edilməlidir.
Satıcı (təchizatçı) aşağıdakı məlumatları alıcıya (sifarişçiyə) və müvafiq dövlət orqanlarına təqdim etməlidir:
Satıcı (təchizatçı) yuxarıda göstərilən məlumatları alıcılar (sifarişçilər) və müvafiq dövlət orqanları üçün əlçatan etmədikdə, aidiyyəti dövlət orqanları onun Azərbaycan ərazisində fəaliyyətini məhdudlaşdırmaq hüququna malikdir.
Onlayn satışların tənzimlənməsinin əsas elementi elektron sənəd formasında bağlanmalı olan onlayn satış müqaviləsidir.
Müqavilə ilə bağlı ümumi tələblər aşağıdakılardır:
Satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) təqdim edilməli olan məlumatlarla bağlı xüsusi tələblər aşağıdakılardır:
Sifariş qəbul edilərkən satıcı (təchizatçı) sifarişin qəbul edilməsi barədə alıcını (sifarişçini) dərhal məlumatlandırmalıdır.
Birdəfəlik satış zamanı təsdiq bildirişində alıcının (sifarişçinin) şikayət təqdim edə biləcəyi ünvan göstərilməlidir.
Təkrar satışlar zamanı isə təsdiq bildirişində aşağıdakı məlumatlar göstərilməlidir:
Sifariş alıcının (sifarişçinin) sifarişin təsdiq olunması barədə məlumatı aldığı andan qəbul edilmiş hesab olunur.
Ümumi qaydaya əsasən, alıcı (sifarişçi) heç bir cərimə ödəmədən və səbəb göstərmədən 7 (yeddi) iş günü ərzində müqavilədən imtina etmək hüququna malikdir və satıcı alıcı tərəfindən edilmiş ödənişi 7 (yeddi) gün ərzində geri qaytarmalıdır.
Lakin Elektron Ticarət Qanunu müəyyən müqavilə kateqoriyalarını müəyyən edir ki, həmin hallarda alıcının müqavilədən imtina hüququ olmur:
Bununla belə, satıcı (təchizatçı) bu müqavilələr üzrə də alıcı (sifarişçi) üçün müqavilədən imtina hüququ nəzərdə tuta bilər.
Tərəflər arasında başqa hal razılaşdırılmadıqda, sifariş alıcı (sifarişçi) tərəfindən təqdim edildiyi tarixdən etibarən 30 gündən gec olmayaraq icra edilməlidir. Əgər satıcı (təchizatçı) sifariş edilmiş malları (işləri, xidmətləri) onların olmaması səbəbindən təqdim edə bilmirsə, bu barədə alıcını (sifarişçini) məlumatlandırmalı və ödənilmiş məbləği 7 gün ərzində geri qaytarmalıdır. Malların və xidmətlərin təqdim edilməsi əlavə xərclər tələb etdikdə, alıcının (sifarişçinin) sifarişi olmadan həmin malların və xidmətlərin təqdim edilməsi qadağandır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən qəbul edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları (2014) məsafədən satışla bağlı daha xüsusi tənzimləmə müəyyən edir. Həmin Qaydaların 17-ci maddəsi məsafədən və ya nümunələr üzrə malların satışının təşkili qaydalarını tənzimləyir ki, bu da internet vasitəsilə malların satışına və bu məqsədlə fəaliyyət göstərən internet platformalarına tətbiq olunur.
Bu Qaydalara əsasən, pərakəndə alqı-satqı müqaviləsi satıcının təklif etdiyi malların nümunəsi ilə (o cümlədən malların təsviri, buklet, kataloq və s.) istehlakçının tanış olması əsasında bağlana bilər.
Nümunələr üzrə malların alqı-satqısı müqaviləsi (məsafədən satış) malların alınması məqsədilə poçt, teleqraf, teletayp, telefon, elektron və ya digər rabitə vasitələri ilə tərəflərin birbaşa iradə ifadəsi əsasında bağlana bilər.
Qaydalara əsasən, nümunələr üzrə malların alqı-satqısı müqaviləsində aşağıdakılar göstərilməlidir:
Belə qaydada malların satışı müqaviləsi istehlakçıya satış yerində ödənişi təsdiq edən kassa qəbzi, əmtəə qəbzi və ya digər sənəd təqdim edildiyi andan və ya istehlakçının hər hansı rabitə vasitəsi ilə satıcının təklif etdiyi şərtlərlə malları almaq niyyətini bildirdiyi andan bağlanmış hesab edilir.
Elektron Ticarət Qanunu biznesin təşviqi və satışların artırılması məqsədilə reklam xarakterli bildirişlərdən istifadəyə icazə verir. Bununla belə, satıcılar (təchizatçılar) həmin bildirişlərdən istifadə edərkən müəyyən tələblərə riayət etməlidirlər:
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Reklam Qanunu”) reklamın sifarişi, hazırlanması, yayımı və istehlakını tənzimləyir və Azərbaycan istehlakçılarına yönəlmiş rəqəmsal platforma reklamlarına da şamil olunur.
Reklam istehlakçıların malları seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq yaratmamalı və rəqib tərəfindən istehsal edilən eyni və ya əvəzedici malların bazar nüfuzuna xələl gətirməməlidir. Reklam Azərbaycan dilində təqdim edilməlidir və reklamda xarici dildə mətn istifadə olunduqda, həmin mətn Azərbaycan dilində olan mətndən sonra yerləşdirilməlidir. Reklamda yalnız Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş ölçü vahidlərindən istifadə edilməli və malların qiyməti Azərbaycan Respublikasının milli valyutası ilə göstərilməlidir.
İstehsalı (satışı) üçün məcburi lisenziya və ya sertifikat tələb olunan malların reklamı yalnız müvafiq təsdiqedici sənədlər olduqda mümkündür. Bu halda reklamda lisenziyanın və/və ya sertifikatın nömrəsi, verilmə tarixi və onu vermiş orqanın adı göstərilməlidir.
Reklamın məzmunu ilə bağlı bir sıra qadağalar da mövcuddur. Reklam dövlət əleyhinə açıq çağırışları, xəyanəti, terrorizmi, zorakılığı, təcavüzü, milli-mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi baxışlarına, ictimai təhlükəsizliyə və ətraf mühitə zərər vura biləcək hərəkətləri təşviq etməməlidir. Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrif edilməsinə, etik normalara zidd hallara reklamda yol verilməməlidir. Bundan əlavə, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının reklamına icazə verilmir.
Məsafədən satış üsulu ilə satılan malların reklamı ilə bağlı Reklam Qanunu əlavə tələblər də müəyyən edir. Belə ki, həmin reklamda satıcı haqqında aşağıdakı məlumatlar göstərilməlidir:
Azərbaycanda elektron ticarətin hüquqi çərçivəsinin mühüm elementlərindən biri də istehlakçı hüquqlarının müdafiəsidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “İstehlakçıların hüquqları Qanunu”) əsasən istehlakçılara müəyyən hüquq və təminatlar verilir.
Satıcı (istehsalçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və istehsalçının (icraçının) mallar (işlər, xidmətlər) barədə təqdim etdiyi məlumatlara uyğun olan mallar təqdim etməlidir. İstehsalçı normativ sənəddə nəzərdə tutulmuş istifadə müddəti ərzində və ya istehlakçı ilə bağlanmış müqavilə əsasında, belə müddət müəyyən edilmədikdə isə 10 il ərzində mallardan təyinatı üzrə istifadəyə təminat verməlidir.
İstehlakçı zəmanət müddəti ərzində malda qüsur və ya saxtakarlıq aşkar etdikdə, satıcıdan aşağıdakıları tələb edə bilər:
İstehlakçının malın dəyişdirilməsi barədə tələbi mal mövcud olduqda dərhal, keyfiyyətin yoxlanılması tələb olunduqda isə müraciət edildiyi andan 14 gün ərzində və ya tərəflərin razılaşdırdığı müddətdə yerinə yetirilməlidir.
İstehsal olunmuş malların istehsal nişanı, əmtəə nişanı və ya coğrafi göstəricisi olmalıdır. İstehsal nişanı istehsalçının adı, mənsubiyyəti, yerləşdiyi yer və standartların (normativ sənədlərin) nişanı barədə məlumatları əks etdirməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən istehsal edilmiş malların etiketi olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı və zəruri hallarda sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar üçün isə dövlət standartlarının nömrəsi göstərilməlidir.
Lazımi keyfiyyətdə olan qeyri-ərzaq malları forma, ölçü, fason, rəng və ya digər səbəblərə görə istehlakçıya uyğun gəlmədikdə, istehlakçı həmin malları alındığı yerdə uyğun mallarla dəyişdirmək hüququna malikdir. İstehlakçı bu hüquqdan yalnız mallar istifadə edilmədikdə və onların xarici görnüşü, istehlak xüsusiyyətləri, möhürü, etiketi, habelə mallarla birlikdə təqdim olunmuş kassa qəbzi və ya digər sənədlər saxlanıldıqda istifadə edə bilər.
Azərbaycanda elektron ticarətin hüquqi çərçivəsi istehlakçıların müdafiəsi prinsiplərinə əsaslanır və istehlakçılara aşağıdakı hüquqları verir:
Azərbaycanda elektron ticarətə xüsusi olaraq yönəlmiş ayrıca fərdi məlumatların qorunması qaydaları mövcud deyildir. Bununla belə, məlumatların tənzimlənməsi və qorunması ilə bağlı ümumi qanunvericilik aktları, xüsusilə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu elektron ticarət əməliyyatlarına da tətbiq olunur.
Fərdi məlumatların qorunmasının əsas prinsipi şəxslərin (məlumat subyektlərinin) razılığıdır və həmin razılıq yoxlanıla bilən qaydada əldə edilməlidir. Qanunla məlumatların məcburi toplanması, saxlanılması və ya qeydiyyatı tələb edildiyi hallarda isə belə razılığın alınması tələb olunmur. Məsələn, hotellər və yerləşdirmə vasitələri turistləri dövlət reyestrində qeydiyyata almalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2023-cü il tarixli 86 nömrəli Qərarı ilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq “Hotellərdə və digər yerləşdirmə vasitələrində yerləşən şəxslərin elektron qeydiyyatı Qaydaları” təsdiq edilmişdir.
Həmin Qaydalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən idarə olunan Qonaqların Qeydiyyatı Proqramı vasitəsilə mərkəzləşdirilmiş rəqəmsal qeydiyyat mexanizmini tətbiq edir və yerləşdirmə vasitələrində təyin olunmuş məsul şəxslərin qonaqların qeydiyyata alınması zamanı onların məlumatlarını daxil etməsini və yoxlamasını, çıxış zamanı isə həmin məlumatları yeniləməsini tələb edir. Qaydalar “Fərdi məlumatlar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarına riayət edilməsini xüsusi vurğulayır və bununla yerləşdirmə vasitələri, dövlət orqanları və toplanmış məlumatlara çıxışı olan digər şəxslər üçün məxfilik və məlumatların qorunması öhdəlikləri müəyyən edir.
Azərbaycanda elektron ticarətin hüquqi tənzimlənməsi baxımından vergi öhdəlikləri hər zaman əsas məsələlərdən biri hesab olunur.
İstehlakçıların Azərbaycandan olduğu hallarda onlayn bizneslərə hansı hallarda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq olunmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə ilk növbədə söhbətin hansı vergi növündən getdiyi dəqiqləşdirilməlidir, çünki Azərbaycanda elektron ticarətin vergiyə cəlb edilməsi müxtəlif hallarda müxtəlif vergi öhdəliklərini nəzərdə tuta bilər.
Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan və kommersiya məqsədləri üçün elektron ticarət vasitəsilə malların satışını, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini həyata keçirən qeyri-rezident şəxslər həmin fəaliyyətlər üzrə əlavə dəyər vergisinin (ƏDV) ödəyicisi hesab olunurlar.
Belə qeyri-rezident şəxslər Azərbaycan Respublikasında ƏDV qeydiyyatı ilə və ya ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərə bilərlər.
Qeyri-rezident ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdikdə, vergitutma Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun həyata keçirilir.
Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda hotel xidmətlərinin və aviabiletlərin bronlaşdırılması ilə bağlı xidmətlər istisna olmaqla, ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən qeyri-rezident tərəfindən elektron ticarət formasında işlərin və xidmətlərin təqdim edilməsi Azərbaycan Respublikasında ƏDV-yə cəlb olunur. ƏDV qeydiyyatı olmayan qeyri-rezidentdən malların alınması zamanı isə ƏDV yalnız malların alıcı tərəfindən idxalı zamanı tutulur.
Yuxarıda qeyd edilən hallarda, ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş hər hansı şəxs ƏDV-nin tutulmasına cavabdeh olan vergi agenti hesab edilir. Elektron ticarət vasitəsilə təqdim edilən işlərin və xidmətlərin alıcısı vergi orqanlarında qeydiyyatda olmayan şəxs olduqda, yerli ödəniş xidməti təchizatçıları və ya Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ödəniş xidməti təchizatçılarının filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına dövlət büdcəsinə ödənilməlidir.
Digər tərəfdən, vergi agenti ƏDV qeydiyyatında olduqda, hesablanmış vergi əməliyyatın həyata keçirildiyi ay üzrə ƏDV bəyannaməsi təqdim edilərkən ödənilməlidir.
Vergi tutulan əməliyyatın vaxtı ödənişin həyata keçirildiyi an hesab olunur.
Vergi Məcəlləsinin 169-cu maddəsində qeyd edilən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentlər ƏDV məqsədləri üçün qeydiyyatdan keçdikləri hallarda, həmin maddənin müddəaları onlara tətbiq edilmir və qeydiyyatdan keçmiş qeyri-rezidentlər ƏDV-ni ümumi qaydada ödəyirlər.
Ümumi qaydaya əsasən, malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi sahibkarlıq məqsədləri üçün yalnız Azərbaycan Respublikasının ərazisində həyata keçirildiyi hallarda ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat hesab olunur.
ƏDV məqsədləri üçün malların təqdim edilməsi malların çatdırıldığı yerdə həyata keçirilmiş hesab olunur. Malların göndərilməsi və ya daşınması nəzərdə tutulduqda, təqdim edilmə yeri malların göndərilməsinin və ya daşınmasının başlandığı yer hesab edilir.
Lakin təchizatçı malları quraşdırdıqda və ya yığdıqda, təqdim edilmə yeri həmin malların quraşdırıldığı və ya yığıldığı yer hesab olunur.
İşlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, elektron ticarət satıcıları (təchizatçıları) tərəfindən işlər və xidmətlər təqdim edildikdə, habelə elektron qaydada təşkil olunan lotereyalar (o cümlədən virtual lotereyalar), idman mərc oyunları, digər yarış və müsabiqələr keçirildikdə, işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer alıcının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab edilir. Əgər alıcının daimi nümayəndəliyi mövcuddursa və təqdim olunan işlər və xidmətlər həmin daimi nümayəndəliklə birbaşa bağlıdırsa, xidmətin göstərildiyi yer kimi həmin daimi nümayəndəliyin yerləşdiyi yer qəbul edilir.
Beləliklə, ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisində elektron ticarət vasitəsilə mallar təqdim edən və ya Azərbaycan Respublikasında yerləşən müştərilərə işlər və xidmətlər göstərən qeyri-rezidentlər ümumi ƏDV qaydalarına uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablamağa və ödəməyə borcludurlar.
Elektron ticarətdən gəlir əldə edən qeyri-rezidentlər üçün rezidentlərə tətbiq olunan qeydiyyat sistemindən fərqli ayrıca qeydiyyat proseduru nəzərdə tutulmuşdur. Bu, Azərbaycanda elektron ticarətin vergiyə cəlb edilməsi sahəsində yeni tətbiq olunan mexanizmdir və Azərbaycanda hüquqi mövcudluğu (və buna görə də VÖEN-i) olmayan qeyri-rezidentlərə yönəlmişdir.
Belə qeyri-rezidentlərin qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydaları”na (bundan sonra “Elektron vergi qeydiyyatı Qaydaları”) uyğun olaraq həyata keçirilir.
Elektron vergi qeydiyyatı Qaydaları Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlərə tətbiq edilmir (Qaydaların 1.2-ci bəndi). Bundan əlavə, həmin Qaydalar yalnız elektron ticarətdə satıcı (təchizatçı) qismində çıxış edən qeyri-rezidentlərə şamil edilir (Qaydaların 1.4-cü bəndi).
Aşağıdakı hallardan hər hansı biri mövcud olduqda, qeyri-rezident vergi bəyannaməsi təqdim etməlidir:
Elektron vergi qeydiyyatı Qaydalarının 1.3-cü bəndinə əsasən, elektron ticarəti həyata keçirən qeyri-rezidentlər ƏDV məqsədləri üçün vergi orqanlarında elektron qaydada qeydiyyata alınırlar. Qeyri-rezidentin Azərbaycan Respublikasında ƏDV qeydiyyatı vergi uçotuna alındığı tarixdən qüvvəyə minir. Qeyri-rezident Azərbaycan Respublikasında vergi orqanlarında qeydiyyata alınmış şəxs kimi fəaliyyətə başladığı tarixdən etibarən Platforma vasitəsilə ƏDV bəyannaməsi təqdim etməli və ƏDV-ni dövlət büdcəsinə ödəməlidir.
Vergi qeydiyyatı məqsədilə qeyri-rezident Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi çərçivəsində yaradılmış Elektron Ticarətin Vergi İnzibatçılığı Platforması (Platforma) vasitəsilə aşağıdakı məlumatları və sənədləri təqdim etməlidir.
Qeyri-rezident vergi məqsədləri üçün qeydiyyata alınarkən Platformaya aşağıdakı məlumatlar daxil edilir (Qaydaların 2.7-ci bəndi):
Bu bənddə göstərilən məlumatlarda dəyişiklik baş verdikdə, vergi ödəyicisi 20 iş günü ərzində vergi orqanını məlumatlandırmalıdır.
Bundan əlavə, aşağıdakı təsdiqedici sənədlərin elektron surətləri Platforma vasitəsilə əlavə olunur (Qaydaların 2.8-ci bəndi):
Elektron vergi qeydiyyatı Qaydaları həmçinin vergi qeydiyyatından imtina əsaslarını da müəyyən edir. Belə ki:
Qeyri-rezident Platformaya daxil edilmiş məlumata uyğun seçilmiş valyutada (Azərbaycan manatı, ABŞ dolları, avro və ya funt sterlinq) vergi ödəmək hüququna malikdir. Xarici valyutada edilən ödənişlər ödənişin həyata keçirildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatına çevrilir.
Qeyri-rezident aşağıdakı hallarda uçotdan çıxarılır:
Qeyri-rezidentin fəaliyyəti dayandırıldığı hallar istisna olmaqla, digər əsaslarla uçotdan çıxarılmış qeyri-rezident əvvəlki öhdəliklərini yerinə yetirdikdən sonra eyni qaydada yenidən qeydiyyata alına bilər.
Qeyd edilməlidir ki, Azərbaycanda elektron ticarətin hüquqi çərçivəsi hələ də inkişaf mərhələsindədir və bu sahə üzrə ətraflı məhkəmə təcrübəsi formalaşmamışdır.
Elektron ticarətin təşkili, məsafədən satış, istehlakçı hüquqlarının müdafiəsi, məlumatların qorunması və məxfilik hüquqları, reklam və elektron ticarətin vergiyə cəlb edilməsi kimi müxtəlif aspektləri tənzimləyən xüsusi qanunlarla yanaşı, ümumi Mülki Məcəllə çərçivəsi də tətbiq olunur.
Belə qayda və tələblər elektron ticarətin və onlayn satışların konkret elementlərinə tətbiq edilir və onların pozulması sanksiyalar və gecikmə faizləri ilə müşayiət olunan vergi öhdəliklərinə, yüksək məbləğli inzibati cərimələrə, eləcə də istehlakçılar, istehlakçı təşkilatları və inzibati orqanlar tərəfindən irəli sürülə biləcək tələblərə səbəb ola bilər.
İnzibati məsuliyyət həm “qanunvericiliyin pozulması” kimi geniş xarakterli hüquqpozmaları, həm də konkret qanun üzrə müəyyən öhdəliyin pozulmasına görə nəzərdə tutulmuş daha spesifik inzibati xətaları əhatə edə bilər.
Bəzi pozuntular vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və istehlakçıların aldadılması kimi cinayət məsuliyyəti də yarada bilər.
Bu nəşrdə yer alan heç bir məlumat hüquqi rəy və ya hüquqi məsləhət kimi qiymətləndirilməməlidir. Peşəkar hüquqi dəstək üçün bizimlə əlaqə saxlaya bilərsiniz: [email protected]; +994 50 289 89 73
Avropa Birliyinin yeni qaydaları Azərbaycan şirkətlərinə da şamil olunacaqdır
Azərbaycanda işçilərdən tutulan gəlir vergisi və məcburi sosial sığorta ödənişləri
Konstitusiya Məhkəməsinin Plenumu kredit və ipoteka ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirm...
Yasamal Rayon Məhkəməsində xarici valyutada aparılan əməliyyatlar üzrə məhkəmə işləri üzrə səmər...