Vergi Hüququ kitabı ön satışda!
Vergi Hüququ kitabı ön satışda!

 

Yeni Vergi Hüququ kitabı ön-satışda!

 

Mart 2024: YENİLƏNMƏ: Fərid Nəbilinin "Vergi Hüququ" Kitabının qiyməti 2024-cü il Mart ayından etibarən 49 AZN-dir. Kitabı əldə etmək üçün [email protected] maili ilə və ya +994 51 360 93 39 nömrəsi ilə əlaqə saxlayın.

 

Caspian Legal Center hüquq şirkətinin idarəedici partnyoru Fərid Nəbilinin müəllifi olduğu "Vergi hüququ" kitabının ön satışa çıxarıldığını bəyan edirik!  

Kitabın ön sözünün müəllifi, vergi hüququ sahəsində tanınmış mütəxəssis Victor Thuronji ilə məsləhətləşmə nəticəsində Kitabın strukturu və əhatə etdiyi mövzular müasir vergi hüququ üslubunda yazılmışdır. Qeyd edək ki, cənab Thuronji vergi hüququ üzrə ABŞ-li beynəlxalq mütəxəssis, bu sahədə çoxsaylı kitabların müəllifi, xüsusilə muqayisəli vergi hüququ üzrə ixtisaslaşmış, həmçinin uzun müddət ərzində IMF-in Vergi üzrə Baş Hüquq Müşaviri və Azərbaycan Vergi Məcəlləsinin əsaslandığı "Tax Code of Taxastan" layihəsinin rəhbəri olmuşdur.

Qeyd edək ki, Fərid Nəbili Bakı Dövlət Universiteti (hüquq, bakalavr, 2007) Mərkəzi Avropa Universitetinin (müqayisəli hüquq, magistr, 2008) məzunu, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmaqla bərabər, Beynəlxalq Vəkillər Assosiasiyasıının Vergi Komitəsinin üzvü və Azərbaycan üzrə Vergi Reportyorudur. Müəllifin hüquq tədrisi sahəsində təcrübəsi, həmçinin transmilli korporasiyalarla vergi və korporativ hüquq işi sahəsində əməkdaşlıq təcrübəsi kitabı akademik və praktik cəhətdən zənginləşdirmişdir. 

Xüsusilə vergi hüququ sahəsində dərslik məqsədilə, son 3 ildə yazılmış Kitabın həcmi təqr. 600 səhifə olmaqla bərabər, ən son trendləri və bu sahədə aparıcı nəzəri mövzuları, xarici dövlətlərin müqayisəli təcrübəsini və Azərbaycan vergi hüququnun ən zəruri mövzularını əhatə edir (vergi və vergi hüququnun mahiyyəti, gəlirin konsepti və strukturu, hüquqi və fiziki şəxslərin rezidentliyi və ikili rezidentlik problemləri, mənfəətin, dividendin və əmək gəlirlərinin vergiyə cəlb edilməsi, hüquqi şəxsin yenidən təşkilinin və ləğvinin vergi aspektləri, ikiqat vergitutma sazişlərinin şərhi, beynəlxalq vergi əməkdaşlığı trendləri, vergidən yayınma sxemləri və onların hüquqi aspektləri və s.). Beynəlxalq müqayisəli təcrübənin izah edilməsi zamanı 300-ədək mənbədən, o cümlədən kitab, jurnal və rəsmi sənədlərdən istifadə edilmişdir. Kitabın mündəricatı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz. 

Sadə üslubda yazılmış Kitabda praktiki məqamlara üstünlük verilməklə yanaşı, 100-ə qədər xarici və yerli məhkəmə təcrübəsi təhlil edilmişdir.  

Kitab hüquqşünas, mühasib, vergi məsləhətçisi, bu sahələrdə təhsil alan tələbələr, həmçinin maliyyə və vergi sahəsində çalışan dövlət və ictimai qurumların mütəxəssisləri üçün tövsiyə edilir. 

Vergi hüququ kitabı dərslik kimi istifadəsi xüsusilə tövsiyə olunur. Fərid Nəbilinin "Vergi hüququ" kitabı hüquq sahəsində təhsil alan tələbələr üçün müasir vergi hüququ barədə tam və hərtərəfli vergi hüququ dərsliyi və dərs vəsaiti kimi çıxış edir. 

Kitabın standart qiyməti 120 AZN-dir. Kitab ön-satış müddətində sifariş verən şəxslərə (15 Noyabr 2023-cü ilədək) endirim tətbiq edilməklə, Bakı şəhərində çatdırılma daxil 89 AZN qiymətinə satılır.

Kitabı alan şəxslərə kitaba növbəti illərdə ediləcək yeniliklər və əlavə fəsillər elektron şəkildə ödənişsiz göndəriləcəkdir. Kitabın girişində bunun qaydası izah edilmişdir. 

 

Mart 2024: YENİLƏNMƏ: Fərid Nəbilinin "Vergi Hüququ" Kitabının qiyməti 2024-cü il Mart ayından etibarən 49 AZN-dir. Kitabı əldə etmək üçün [email protected] maili ilə və ya +994 51 360 93 39 nömrəsi ilə əlaqə saxlayın.

 

Kitabı əldə etmək üçün [email protected] maili ilə və ya +994 51 360 93 39 nömrəsi ilə əlaqə saxlayın.

Qeyd: Tanış olmaq üçün kitabın nümunə fəsilləri elektron qaydada (pdf fayl) istənilən şəxsə ödənişsiz göndərilir. Bunun üçün yuxarıdakı əlaqə vasitələrimizə email (email adı: “Vergi Hüququ. Ad/Soyad. Mobil nömrə” formatında) və ya WhatsApp ilə yazmağınız kifayət edir.