Əcnəbilərin Azərbaycana giriş-çıxışı ilə bağlı qaydalar optimallaşdırılmışdır
Əcnəbilərin Azərbaycana giriş-çıxışı ilə bağlı qaydalar optimallaşdırılmışdır

Əcnəbilərin Azərbaycana giriş-çıxışı ilə bağlı qaydalar optimallaşdırılmışdır

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin əcnəbilərin ölkəyə girişi, qeydiyyatı və girişinə qadağa qoyulması ilə bağlı müddəalarına dəyişiklik edilmişdir.

Dəyişikliklər 3 əsas istiqamətdədir:

1. Azərbaycan ərazisinə gəlmiş şəxslərin qeydiyyata alınmadan qalma müddəti

2. Əcnəbilərin ölkəyə girişinə qoyulan qadağa

3. İnzibati cərimənin ödənilməməsinə görə dəbbə pulu müəyyən edilməsi

1-ci dəyişikliyə əsasən, əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində 10 gündən artıq qaldıqda olduqları yer üzrə qeydiyyata alınmalı idilərsə, hazırda bu müddət 15 günə qaldırılmışdır. Yəni, 15 günədək müddət ərzində Azərbaycan ərazisində olduğu yer üzrə qeydiyyata alınmadan qalına bilər.

2-ci dəyişikliyə görə, şəxsin ölkəyə girişinə qoyulan qadağa sadələşdirilmişdir. Belə ki, dəyişikliklərdən əvvəl şəxs Azərbaycan Respublikasında olma və yaşama qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunur və ölkəyə girişinə 5 ilədək müddətə qadağa qoyulurdu. Bu halda həmin şəxs cəriməni ödəsə belə qadağa müddəti bitənədək ölkəyə daxil ola bilmirdi. Lakin hazırda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs həmin cəriməni ödədikdə ölkəyə girişlə bağlı qadağa dərhal götürülür.

3-cü dəyişikliyin məzmunu isə inzibati cərimənin ödənilməməsinə görə dəbbə pulunun müəyyən edilməsindən ibarətdir. Belə ki, inzibati cərimə təyin edilmiş şəxs cərimənin qüvvəyə mindiyi gündən etibarən 30 gün ərzində cəriməni ödəməzsə, ödəmədiyi müddət üçün dəbbə pulu hesablanır. Dəbbə pulunun məbləği inzibati cərimənin ödənilmədiyi hər gün üçün cərimə məbləğinin 1 faizi miqdarındadır. Qeyd edilməlidir ki, dəbbə pulu 30 gündən sonrakı 2 ay üçün tətbiq edilir. Yəni, inzibati cərimənin qüvvəyə mindiyi gündən maksimum 90 gün sonra dəbbə pulunun hesablanması dayanır.

Ümumilikdə, dəyişikliklər miqrasiya qanunvericiliyinin sadələşdirilməsi və ölkəyə giriş-çıxış və qalma məsələlərinin təkmilləşdirilməsi yönündədir.

Oxşar Yazılar

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...

Feb 20, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026
Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...

May 27, 2026
Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026