Lizinq müqavilәlәrindә risklәrin idarә olunması: Ali Məhkəmənin yeni qərarı
Ali Mәhkәmə lizinq münasibәtlәrinә dair hüquqi mövqeyini ortaya qoyaraq, bu institutun mahiyyәti vә risklәrin bölüşdürülmәsi mәsәlәsinә yeni baxış gәtirmişdir. Məhkəmə bu yanaşmanı İkinci Qarabağ müharibəsi zamanı məhv olmuş lizinq obyekti üzrə risk daşıyıcısı tərəfin müəyyən olunması ilə bağlı işində irəli sürmüşdür.

Ali Mәhkәmə lizinq münasibәtlәrinә dair hüquqi mövqeyini ortaya qoyaraq, bu institutun mahiyyәti vә risklәrin bölüşdürülmәsi mәsәlәsinә yeni baxış gәtirmişdir. Məhkəmə bu yanaşmanı İkinci Qarabağ müharibəsi zamanı məhv olmuş lizinq obyekti üzrə risk daşıyıcısı tərəfin müəyyən olunması ilə bağlı işində irəli sürmüşdür.

Lizinq müqavilәlәrindә risklәrin idarә olunması: Ali Məhkəmənin yeni qərarı

Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi lizinq münasibәtlәrinә dair hüquqi mövqeyini ortaya qoyaraq, bu institutun mahiyyәti vә risklәrin bölüşdürülmәsi mәsәlәsinә yeni baxış gәtirmişdir. Məhkəmə bu yanaşmanı İkinci Qarabağ müharibəsi zamanı məhv olmuş lizinq obyekti üzrə risk daşıyıcısı tərəfin müəyyən olunması ilə bağlı işində irəli sürmüşdür.

Lizinq alanın müharibənin fors-major hal olması və belə hal nəticəsində məhv olan lizinq obyekti üzrə ödənişlərin ondan tələb edilməsinin hüquqa zidd olduğunu iddia etsə də, ilk instansiya məhkəməsi onun bu mövqeyi ilə razılaşmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə ilk instansiya məhkəməsindən fәrqli mövqe tutaraq qeyd etmişdir ki, fövqәladә hallarda, xüsusilә dә müharibә şәraitindә lizinq alanın risklәri idarә etmәk imkanı mövcud deyil vә bu sәbәbdәn onun mәsuliyyәt daşıması әdalәtsiz olardı.

Ali Mәhkәmә Kommersiya kollegiyası da apellyasiya instansiyasının bu mövqeyini təsdiq etmişdir. Kollegiyanın әsaslandırmasında önә çәkilәn әsas tezis budur ki, Mülki Mәcәllәnin 448.1, 448.4 vә 748.7.1-ci maddәlәrinin sistemli tәhlili, lizinq alanın yalnız idarә edә bildiyi risklәrә görә məsuliyyət daşıdığını göstәrir. Әgәr hadisә lizinq alanın iradәsindәn vә nәzarәt imkanlarından kәnarda , mәsәlәn müharibә vә ya digәr fövqәladә hallar nәticәsindәbaş veribsə, lizinq alan öhdәliyin pozulmasında tәqsirli sayıla bilmәz.

Bununla əlaqədar olaraq məhkəmənin gəldiyi digər nəticə isə mәhv olmuş vә ya yararsız hala düşmüş әmlak üçün lizinq ödәnişlәrinin tәlәb olunması Mülki Mәcәllәnin 748.10.1-ci maddәsinә vә ümumilikdә lizinq münasibәtlәrinin mahiyyәtinә zidd olması ilə bağlıdır. Lizinq müqavilәsi iqtisadi mәnada sahibkarlıq fәaliyyәtini dәstәklәyәn alәt olmaqla, tәrәflәrin maraqlarını balanslaşdırmalı vә risklәrin әdalәtli bölgüsünü tәmin etmәlidir. Risklәrin tam şәkildә lizinq alanın üzәrinә yüklәnmәsi isә nә qanunun ruhuna, nә dә әdalәt prinsiplәrinә uyğun ola bilәr.

Qәrarın digər әhәmiyyәtli tәrәfi isə Ali Mәhkәmәnin lizinq predmetinin sığortalanmasına münasibәti ilә bağlıdır. Kollegiya vurğulamışdır ki, lizinq obyektinin sığortalanmasının yalnız lizinq alanın müraciəti əsasında həyata keçirməklə şərtləndirilməsi lizinq institutunun təbiətinə uyğun deyildir. Belə ki, lizinq әmlakı faktiki istifadә üçün lizinq alanın ixtiyarında olsa da, hüquqi mülkiyyәt lizinq verәndә qalır vә iqtisadi fayda, o cümlәdәn sığorta ödәnişi dә mәhz mülkiyyәtçi olaraq lizinq verənə çatır.

Belәliklә, Ali Mәhkәmәnin bu qәrarı tәkcә konkret iş üzrә deyil, bütövlükdә hüquqi təcrübədə lizinq münasibәtlәrinә yanaşmada dönüş nöqtәsi sayıla bilәr. Qәrara əsasən Mülki Məcəllə lizinq alanın məsuliyyətini yalnız idarә edә bilәcәyi risklәrә münasibətdə müəyyən edir vә fors-major hallara görə məsuliyyətin avtomatik olaraq onun üzәrinә qoyulması yolverilmәzdir.

Oxşar Yazılar

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin a...

May 13, 2026
Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...

Aug 04, 2026
Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...

Feb 20, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026