Bəzi malların ƏDV və aksiz dərəcələri dəyişdirilmişdir
Bəzi malların ƏDV və aksiz dərəcələri dəyişdirilmişdir

Bəzi malların ƏDV və aksiz dərəcələri dəyişdirilmişdir

Bəzi malların ƏDV və aksiz dərəcələri dəyişdirilmişdir

 

Azərbaycan   Respublikasının   Prezidenti   tərəfindən   imzalanmış   və 09.03.2021-ci   il   tarixində   qüvvəyə   minmiş   Azərbaycan   Respublikasının   Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa görə: külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışından, qızıldan və gümüşdən   hazırlanan   zərgərlik   məmulatlarının   istehsalı   və   emalı   işlərinin görülməsi   məqsədilə   Azərbaycan   Respublikasının   İqtisadiyyat   Nazirliyinin təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalından –2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaqdır. Bundan   başqa,   bu   Qanuna   görə   idxal   olunan   platin,   qızıl   və   onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilir.

Həmin Qanuna əsasən 09.03.2021-ci il tarixindən başlayaraq istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları aksizli mallara aid edilmişdir. İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər üçün hər kiloqramına 30 manat aksiz, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə 12,9 manat aksiz tətbiq edilmişdir.

Bundan başqa bəzi malların tətbiq olunan aksizlər artırılmışdır. Belə ki, siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcəsi 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlərin və onun əvəzedicilərinin 1000 ədədinə aksiz dərəcəsi 31 manatdan 35 manata, elektron siqaretlər üçün mayenin hər litrinə aksiz dərəcəsi 20 manatdan 100 manata artırılmışdır. İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlərə və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.

Oxşar Yazılar

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişi...

Sep 18, 2026
Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Bazar təmərküzləşməsi üzrə yeni qaydalar qəbul edilmişdir

Yeni qəbul edilmiş "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası...

Sep 30, 2026
Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...

Aug 04, 2026
Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026
Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Sosial şəbəkə platformalarının hüquqi tənzimlənməsi (2026 qanunvericilk dəyişiklikləri)

Təklif olunan qanun dəyişikliklərinə əsasən, sosial şəbəkə platformalarının provayderləri Azərbay...

Jul 16, 2026