Ölkələrarası hesabatın (CbCR) verilməsi üçün yeni portal
Məlum olduğu kimi, 1 yanvar 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasında Ölkələrarası Hesabatların (ÖBCR) verilməsi qaydaları təsdiq edilmişdir.
Bu hesabat forması, maliyyə ilə ərzində ümumi gəlirləri 750 milyon avrodan çox olan və transmilli şirkətlər qrupuna daxil olan müəssisələr üçün rezident olan əsas və ya müvəkkil şirkət tərəfindən təqdim edilir.
Qaydalara əsasən, hesabat ilinin 30 iyun tarixinədək, müvəkkil müəssisə tərəfindən həmin hesabatın bildirişi, transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonunadək isə Ölkələrarası hesabatın özü verilməlidir.
Yeniliklə, Ölkələrarası Hesabatın verilməsi üçün yeni portal- https://cbcr.tmfi.gov.az/login istifadəyə verilmişdir.Bundan sonra istifadəçilər asan imza vasitəsilə həmin portala daxil olaraq istifadəçi təlimatı ilə tanış ola və hesabat formasını onlayn göndərə bilərlər.
Vergi dəstəyi üçün bizimlə 050 289 89 73 və [email protected] vasitəsilə əlaqə saxlaya bilərsiniz.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...
Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...
“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətin...
Yeni qəbul edilmiş "Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası...
Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...