Vergi qanunvericiliyi elektron portalı | Taxreview.az
Vergi qanunvericiliyi elektron portalımız olan Taxreview.az istifadəyə verilmişdir. Portalın məqsədi vergi qanunvericiliyinin rəsmi izahı, məhkəmə qərarları, xəbər və məqalələr üzrə vahid elektron portal - kitabxana funksiyası yerinə yetirməkdir.

Vergi qanunvericiliyi elektron portalımız olan Taxreview.az istifadəyə verilmişdir. Portalın məqsədi vergi qanunvericiliyinin rəsmi izahı, məhkəmə qərarları, xəbər və məqalələr üzrə vahid elektron portal - kitabxana funksiyası yerinə yetirməkdir.

Vergi qanunvericiliyi üzrə elektron portalımız | TaxReview.az

Vergi Məcəlləsinin rəsmi izahları | Vergi işləri üzrə məhkəmə qərarları | Vergi xəbərləri

Məmnuniyyət hissi ilə bildiririk ki, vergi üzrə ixtisaslaşmış portal -TaxReview.az xidməti istifadəyə verilmişdir!
 

Portalda vergi orqanının rəsmi izahları və vergi işləri üzrə məhkəmə təcrübəsi Vergi Məcəlləsinin fəsil və maddələri üzrə təsnifatlaşdırılmışdır. Vergitutmanı öyrənmək baxımından, həmçinin fikir ayrılığına səbəb ola bilən mövzulara dair rəsmi mövqenin və analoji məhkəmə qərarının olub-olmamasını öyrənmək üçün portalın faydalı olacağını düşünürük.
 

Vergi qanunvericiliyi elektron portalı olan TaxReview.az mühasiblər, vergi üzrə ixtisaslaşmaq istəyən hüquqşünaslar və vergi məsləhətçiləri, vergi planlaması ilə məşğul olan maliyyəçilər, habelə əlaqəli dövlət qurumlarının əməkdaşları üçün nəzərdə tutulmuşdur.
 

Portalın əsas məqsədi Azərbaycan vergi qanunvericiliyinin izahı, tətbiqi və təkmilləşdirilməsi istiqamətində vahid rəsmi mənbələrə əsaslanan elektron kitabxana funksiyasını yerinə yetirməkdir.
 

Vergi qanunvericiliyi elektron portalı qismində Taxreview.az vergi qanunvericiliyi üzrə aktual xəbərlərin, beynəlxalq yeniliklərin və xarici məhkəmələrdə vergi işləri üzrə əhəmiyyətli qərarların, təhlillərin, məqalələrin və vergi işləri üzrə Azərbaycan məhkəmə təcrübəsinin vahid məkanda toplanmasını təmin edir.
 

Caspian Legal Center komandasının vergi işləri üzrə mütəxəssislərinin uzunmüddətli araşdırmalarının və peşəkar ekspertizasının nəticəsi olanTaxReview.az, vergi maarifçiliyinin artırılmasına və tətbiqi təcrübənin inkişafına mühüm töhfə verməyi hədəfləyir.
Maarifləndirmə məqsədi daşıyan platforma geniş auditoriyaya açıq olmaqla yanaşı (məqalələr və xəbərlər bölməsi), istifadəçilərə daha əhatəli məzmun təqdim edən müxtəlif ödənişli abunəlik (rəsmi izahlar və məhkəmə təcrübəsi) paketləri də təqdim edir.


TaxReview.azportalının təqdim etdiyi xidmətlərlə əlaqədar daha ətraflı məlumat almaq üçün sayta daxil ola və ya aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:


+994 50 797 34 15
[email protected]

Oxşar Yazılar

Vergi hüququ kitabı artıq TaxReview.az portalında

Vergi hüququ kitabı artıq TaxReview.az portalında

TaxReview.az portalının “Kitablar” bölməsi artıq istifadəyə verilmişdir. Yeni bölmə vergi hüququn...

Apr 09, 2026
ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

ITR Europe Vergi Mükafatları: CLC 2026-cı ildə namizədlər sırasında

“Caspian Legal Center”in International Tax Review (ITR) Europe Tax Awards tərəfindən MDB regionu ...

Jul 29, 2026
“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Legal 500” Azərbaycan: CLC hüquq şirkətinin mövqeyi güclənir

“Caspian Legal Center (CLC)” bu nüfuzlu beynəlxalq reytinqdə mövqeyini daha da möhkəmləndirmişdir...

Apr 15, 2026
CLC Multilaw şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşulmuşdur

CLC Multilaw şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşulmuşdur

Caspian Legal Center Multilaw beynəlxalq hüquq firmaları şəbəkəsinə Azərbaycan üzrə üzv kimi qoşu...

Oct 02, 2026