İnvestisiya gəlirləri vergi azadolması uzadıldı
İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

İnvestisiya gəlirləri vergi azadolması uzadıldı

Vergi Məcəlləsinə 2022-ci ilin may ayında yeni dəyişikliklər paketi qəbul edildi. Qəbul edilmiş vergi dəyişiklikləri passiv investisiya gəlirlərinə tətbiq edilən vergidən azadolmanı uzatdı. Əvvəlki dövrdən fərqli olaraq, azadolma yalnız tənzimlənən bazarda baş verən belə gəlirlərə - yəni, birja vasitəsilə aparılan əməliyyatlara şamil ediləcəkdir.Dəyişikliklərlə bağlı diqqət cəlb edən ən əsas cəhət ondan ibarətdir ki, ödəmə mənbəyində faizlərdən tutulan vergilərlə bağlı edilən dəyişikliklərin tətbiq edilmə tarixi geriyə- 2022-ci ilin yanvarın 1-inə şamil olunmuşdur. Dəyişikliklər aşağıdakı məzmundadır:

Gəlir vergisindən azadolmalar və güzəştlər

Dəyişikliklərə əsasən, fiziki şəxslərə tətbiq olunan gəlir vergisindən azadolmaların və güzəştlərin tətbiq edildiyi gəlirlər siyahısına 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri də daxil ediləcəkdir. Azərbaycan Respublikasının “Qiymətli Kağızlar Bazarı haqqında” qanununa əsasən tənzimlənən bazar anlayışı altında Bakı Fond Birjasının daxili qaydalarına uyğun olaraq buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətlərinin alğı-satqısının aparıldığı, əsasən də fond birjası tərəfindən təşkil və idarə olunan sistem nəzərdə tutulur.

Ödəmə mənbəyində faizlərdən tutulan vergilər

Dəyişikliklərə görə, ödəmə mənbəyində faizlərdən tutulan verginin tətbiq olunduğu subyektlərin dairəsi dəyişmişdir. Belə ki, artıq rezident  fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə ödənilən faizlərdən Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla 10% dərəcə ilə vergi tutulacaqdır.

Bundan əlavə 123.3-cü maddədə ödəmə mənbəyində faizlərdən tutulan verginin məbləğinin azaldılmasını nəzərdə tutan müddəalar istiqraz üzrə ödənilən diskont və faiz gəlirlərinin hesablanma mexanizmini nəzərdə tutan yeni müddəa ilə əvəz olunmuşdur. Belə ki, istiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə hesablanacaqdır.

Oxşar Yazılar

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...

Feb 20, 2026
Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026