Azərbaycanda xüsusi icra məmurları sistemi tətbiq ediləcək
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 13 avqust 2025-ci il tarixində dərc edilmiş “Xüsusi İcra Məmurları haqqında” Qanun 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcəkdir. Azərbaycan tarixində ilk dəfə olaraq, xüsusi icra orqanlarının  məhkəmə icra sistemində iştirakı nəzərdə tutulur.

Azərbaycanda xüsusi icra məmurları sistemini tətbiq ediləcək

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 13 avqust 2025-ci il tarixində dərc edilmiş “Xüsusi İcra Məmurları haqqında” Qanun 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcəkdir. Azərbaycan tarixində ilk dəfə olaraq, xüsusi icra orqanlarının  məhkəmə icra sistemində iştirakı nəzərdə tutulur.

Xüsusi icra məmurları müsabiqə yolu ilə seçiləcəklər. Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə əsasında fəaliyyət göstərməklə, peşə məsuliyyətini əhatə edən sığortaya malik olmalıdır (miqdarı minimum əmək haqqının iki yüz dəfəsindən az olmamalıdır).

Aşağıda göstərilənlər istisna olmaqla, xüsusi icra məmurları bütün icra sənədlərinin icrasını həyata keçirə bilərlər:

  • məhkəmənin cinayət işləri üzrə hökmləri və digər yekun qərarları;
  • inzibati xəta haqqında iş üzrə qərarlar;
  • məhkəmənin inzibati mübahisələr üzrə qərarları;
  • mülki işlər və kommersiya mübahisələri üzrə dövlət orqanlarının, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəf olduqları məhkəmə qərarları;
  • yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülmə, yaşayış və ya qeyri-yaşayış sahəsindən (torpaq sahəsindən) çıxarılma barədə qərarlar (çıxarılmanın tələbin ipoteka predmetinə yönəldilməsinə dair icra sənədlərindən, yaxud əmlakın borc əvəzində tələbkara verilməsindən irəli gəldiyi hallar istisna olmaqla);
  • inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı qərarları (bələdiyyələr istisna olmaqla);
  • məişət zorakılığı ilə bağlı verilən mühafizə orderləri;
  • uşaqla ünsiyyət və uşağın qaytarılması tələbinə dair qərarlar;
  • məcburi müalicəyə dair xüsusi icraat qaydasında Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən qəbul edilmiş qərarlar.

İcra sənədi təqdim olunduğu tarixdən etibarən üç (3) il müddətində icraya yönəldilə bilər. Tələbkar istədiyi icraçını reyestrdən seçmək hüququna malikdir. Standart və əlavə icra haqqı məbləğ və meyarları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir.

Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət Ədliyyə Nazirliyi və Xüsusi İcra Məmurlarının Palatası tərəfindən həyata keçiriləcəkdir.

Gözlənilir ki, xüsusi icra məmurları dövlət icraçıları ilə müqayisədə daha sürətli və effektiv icra təmin edə biləcəklər. Qanun 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minir və müəyyən edilmiş müddətlər çərçivəsində tətbiq olunacaqdır. Altı ay müddətində Ədliyyə Nazirliyi xüsusi icra sisteminin Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tətbiq mərhələlərini təsdiqləməlidir.

Oxşar Yazılar

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Kibertəhlükəsizlik sahəsində məsuliyyət: İnzibati Xətalar Məcəlləsinə yenilik

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 02.09.2026-cı il tarixində edilmiş dəyişi...

Sep 18, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026
Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)

Maliyyə icarəsi haqqında Qanun: Yeni Qanun qəbul edilmişdir (2026)

“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu ilə maliyyə icarəsi fəaliyyətin...

Jul 08, 2026