Hüquqi şəxsin qeydiyyatı qaydalarında dəyişiklik edilmişdir
Hüquqi şəxsin qeydiyyatı qaydalarında dəyişiklik edilmişdir

Hüquqi şəxsin qeydiyyatı qaydalarında dəyişiklik edilmişdir

04 dekabr 2018-ci il tarixində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra: Qanun) dəyişiklik edilmişdir.

Dəyişikliklərə əsasən, dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almaq istəyən qurumun bu barədə ərizəsində qanuni təmsilçinin də imzası olmalıdır. Belə ki, qurumun dövlət qeydiyyatına alınması barədə Ərizə notariat qaydasında təsdiq edilərkən, təsisçilərlə yanaşı, qanuni təmsilçi və ya onun nümayəndəsi də iştirak etməli və ərizəni imzalamalıdır.

Həmçinin, bu qayda qurumun dövlət qeydiyyatına alınması üçün elektron qaydada müraciətlər barədə də keçərlidir. Dövlət qeydiyyatına alınmağa dair müraciət elektron qaydada edilərsə, həmin müraciət təsisçilərlə yanaşı, qanuni təmsilçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Bununla da, şəxslərin icazəsi və ya xəbəri olmadan müəssisəyə direktor təyin edilməsi kimi Qanundan sui-istifadə hallarının qarşısı alınmışdır.

Digər bir dəyişiklik isə publik hüquqi şəxslərin və kommersiya qurumlarının hüquqi ünvanı barədədir. Belə ki, dəyişikliklərdən əvvəl qurumun dövlət qeydiyyatına alınmasına dair Ərizəyə əlavə ediləcək sənədlərdə qeydiyyata alınacaq qurumun hüquqi ünvanına dair notariat qaydasında təsdiq edilmiş sənəd tələb edilirdi. Hazırda publik hüquqi şəxslər və kommersiya qurumlarının dövlət qeydiyyatına alınmasına dair Ərizədə hüquqi ünvana dair məlumat göstərilməsi kifayətdir. Lakin bu, əmlak sahibinin hüquqi ünvana dair razılığının tələb olunmaması mənasına gəlmir. Qeyd edək ki, qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması zamanı hüquqi ünvan barədə sənəd hələ də tələb olunur.

Oxşar Yazılar

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin a...

May 13, 2026
Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026
Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsinə dəyişikliklər 2026: İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə

Əmək Məcəllləsi və Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə, ilk dəfə olaraq işçilərin pay (səhm) ...

Aug 04, 2026