Rəqabət Məcəlləsi üzrə bir sıra qaydalar qəbul edilmişdir
Rəqabət Məcəlləsi üzrə bir sıra qaydalar qəbul edilmişdir

Rəqabət Məcəlləsi üzrə bir sıra qaydalar qəbul edilmişdir

Rəqabət Məcəlləsi üzrə bir sıra qaydalar qəbul edilmişdir

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qaydalar təsdiq edilmişdir. Aşağıda bu qaydaları və məqsədlərini sadalayırıq. 

"Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları"

Bu Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 8.2-ci və 61.6-cı maddələrinə uyğun olaraq, rəqabət komissiyasının formalaşdırılması, hüquq və vəzifələri, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələbləri müəyyən edir. Bu qərar 20 Dekabr 2024-cü il qüvvəyə minmişdir.

"Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi Qaydaları"
 

Bu Qayda Məcəllənin 44.2-ci maddəsinə uyğun olaraq, rəqabət orqanının qərarı əsasında müxtəlif məhsul bazarının və (və ya) bazarlarının monitorinqinin aparılması qaydalarını müəyyən edir. Nazirlər Kabinetinin həmin qərarı ilə, “Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması Qaydası” ilə yanaşı, “Bazar monitorinqinin nəticələrinə dair aktın forması” və “Bazar monitorinqinin nəticələrinə dair aktın tərtib edilməsi Qaydası” da təsdiq edilmişdir. Bu qərar 20 Dekabr 2024-cü il qüvvəyə minir.

"Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması və təqdim edilməsi Qaydası"

Bu Qayda Məcəllənin 39.7-ci maddəsinə uyğun olaraq, təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının təqdim edilməsi qaydasını müəyyən edir. Həmin qərar ilə “Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması” və “Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının təqdim edilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.

"Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları)"

Bu sənəd Məcəllənin 15.3-cü maddəsinə uyğun olaraq, maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları) tənzimləyir və 20 dekabr 2024-cü il qüvvəyə minmişdir.

"Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları"

Bu Qaydalar Məcəllənin 16.7-ci maddəsinə əsasən, həmin Məcəllənin 16.4-cü və 16.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hazırlanmışdır və hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsinin əsaslarını müəyyən edir. Bu qərar 23 dekabr 2024-cü il qüvvəyə minmişdir.

"Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)"

Bu sənəd Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq, maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərini, ümumi dövriyyəsinin həcmini) müəyyən edir. Müvafiq qərar 23 dekabr 2024-cü il qüvvəyə minmişdir.

"Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları"

Bu Qaydalar Məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Məcəllənin 11.8-ci, 12-ci, 13.1-ci, 13.3-cü və 14.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, təsərrüfat subyektləri arasında bağlanılmış sazişlərin istisna edilməsi və ya az əhəmiyyətli olmasının Məcəllənin 13.2-ci maddəsinə əsasən müəyyən edilən meyarlar əsasında təsdiqlənməsi qaydasını müəyyən edir. Qərar 26 dekabr 2024-cü il qüvvəyə minmişdir.

"Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası"

Bu Qayda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərin edilməsinə, sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən müəyyən ərazidə, yaxud dövrdə digər bazar subyektinin müvəqqəti fəaliyyət göstərməsinə razılıq alınması üçün müraciətin edilməsi, bununla əlaqədar tələb olunan sənəd və məlumatın təqdim edilməsi, müraciətə baxılması, razılıq verilməsi və ya imtina edilməsi ardıcıllığını müəyyən edir. Bu Qaydanın tətbiq edilməsində məqsəd müştərilərin mənafeyinə xələl gətirə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin (hərəkətsizliyin) qarşısının alınması və ya aradan qaldırılması, təbii inhisar subyektləri ilə müştərilərin mənafelərinin tarazlaşdırılmasını təmin etməkdir. Qərar 26 dekabr 2024-cü il qüvvəyə minmişdir.

Oxşar Yazılar

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsi dəyişiklikləri 2026 | Hüquqi Xülasə

Əmək Məcəlləsinə son dəyişikliklər: Əmək Məcəlləsinə edilmiş 2026-cı il dəyişikliklərinin izahlı ...

Jan 20, 2026
Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

Hüquqi şəxslərin reyestr məlumatları üzrə məcburi illik hesabat

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət retestri haqqında” Azərbaycan Respublikası Qanununa...

Feb 13, 2026
Enerji effektivliyi qanunvericiliyi dəyişdi

Enerji effektivliyi qanunvericiliyi dəyişdi

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası...

Jan 14, 2026
Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyəti haqqında qanun qəbul edilib

Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandin...

Jul 28, 2026
Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Azərbaycanda süni intellektdən qanunsuz istifadə cinayət hesab ediləcək

Cinayət Məcəlləsinə süni intellektdən qanunsuz istifadə ilə bağlı yeni 148-2 və 242-1-ci maddələr...

May 27, 2026