Çin və Azərbaycan ticarət əlaqələri və yeni sazişlər
Çin və Azərbaycan ticarət əlaqələri və yeni sazişlər

Çin və Azərbaycan ticarət əlaqələri və yeni sazişlər

 

Çin və Azərbaycan ticarət əlaqələri və yeni sazişlər

 

Çin və Azərbaycan strateji siyasi tərəfdaşlığın inkişafı fonunda ticarət əlaqələrini gücləndirmişdir. Rəsmi mənbələrə əsasən, 2018–2023-cü illər ərzində Çin Azərbaycanın altıncı ən iri ticarət tərəfdaşından dördüncü yerə yüksəlmişdir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20,7% artaraq 3,744 milyard ABŞ dollarına çatmışdır. Hazırda Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 7,9%-ni təşkil edir və 17,69% payla ölkəyə idxalda birinci yeri tutur.

 

Hazırda, Azərbaycanda Çin kapitalı ilə yaradılmış təxminən 375 şirkət qeydiyyatdan keçmişdir ki, onlardan 298-i aktiv fəaliyyət göstərir.

 

2025-ci il aprelin 23-də tərəflər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanat imzalamışlar. Sənəddə tərəflər qarşılıqlı investisiyaların təşviqi məqsədilə azad ticarət sazişi üzrə danışıqlara başlamağa hazır olduqlarını ifadə etmişlər.
 

Bundan əlavə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”  Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və 2025-ci il iyulun 7-də rəsmi dərc edilmişdir.

 

Oxşar Yazılar

Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Əmək müqaviləsinin ləğvi əsasları genişləndirilib

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan ...

Jun 11, 2026
Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Azərbaycan korporativ hüququnda yeniliklər: Mülki Məcəlləyə dəyişikliklər 2026

Dəyişikliklərlə 'korporativ müqavilə' institutu ilk dəfə qanunvericiliyə daxil edilmiş, cəmiyyət ...

Aug 17, 2026
Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Beynəlxalq yük daşınmasında məsuliyyətlə bağlı Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...

Jun 21, 2026
Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Əlavə məzuniyyətin kompensasiya edilməsi: məhkəmə təcrübəsində yenilik

Azərbaycan Respublikası ərazisində əmək müqaviləsi hansı əsasla xitam edilməsindən asılı olmayara...

Feb 20, 2026
Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Əmək Məcəlləsinə bərabər əməkhaqqı öhdəliyi daxil edilmişdir

Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndinə işəgötürənin a...

May 13, 2026