İpoteka Barədə KM-nin Yeni Qərarı
İpoteka Barədə KM-nin Yeni Qərarı

 

İpoteka Barədə KM-nin Yeni Qərarı

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 11 fevral 2022-ci il tarixdə öhdəliyin icrasının təmini üsulu olan ipoteka ilə bağlı qərar qəbul etmişdir.

 

İşin faktiki hallarından görünür ki, Q. Arkişiyev 14 may 2013-cü ildə “Texnikabank” ASC-dən 11.000 manat məbləğində kredit götürmüş, qarşılığında isə öz evini ipoteka müqaviləsi əsasında yüklü etmişdir. Sonrakı müddətdə Q. Arkişiyev borclarını ödəməmiş, bu səbəbdən də “Texnikabank” ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu 15,998.84 manat borcun qaytarılması və tutmanın ipoteka predmeti olan evə yönəldilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin keçməsi səbəbindən iddianın təmin olunmaması və evin ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Hazırda bu predmet üzrə məhkəmə təcrübəsində iki fərqli yanaşma mövcuddur:

  1. İpoteka öhdəliyin icrasının təmini üsuludur. Bu səbəblə ipotekaya xitam verilməli və ipoteka predmeti yüklülükdən azad edilməlidir. Çünki əsas öhdəlik üzrə tələb iddia müddəti keçdiyinə görə təmin edilmirsə, ipotekaya dair tələb də təmin edilməməlidir.
  2. İpoteka öhdəliyi əsas öhdəliklə bağlı əlavə öhdəlikdir. Yalnız borc öhdəliyi aradan qalxdığı halda əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər. Borc müqaviləsi üzrə iddia müddətinin keçməsi isə ipoteka öhdəliyinin aradan qalxmasına səbəb olmur.

Konstitusiya məhkəməsi qeyd edir ki, “İpoteka Haqqında” Qanunun 48-ci maddəsində ipoteka müqaviləsinə xitam vermənin əsasları göstərilmişdir. Lakin həmin hissədə iddia müddətinin keçməsi öz əksini tapmır. Qanunun 10.1-ci maddəsində isə ipoteka müqaviləsinin müstəqil xarakterli olmadığı və əsas öhdəliyin icrasını təmin etmək məqsədi daşıdığı vurğulanır.

Sonda qeyd edilir ki, əşya hüquqları tam (mülkiyyət hüququ) və məhdud (servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov, ipoteka və s.) olmaqla 2 əsas qrupa bölünür. Əşya hüquqları isə iddia müddətinə tabe deyildir.

Yuxarıdakıları nəzərə alan Konstitusiya Məhkəməsi qərara almışdır ki,

  • Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir;
  •  
  • İpoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

 

Beləliklə, “Texnikabank” ASC iddia müddətinin keçməsi səbəbilə borcun ödənilməsi üçün tutmanı Q. Arkişiyevin evinə yönəldə bilmir. Lakin Q. Arkişiyev kredit borcunu ödəyənə qədər onun evi “Texnikabank” ASC-nin xeyrinə ipotekada qalacaqdır.

 

 

Oxşar Yazılar

Azərbaycanda İqtisadi Təmərküzləşmələrə Nəzarət Rejimi

Azərbaycanda İqtisadi Təmərküzləşmələrə Nəzarət Rejimi

Bu məqalədə Azərbaycanın rəqabət qanunvericiliyi kontekstində Tərmərküzləşmələr və onlara nəzarət...

Nov 27, 2025
Bakıda vəkillər | Hüquqi Xidmətləri | CLC Vəkil Bürosu 

Bakıda vəkillər | Hüquqi Xidmətləri | CLC Vəkil Bürosu 

Bakıda vəkillər | Hüquqi Xidmətləri | CLC Vəkil Bürosu 

May 15, 2025
Xarici bank köçürmələri barədə rəsmi şərh

Xarici bank köçürmələri barədə rəsmi şərh

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və...

May 15, 2023
Kadr uçotu xidmətləri: Azərbaycan təcrübəsində yol verilən səhvlər

Kadr uçotu xidmətləri: Azərbaycan təcrübəsində yol verilən səhvlər

Kadr uçotu xidmətlərini korporativ xidmətlər paketi çərçivəsində təqdim edirik. Kadr uçotu işləri...

Dec 12, 2019
Hüquqi şəxsin ləğv edilməsi - Müəssisənin bağlanılması

Hüquqi şəxsin ləğv edilməsi - Müəssisənin bağlanılması

Azərbaycan bazarına daxil olmaq və hüquqi şəxs təsis etmək nisbətən asandır. Lakin müəssisələr bi...

Aug 12, 2021