Əmək haqqından tutulmalar 2026
Əmək haqqından tutulmalar və işçilərdən tutulan gəlir vergisi və məcburi sosial sığorta ödənişləri

Azərbaycanda işçilərdən tutulan gəlir vergisi və məcburi sosial sığorta ödənişləri

Əmək haqqından tutulmalar 2026: Əmək haqqının hesablama qaydası

Azərbaycanda əmək haqqı vergiləri əsasən işçilərin gəlir vergisi və məcburi sosial sığorta ödəmələrindən ibarətdir və bu ödəmələr işəgötürən tərəfindən tutulub, işçilərin adından ödənilir. 

Bu məqalədə biz Azərbaycanda əməkhaqqından tutulmalar ilə bağlı əsas məsələlərin qısa xülasəsini təqdim edirik. Əmək haqqından tutulmalar və belə tutulmaların hesablanması ilə bağlı ətraflı buradan tanış ola bilərsiniz:

 https://www.caspianlegalcenter.az/az/insights/more/payroll-azerbaijan

Əməkhaqqı hesablanması (payroll) adətən "işçilərin siyahısı və işəgötürən tərəfindən məşğulluq əsasında onlara ödənilməli olan məbləğlər" kimi müəyyən edilir. Müasir dövrdə əməkhaqqı hesablanması əsasən işçilərə əməkhaqqının ödənilməsi, həmçinin əməkhaqqı və digər əmək gəlirlərindən gəlir vergisi və məcburi sosial ödənişlərin tutulması və ödənilməsi kimi başa düşülür. 


1 yanvar 2019-cu il tarixindən etibarən Azərbaycanda əmək haqqı vergiləri (işçilərdən tutulan gəlir vergisi) 7 illik müddətə böyük dərəcədə ləğv edilmişdir. Hal-hazırda özəl qeyri-neft sənayesində əmək haqqı aylıq məbləğindən asılı olaraq 2500 manatadək gəlirlər 2026-cı ildən 3, 2027-ci ildən 5, sonrakı illərdən isə 7 faiz, 2500-8000 manat aralığında gəlirlər 10 faiz və 8000 manatdan yuxarı gəlirlər isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq. 

Neft və qaz sənayesində Azərbaycanda əmək haqqı vergiləri aylıq 2500 AZN-dək gəlir (əmək haqqı) üçün 14%, 2500 manatdan yuxarı əmək haqqı üçün 25% təşkil edir.

İşsizlikdən sığorta ödənişi də aşağıdakı kimi edilməlidir: işçinin əmək haqqından 0,5%, işəgötürən isə öz vəsaitindən 0,5%.

Özəl sektora münasibətdə tibbi sığorta haqqı dərəcələrində də dəyişiklik edilir. Belə ki, dəyişikliyə qədər işçinin əməkhaqqısının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, işəgötürən tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz tutulurdu. 1 yanvar 2026-cı il tarixdən etibarən isə işçi və işəgötürəndən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsinə görə isə işçi və işəgötürən üzrə 0,5 faiz hesablanacaq. Bununla da, əməkhaqqının 2500-8000 manat intervalında icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4 faizdən 1 faizə endirilir.

Dövlət qulluğu və neft-qaz sənayesində bu 2% -dir.

Məcburi tibbi sığorta ödənişlərinin həyata keçirilməsi müəyyən edilmiş vaxt cədvəlinə uyğun olaraq il ərzində həyata keçirilməlidir.

Azərbaycanda əmək haqqından tutulmalar, yəni əmək haqqı üzrə tutulmalar sisteminə (payroll vergiləri) əsasən, gəlir vergisi ilə yanaşı, məcburi dövlət sosial sığorta haqqı ödənilir. 

Belə ki, 2026-cı ilin 1 yanvar tarixindən özəl sektorda muzdlu iş üzrə işçinin aylıq gəliri 8000 manatadək olduqda, işçidən tutulan və işəgötürənin hesabına ödənilən sosial sığorta haqlarının dərəcəsi hazırda qüvvədə olan dərəcələrlə davam etdirilir. Belə ki, maaş 200 manata qədərdirsə, aylıq maaş 3%-ə vurulur. Maaş 200 manatdan 8000 manatadək olarsa, həmin məbləğin 8000 manatadək olan hissəsinin 10%-i 6 manatla cəmlənərək tutulur. Maaş 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan hissənin 10%-i 786 manatla toplanaraq gəlirdən çıxılır. Beləliklə, işçinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə isə dərəcə 4 faiz azaldılaraq 25 faizdən 21 faizə endirilir, işçi üzrə 10 faiz, işəgötürən üzrə 11 faiz nəzərdə tutulur.

Gəlir vergisindən fərqli olaraq, neft-qaz sənayesində məhsul paylaşma sazişləri altında işləyən əcnəbilər üçün sosial sığorta ödənişi azad edilir. Başqa sözlə, belə xarici işçilərə yalnız gəlir vergisi tutulacaq, heç bir sosial sığorta ödənilmir.

Əmək haqqından tutulmalar və gəlir vergisi 2026-cı il üçün aşağıdakı kimidir:

  • Gəlir vergisi: 3% (özəl neft-qaz sənayesində gəlir 2500 AZN-ə qədər; 10% (özəl qeyri-neft-qaz sənayesində gəlir 2500 AZN-dən 8000 AZN-ə qədər); 14% (özəl qeyri-neft-qaz sənayesində gəlir 8000 AZN-dən yuxarı); 14% -25% (dövlət xidmət və neft-qaz sənayesi)
  • Məcburi Sosial Sığortanın ödənişi: 25% (özəl qeyri-neft-qaz sənayesində gəlir 8000 AZN-ə qədər); 21% (özəl qeyri-neft-qaz sənayesində gəlir 8000 AZN-dən yuxarı)
  • Məcburi işsizlik sığortası: 1%
  • Məcburi tibbi sığorta: 4% - 2% işçi, 2% işəgötürən tərəfindən (özəl qeyri-neft-qaz sənayesi gəlirləri 2500 AZN-ə qədər); 1% - 0.5% işçi, 0.5% işəgötürən tərəfindən (özəl qeyri-neft-qaz sənayesi gəlirləri 2500 AZN-dən yuxarı);2% (kommunal xidmət və ya neft-qaz sənayesi gəlirləri 8000 AZN-dək, 0.% əlavə gəlir)

1 yanvar 2025-ci ildən etibarən Azərbaycanda minimum əməkhaqqı 400 AZN təşkil edir.

Son yenilənmə: Fevral 2026

Oxşar Yazılar

AZƏRBAYCANDA KRİPTOVALYUTA TƏNZİMLƏNMƏSİ

AZƏRBAYCANDA KRİPTOVALYUTA TƏNZİMLƏNMƏSİ

İstənilən fiziki və ya hüquqi şəxs kriptovalyuta fəaliyyətinə başlamazdan əvvəl (blokçeyn texnolo...

Jul 31, 2022
Kadr uçotu xidmətləri: Azərbaycan təcrübəsində yol verilən səhvlər

Kadr uçotu xidmətləri: Azərbaycan təcrübəsində yol verilən səhvlər

Kadr uçotu xidmətlərini korporativ xidmətlər paketi çərçivəsində təqdim edirik. Kadr uçotu işləri...

Dec 12, 2019
Əmək Haqqı Hesablanması 2026 | Qaydaların izahı

Əmək Haqqı Hesablanması 2026 | Qaydaların izahı

Burada əmək haqqının hesablanması qaydası, əmək haqqından tutulmalar, əmək qanunvericiliyinə uyğu...

Oct 23, 2025
Fərdi məlumatların qorunmasının hüquqi rejimi

Fərdi məlumatların qorunmasının hüquqi rejimi

Azərbaycanda fərdi məlumatlar, onların qorunması, ötürülməsi, məlumat istifadəçilərinin məsuliyyə...

Feb 12, 2021
İpoteka Barədə KM-nin Yeni Qərarı

İpoteka Barədə KM-nin Yeni Qərarı

İpoteka Barədə KM-nin Yeni Qərarı

Mar 30, 2022